Hidravlik Qaldırma Sistemləri üzrə Nəzarətçi (Jack Superviser)

Elanın vaxtı bitmişdir
1093 baxış

Əsas vəzifə və öhdəliklər

  • Saxlama çənlərinin montajı və qaldırılması işlərinin hidravlik qaldırma (domkrat) sistemi vasitəsilə təhlükəsiz və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;
  • Hidravlik qaldırma və ona aid avadanlıqların gündəlik, həftəlik və aylıq yoxlanılmasını həyata keçirmək;
  • Avadanlıqların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • Qaldırma əməliyyatlarını təşkil etmək və əməliyyat zamanı işlərin təsdiq edilmiş qaldırma planına uyğun aparılmasına nəzarət etmək;
  • Qaldırma prosesi zamanı hidravlik təzyiqi, yükü və sistemin dayanıqlığını davamlı şəkildə izləmək;
  • Hidravlik qaldırma sisteminin düzgün quraşdırılmasına, istismarına və texniki parametrlərinin tələblərə uyğun saxlanılmasına nəzarət etmək;
  • Saxlama çənlərinin qaldırılması zamanı sistemin təhlükəsiz və sabit vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Mexaniki, montaj və SƏTƏM komandaları ilə koordinasiyalı şəkildə işləmək;
  • Qaldırma və montaj işləri zamanı yaranan texniki problemləri operativ müəyyənləşdirmək və həllinə dəstək olmaq;
  • İşlərin layihə sənədlərinə, texniki prosedurlara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək;
  • Avadanlığın yoxlanılması və görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • İş zamanı təzyiq altında çalışan sistemlərin təhlükəsizliyinə və dayanıqlığına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Texniki, mexaniki və ya mühəndislik istiqaməti üzrə təhsil;
  • Çənlərin montajı və qaldırılması işləri üzrə müvafiq iş təcrübəsi;
  • Hidravlik domkrat sistemləri ilə qaldırma əməliyyatları üzrə praktiki təcrübə;
  • Ağır yüklərin qaldırılması və montajı üzrə iş təcrübəsi;
  • Hidravlik sistemlər və təzyiq altında işləyən qaldırma avadanlıqları üzrə bilik;
  • Qaldırma planları, texniki prosedurlar və iş sənədləri ilə işləmək bacarığı;
  • SƏTƏM qaydaları və təhlükəsiz qaldırma əməliyyatları üzrə bilik;
  • İşçi heyətinin idarə edilməsi və işlərin koordinasiyası bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Neft-qaz, neft emalı, EPC, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsi üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

 


 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-10-16
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:17/09/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 299 vakansiyanı gör