Gənc İstedadlar Proqramı (SOCAR)

Elanın vaxtı bitmişdir
5127 baxış

Gənc İstedadlar Proqramı - Uğurlu karyera üçün ilk addımını at! 

Məmnuniyyətlə bildiririk ki, SOCAR-ın həyata keçirdiyi Gənc İstedadlar Proqramı 2026 üçün qeydiyyat prosesi artıq başlayıb.

SOCAR Gənc İstedadlar Proqramı çərçivəsində neft və qaz sektorunda təcrübə qazanmaq istəyən istedadlı gəncləri kəşf edərək onlara özlərini reallaşdırma imkanı təqdim edir. Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin, o cümlədən yeni məzun olmuş istedadlı gənclərin peşəkar inkişafını və əmək bazarına asanlıqla inteqrasiya edilməsini təmin etmək məqsədilə dizayn edilmiş Gənc İstedadlar Proqramına müraciət edərək gələcəyin enerji mütəxəssisləri sırasına sən də qoşul!

Gənc İstedadlar Proqramı sizə nələr vəd edir:

🌟 Real iş mühitində təcrübə;
🌟 Peşəkar mentorlardan öyrənmə;
🌟 Müxtəlif layihələrdə iştirak;
🌟 Şəxsi və peşəkar inkişafınız üçün təlimlər;
🌟 Zəngin elektron öyrənmə platformalarından istifadə;
🌟 Müxtəlifliyin və inklüzivliyin təmin olduğu korporativ mühit;
🌟 Proqram müddətində aylıq ödəniş;
🌟 Təcrübə göstəricilərinə əsasən SOCAR-da işə qəbul imkanı;

Proqram haqqında ətraflı məlumat və müraciət üçün aşağıdakı linkə keçid edə bilərsiniz.

____________________________________________________________________________________________________________________________________________________________________________________

Məqsədimiz nədir?

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrində təhsil alan, öyrənməyə həvəsli, şəxsi inkişafına və peşəkar bacarıqlarının artırılmasına maraqlı, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək biliklərə sahib Azərbaycan gənclərinin inkişafına dəstək olmaq məqsədilə Gənc İstedadlar Proqramına start verir. Proqrama qoşulan gənclər şirkətimizin peşəkar əməkdaşları ilə birgə çalışmaq və iri miqyaslı layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Məqsədimiz gənclərin texniki bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin onları korporativ mühitlə tanış etmək, təşkilati dəyərləri aşılamaq və iş həyatına hazırlamaqdır.

Proqram sizə nə vəd edir?

Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştirak etmək və müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.

Gənc İstedadlar Proqramına kimlər müraciət edə bilər?

Proqrama aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistratura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Proqramda iştirak etmək üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • Yaşı 29-dək olmalıdır;
  • Məzunlar tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməlidir;
  • Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsinin sonuncu kursunda və ya magistratura pilləsində təhsil almalıdır;
  • Bakalavr ixtisası müraciət etdiyi ixtisasa uyğun olmayan, ixtisasını dəyişmiş tələbələr magistraturanın ikinci kursunda təhsil almalıdır;
  • Proqram dövründə SOCAR və ya digər bir işəgötürənlə əmək münasibətlərində olmamalıdır;
  • Rəsmi transkript və ya diplom əlavəsinə əsasən ümumi orta müvəfəqiyyət göstəricisi (CumGPA) 75%-dən, digər qiymətləndirmə sistemində isə 2.5-dən yüksək olmalıdır. Müraciətçilər universitetdən alınmış rəsmi transkripti qoşmaya əlavə etməlidir. Təhsilini davam etdirən tələbələrin transkriptində müraciət dövründən əvvəlki semesterin qiymətləri mütləq şəkildə nəzərə alınmalıdır.
  • Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:

  • I mərhələ : Müraciət edən gənclərin məntiqi təfəkkür və ingilis dili biliklərinin yoxlanılması məqsədilə test imtahanı mərhələsi təşkil edilir.
  • II mərhələ : İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibə mərhələsi təşkil edilir.

Necə müraciət etmək olar?

Gənc İstedadlar Proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.

Əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərsiniz.

*Məlumat üçün bildiririk ki, SOCAR Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı öhdəlik daşımır.

 

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Təcrübə
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2025-11-06
Vəzifə dərəcəsi:Kiçik mütəxəssis
Elan paylaşılıb:07/10/2025
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

M

Kimyaçı-Texnoloq (Boya və Lak istehsalı üzrə)

Vakansiyalar

Razılaşma ilə
12 okt
601
V

Kimyaçı Mühəndis

Vakansiyalar

Razılaşma ilə
Dünən
74
Q

Qaynaqçı (Zavodda qəlib üçün)

Vakansiyalar

700 — 800
6 okt
607
K

Karxana Əməliyyatları üzrə Mühəndis

Vakansiyalar

Razılaşma ilə
25 okt
297
İ

İstehsalat üzrə planlama mütəxəssisi

Teymur Collection MMC

Razılaşma ilə
22 okt
309
Camal LTD

Elektromexanık

Camal LTD

1200 — 1500
9 okt
624
P

Aparıcı mühəndis-konstruktor ( bərpa işləri üzrə)

Vakansiyalar

Razılaşma ilə
15 okt
198
Fermachi Azərbaycan

Əməliyyatlar/Layihə koordinatoru

Fermachi Azərbaycan

Razılaşma ilə
20 okt
1193
Bütün 372 vakansiyanı gör