Müqavilələr üzrə Mütəxəssis

Elanın vaxtı bitmişdir
875 baxış

Öhdəliklər

 

  • Təchizat prosesləri üzrə seçilmiş təchizatçılarla müqavilələrin, əlavələrin, razılaşma protokollarının və digər hüquqi-kommersiya sənədlərinin hazırlanmasını koordinasiya etmək.
  • Tender, təklif sorğusu və tək mənbədən alış nəticələrinə əsasən müqavilə sənədlərinin vaxtında hazırlanmasını və aidiyyəti tərəflərlə razılaşdırılmasını təmin etmək.
  • Müqavilə şərtlərinin satınalma tələbi, kommersiya təklifi, texniki tapşırıq, büdcə və təsdiq edilmiş qərarlarla uyğunluğunu yoxlamaq.
  • Təchizatçı məlumatlarını, qiymət şərtlərini, ödəniş şərtlərini, çatdırılma müddətlərini, zəmanət və cərimə bəndlərini müqavilə sənədlərində düzgün əks etdirmək.
  • Təchizatçılarla müqavilə şərtləri üzrə yazışmalar aparmaq, düzəlişləri toplamaq və yekun versiyanın formalaşdırılmasını təmin etmək.
  • Müqavilələrin imzalanma prosesini izləmək, gecikmələri müəyyən etmək və aidiyyəti şəxslərə vaxtında məlumat vermək.
  • İmzalanmış müqavilələrin elektron və fiziki arxivini aparmaq, müqavilə bazasının tamlığını və aktuallığını təmin etmək.
  • Müqavilələrin bitmə tarixlərini, uzadılma ehtiyaclarını və yenilənmə müddətlərini izləmək.

 

Tələblər

 

  • Müqavilə, satınalma, təchizat, hüquqi sənədləşmə və ya kommersiya koordinasiyası sahəsində minimum 1–3 il iş təcrübəsi.
  • Müqavilə strukturu, ödəniş şərtləri, çatdırılma şərtləri, zəmanət, cərimə və məsuliyyət bəndləri üzrə anlayış.
  • MS Excel, Word və elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı.
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür.
  • Diqqətlilik, sənədlərlə dəqiq işləmə, proses izləmə və departamentlərarası koordinasiya bacarığı.
  • Tədarükçü ilə yazışma və danışıqlarda peşəkar kommunikasiya bacarığı.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-06-19
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:20/05/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 308 vakansiyanı gör