Korporativ Satış Meneceri

Elanın vaxtı bitmişdir
1233 baxış

“ZƏHMƏT RUZİ” MMC Korporativ Satış Meneceri (Dövlət Qurumları üzrə) axtarır!

🎯 Vəzifənin məqsədi
Dövlət qurumları və iri institusional müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması, satışların inkişaf etdirilməsi və müştəri ehtiyaclarına uyğun məhsulların hazırlanmasının koordinasiyası.

📌 Əsas vəzifələr:
• Dövlət və institusional müştərilərlə yeni əlaqələrin qurulması və mövcud portfelin inkişafı;
• Müştəri ehtiyaclarının, satınalma tələblərinin və bazar imkanlarının araşdırılması;
• Xüsusi məhsul tələblərinin müəyyənləşdirilməsi və İstehsalat, Keyfiyyət, R&D komandaları ilə koordinasiya;
• Nümunə, degustasiya, sınaq və müştəri təsdiqi proseslərinin idarə olunması;
• Tender və dövlət satınalmalarında iştirakın təşkili;
• Kommersiya təklifləri, müqavilələr və satış planlarının idarə olunması;
• Satış nəticələri və müştəri portfelinin inkişafına görə məsuliyyət.

🔎 Namizədə tələblər:
• Korporativ satış sahəsində minimum 5 il təcrübə;
• Dövlət qurumları və ya iri institusional müştərilərlə iş təcrübəsi;
• Dövlət satınalmaları və tender prosesləri üzrə praktiki anlayış;
• FMCG/qida sənayesində satış təcrübəsi üstünlükdür;
• Güclü danışıqlar, təqdimat və kommunikasiya bacarıqları;
• Müştəri ehtiyaclarını texniki tələblərə çevirmək bacarığı;
• Rus və ingilis dillərində sərbəst ünsiyyət arzuolunandır.

📊 Əsas KPI-lar:
• Satış həcmi və gəlir;
• Yeni müştəri və müqavilələrin sayı;
• Tender və satınalma nəticələri;
• Müştəri portfelinin inkişafı və yeni məhsulların satışa çıxarılması.

Təklif edirik:
• Könüllü tibbi sığorta paketi
• Nahar təminatı
• Korporativ nömrə
• Yanacaq xərci
• Əmək haqqı: 2500 AZN + KPI əsaslı yüksək bonus sistemi

📍 İş rejimi: 09:00–18:00 | 5 günlük iş həftəsi
📍 Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan

📩 CV-lərinizi “Korporativ Satış Meneceri” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-11-01
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:01/10/2026
Minimum 2500

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 337 vakansiyanı gör