Kimyaçı Mühəndis

72 baxış

"Veysəloğlu" MMC Mərkəzi Sınaq Laboratoriyası Şöbəsinə, "Kimyaçı Mühəndis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:

  • Laboratoriyada yerləşən avadanlıqların iş təlimatlarına uyğun olaraq analizlər aparmalıdır;
  • AZS, QOST, İSO, Avropa və digər başqa beynəlxalq standartlara uyğun analizlər aparmalıdır;
  • Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) yoxlamasını etməlidir;
  • Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməlidir;
  • Periodik olaraq (ay, rüb, il ərzində) fiziki-kimyəvi laboratoriyanın hesabatını hazırlamalı, rəhbərliyə təqdim etməlidir;
  • Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini üst rəhbərliyinə vaxtında çatdırmalıdır;
  • Laboratoriyada istifadə edilən məhlulları, qarışıqları hazırlamalıdır;
  • İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməlidir;
  • Analiz metodları üzərində işləməklə daha müasir, sərfəli və tez cavab verən metodların istifadəsini təklif etməlidir;
  • Laboratoriyada validasiya-verifikasiya analizlərinin aparılmasında iştirak etmək.
  • Fiziki-kimyəvi laboratoriyanın ləvazimat və reaktiv sərfiyyatını nəzarətdə saxlamalı, vaxtında sifariş edilməsini təmin etməlidir;
  • Fiziki-kimyəvi laboratoriyalar arasında qarşılıqlı-müqayisəli analizlərin aparılmasında iştirak etməlidir.

Tələblər:

  • Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsilə malik olmalıdır;
  • Ən azı 2 il təcrübə arzuolunandır;
  • Azərbaycan dili (əla), İngilis və Rus dili arzuolunandır;
  • MS Office, Outlook, Teams proqramlarından istifadə edə bilməlidir;
  • İxtisası haqqında ümumi müddəaları bilməlidir;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməlidir;
  • İSO 17025 standartının tələblərinə uyğun qeydiyyatların aparılması, hesabatların hazırlanması; statistik hesabatların tutulması qaydalarını bilməlidir;
  • Şirkətin korporativ prosedur, təlimat, qayda və əsasnamələrini bilməlidir;
  • Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı bacarmalıdır;
  • İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya ve ekologiyanın mühafizəsi tədbirlərini bilməlidir;
  • Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır;

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
  • Əməkhaqqı: Müsahibə əsasında təyin edilir

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ödənişi.

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:Sənaye və istehsalat
Son müraciət tarixi:2026-11-27
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:27/10/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör