Azərbaycan Supermarket MMC "Media Marketinqi üzrə Mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Kampaniyaların POS material bölgüsü barədə brifin hazırlanması və icrasına nəzarət (Bayraqlar, Stendlər Security gate, Kassa üstü A3, Fasad, Gondola headlər, Palet və rəflərdə reklamların sayları və bölgüsü);
• Mağazadaxili, mağazadankənar və şəhər ərazisində effektiv reklam məkanlarının və reklam qurğularının müəyyən edilməsi;
• Mövcud reklam sahələrinin səmərəli istifadəsi üçün müvafiq müraciətlərin hazırlanması və razılaşdırma prosesinin aparılması;
• Reklam daşıyıcılarının, vizual materialların və digər reklam məhsullarının hazırlanması, yenilənməsi və bərpası üçün sifarişlərin verilməsi;
• Reklam işlərinin icrası zamanı mağazalar, satınalma, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
• Mağazalara mütəmadi ərazi baxışlarının keçirilməsi, reklam materiallarının mövcud vəziyyətinin və marketinq kommunikasiyalarının düzgün yerləşdirilməsinin yoxlanılması;
• Yeni açılacaq və yenilənəcək mağazalar üçün reklam yerlərinin müəyyən edilməsi, reklam yerləşdirmə planlarının hazırlanması və tətbiqinin koordinasiyası;
• ID kartların dizaynı və Kommersiyaya göndərilməsi;
• Ehtiyac olduqda mağazadaxili kommunikasiyaların hazırlanmasında dizayn dəstəyi göstərmək (ölçüyə salmaq, master faylları çap şirkətinə təqdim etmək və s.).
Tələblər:
• Ali təhsil;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və ya İngilis dili arzu olunandır;
• Müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
• MS Office proqramları üzrə biliklər (xüsusilə Excel, Word və PowerPoint);
• Excel-də məlumatların sistemləşdirilməsi, reklam planlarının və hesabatların hazırlanması bacarığı;
• AutoCAD, Adobe Illustrator və ya digər qrafik proqramlar üzrə biliklər üstünlük hesab olunur.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Media Marketinqi üzrə Mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
QR Labs
QR Labs
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
Maaş müzakirəyə əsasən
Vakansiyalar
Vakansiyalar
500 — 600