Satışa dəstək və biznes inkişafı şöbəsinin meneceri

212 baxış

Təsvir

  • Satışın artırılmasına dair təkliflərin hazırlanması
  • Bazar üzrə rəqabətli təklifin hazırlanması, tariflərin əlverişli idarə edilməsi və paket təkliflərinin təqdim edilməsi ilə kredit və qeyri-kredit məhsullarının inkişafı
  • Əməkdaşların motivasiya sisteminin hazırlanması, təkmilləşdirilməsi və tədbiq edilməsi üzrə Departament direktoruna təkliflərin verilməsi;
  • Bazar araşdırmaları və rəqabət mühitinin təhlilini aparmaq
  • Yeni biznes imkanlarını müəyyən etmək və təkliflər hazırlamaq
  • Yeni məhsul və xidmətlərin hazırlanması prosesində iştirak etmək
  • Satış komandalarının fəaliyyətini dəstəkləyən alət və mexanizmlər hazırlamaq
  • Müştəri seqmentasiyası və hədəf bazar analizlərini aparmaq
  • Satış proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslər irəli sürmək
  • Yeni layihələrin iqtisadi səmərəliliyini qiymətləndirmək
  • Biznes inkişafı üzrə layihələri koordinasiya etmək
  • Satış və biznes inkişafı üzrə analitik hesabatlar hazırlamaq
  • Strateji tərəfdaşlıqların qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
  • Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək
  • Müştəri xidmətləri üzrə keyfiyyət standartlarını hazırlamaq və yeniləmək
  • Xidmət nöqtələrinin fəaliyyətini keyfiyyət göstəriciləri əsasında qiymətləndirmək
  • Müştəri məmnuniyyəti göstəricilərinin monitorinqini aparmaq və təhlil etmək
  • Müştəri şikayətləri, müraciətləri və təklifləri üzrə hesabatlar hazırlamaq.
  • Gizli müştəri (Mystery Shopping) yoxlamalarını təşkil etmək və nəticələrini qiymətləndirmək
  • Filial və satış nöqtələrində əməliyyat risklərinin müəyyənləşdirilməsi və azaldılması üzrə tədbirlər hazırlamaq

Tələblər

  • Ali təhsil
  • Pərakəndə məhsulların (kredit və qeyri-kredit) satışı üzrə minimum 4 il iş təcrübəsi
  • Komanda idarəetməsi və rəhbərlik vəzifəsində (qrup rəhbəri, menecer və s.) minimum 4 il iş təcrübəsi
  • Satış və biznes inkişafı, məhsul inkişafı, müştəri təcrübəsi və ya əməliyyatların idarə olunması sahəsində təcrübə
  • Müştəri xidmətləri üzrə keyfiyyət standartları və müştəri təcrübəsinin (Customer Experience) idarə edilməsi üzrə biliklər
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-12-02
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:02/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 328 vakansiyanı gör