📍 BERC Group
BERC Group MMC Marketinq şöbəsinə Marketinq bölmə rəhbəri vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Partnyor şirkətlər üçün ümumi marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Brend inkişafı, bazar mövqelənməsi və kommunikasiya strategiyalarının formalaşdırılması;
- Marketinq büdcəsinin planlanması, optimallaşdırılması və aylıq nəzarəti;
- Bazar araşdırmaları, rəqib analizi və trendlərin öyrənilməsi;
- Satış və digər şöbələrlə koordinasiya edərək inteqrasiya olunmuş marketinq planlarının qurulması;
- Marketinq, SMM, rəqəmsal marketinq və dizayn komandasının idarə olunması;
- Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam strategiyasının qurulması;
- SEO, SEM və e-mail marketinq fəaliyyətlərinə rəhbərlik;
- Konversiya optimizasiyası və satış səmərəliliyinin artırılması üçün təkliflərin hazırlanması;
- Sosial media kontent planlarının təsdiqi;
- PR, kommunikasiya, brend mesajlaşdırma strategiyalarının müəyyən edilməsi;
- Kreativ kampaniyaların hazırlanması, reklam agentlikləri və partnyorlarla işin koordinasiyası;
- Yeni məhsullar üçün “Go-to-Market Strategy” hazırlanması və tətbiqi;
- Həftəlik və aylıq marketinq hesabatlarının hazırlanması;
- Rəhbərliyə strateji təkliflər və inkişaf planlarının təqdim edilməsi;
- Sosial media auditoriyası, müştərilər və tərəfdaşlarla düzgün kommunikasiya;
- Brend reputasiyasının qorunması və inkişaf etdirilməsi;
- Tədbirlər, təqdimatlar və PR layihələrinin təşkili və idarə edilməsi.
Vəzifəyə dair tələblər:
- Təcrübə: 5-10 il arası marketing təcrübəsi, 1-2 il rəhbər vəzifədə
- Təhsil: Biznes və idarəetmə sahəsində ali təhsil.
- Sertifikatlar: Beynəlxalq sertifikatların olması üstünlükdür.
Texniki səriştələr:
- Marketinq strategiyası qurmaq və həyata keçirmək bacarığı
- Rəqəmsal marketinq alətlərini dərindən bilmək
- SEO, SEM, SMM, Email Marketing proseslərini başa düşmək
- Rəqib və bazar trend analizi bacarığı
- Marketinq analitikası, data-driven düşüncə
- Brend idarəetməsi üzrə bilik və təcrübə
- Reklam kampaniyalarını optimallaşdırma bacarığı
- PR və ictimaiyyətlə əlaqələr bacarığı
Davranış səriştələri:
- Komanda idarəetməsi və motivasiya bacarığı
- Konfliktlərin idarə olunması
- Tapşırıqların düzgün bölgüsü
- Kreativ və innovativ yanaşma
- Problemləri təhlil etmək və həll yolları təklif etmək
- İşçilərin təlim və inkişafına dəstək vermək
- Stress altında operativ qərar vermək qabiliyyəti
- Aydın, səlis və inandırıcı ünsiyyət bacarığı
- Effektiv prezentasiya və yazılı kommunikasiya
- Müştərilərlə və tərəfdaşlarla peşəkar münasibət qurmaq
- Yüksək məsuliyyətlilik və nəticə yönümlülük
- Kreativ düşüncə və yeni ideyaya açıq olmaq
- Adaptasiya və çeviklik (flexibility)
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Nahar yeməyinin təşkili.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.