Heydər Əliyev adına Neft Emalı Zavodu (Bakı)
Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. İşçi vəzifələrini Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq riayət etmək məsuliyyətini daşıyır.
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunması. İş bitdikdən sonra iş yerinin və alətlərin təmiz saxlanması, ətraf mühitin çirklənməsinin qarşısını alınması, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə”ə xəbər verməsini təmin etmək;
Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
SAP sistemi üzərindən günlük və həftəlik işlərin texniklər arasında bölüşdürülməsi, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
SAP sistemi üzərindən yeni iş bildirişinin yaradılması, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi;
Ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən izlənilməsi;
NÖC və avtomatika avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması;
NÖC və avtomatika təmiri bölməsinin illik xərclərin büdcəyə uyğunluğunun izlənilməsi;
Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işlərin daimi izlənilməsi, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlanması;
Nəzarəti altında olan işçilərə lazımi təlimlərin verilməsi, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsinin böyük mühəndisə vaxtında bildirilməsi;
Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələrin verilməs;
Podratçı şirkətin görəcəyi NÖC və avtomatika üzrə təmir işlərinin düzgün yerinə yetirilməsinə nəzarət edilməsi;
Qəza duruşlarında NÖC və avtomatika cihazların nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyətin göstərilməsi;
İşlədiyi struktur bölmələrdə bütün NÖC və avtomatika avadanlıqların təftişini, təmirini önləyici, qabaqlayıcı və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirilməsi;
Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələrin verilməsi, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşması.
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Müvafiq ixtisas üzrə ali bakalavr təhsili;
Nəzarət-ölçü cihazları və avtomatika sistemləri, həmçinin idarəetmə klapanlarının işləmə prinsiplərini bilməli;
DCS, ESD, F&G kimi idarəetmə sistemlərinin əsaslarını yaxşı səviyyədə mənimsəməli;
Prosesə aid P&ID sxemlərini və digər texniki diaqramları oxuyub anlama bacarığı olmalı;
Texniki sənədlərin hazırlanması və idarə olunması üzrə təcrübəli olmalı;
Satınalma, tikinti və istismar mərhələlərində texniki dəstək göstərməli;
Nəzarət-ölçü cihazlarının uçotunu aparmalı, onların vaxtında yoxlanılması və baxışının keçirilməsinə nəzarət etməli;
Avadanlıqların standartlara və texniki şərtlərə uyğunluğunu təmin etməli;
İdarəetmə otaqlarında istifadə olunan PLC, HMI və DCS sistemləri üzrə biliklərə sahib olmalı;
Aşağıdakı sistemlər üzrə praktiki təcrübə arzuolunandır:
Honeywell (C300, HC900)
Siemens S7-400
HMI sistemləri üçün alqoritm, məntiq və operator interfeyslərinin yaradılması və dəyişdirilməsi bacarığı olmalı.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən

Vakansiyalar
Maaş müzakirəyə əsasən