Smeta mühəndisi

Elanın vaxtı bitmişdir
1107 baxış

📍“Az‑Caspian Construction” MMC

 

Əsas vəzifə və öhdəliklər

  • Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil etmək;
  • Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və spesifikasiyaları araşdırmaq;
  • Layihə üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq;
  • Hər bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq;
  • Material, əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq;
  • Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini toplamaq;
  • Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək;
  • Əmək xərclərini iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq;
  • Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək;
  • Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək;
  • Layihənin dolayı xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq;
  • Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək göstəriciləri müəyyənləşdirmək;
  • Layihənin xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək;
  • Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq;
  • Tender və kommersiya təkliflərini hazırlamaq;
  • Hazırlanmış smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq;
  • Smeta hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək;
  • Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini hesablamaq;
  • Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək;
  • Bütün layihələr üzrə vahid qiymət və smeta bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək;
     

Namizədə qarşı tələblər

  • İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil;
  • Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində minimum 5–10 il iş təcrübəsi;
  • Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması üzrə geniş praktiki təcrübə;
  • Layihə, işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin müəyyən edilməsi üzrə bacarıq;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Smeta proqramları ilə işləmək bacarığı;
  • AutoCAD proqramında işləmək bacarığı;
  • Texniki və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq;
  • Yüksək diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı.
     

İş şəraiti:


•                    İş rejimi: 6 günlük;
•                    Əmək haqqı: Müsahibə əsasında təyin olunur
•                    İş yeri: Bakı 

Uyğun namizədlərdən CV-lərini (foto ilə) mövzu hissəsinə “Smeta mühəndisi“ yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Əlaqə telefonu: 055 216 20 65

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-10-15
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/09/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 340 vakansiyanı gör