Təsvir
- Reseptura və Formula İdarəedilməsi: Mövcud sintetik, sellülozik və su bazlı boya formullarının təkmilləşdirilməsi və yeni məhsul reseptlərinin (Ar-Ge / R&D) hazırlanması.
- İstehsalata Nəzarət: İstehsalat prosesinin texnoloji xəritəyə və standartlara uyğun surətdə, vaxtında və itkisiz həyata keçirilməsinə nəzarət etmək.
- Keyfiyyətə Nəzarət (QA/QC): Xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər olan bütün mərhələlərdə keyfiyyət analizlərini aparmaq və təsdiqləmək.
- Səbəblərin Araşdırılması: İstehsal zamanı baş verən xətaları (məsələn: boyanın kəsilməsi, çökməsi, rəng tonu fərqləri) analiz etmək və operativ həll yolları tapmaq.
- Maya Dəyərinin Optimizasiyası: Keyfiyyəti aşağı salmadan istehsal xərclərini və xammal itkisini azaltmaq üçün təkliflər vermək.
- Rəng sistemlərini bilməsi; İstehsalat prosesində rəng tonu fərqlərinin (metamerizm və s.) qarşısını almaq üçün rəng ölçmə cihazlarından (Spektrofotometr) və rəng kataloqlarından (RAL, NCS, Pantone) peşəkar səviyyədə istifadə edilməsi, rəng pastalarının və piqmentlərin düzgün dozalanması.
- Xammalların yoxlanılmasının təşkili; Zavoda daxil olan kimyəvi xammalların (alkid, akril emulsiya, həlledicilər, piqmentlər və qatqı maddələri) texnoloji pasportlara və laboratoriya standartlarına (QA/QC) uyğunluğunun yoxlanılması prosesinin qurulması, keyfiyyətsiz xammalın istehsala buraxılmasının qarşısının alınması.
Tələblər
- Təhsil: Ali ( əsasən kimya yönümlü )
- Yaş həddi: 20-50 yaş
- İş təcrübəsi: Boya və lak məhsullarının (xüsusilə sintetik və su bazlı) istehsalı sahəsində ən azı 3-5 il aktiv iş təcrübəsi
- Kompüter biliyi: MS Office proqramları və istehsalatın idarə edilməsi proqramları (məsələn, SAP və ya 1C) ilə işləmə bacarığı
Texniki tələblər
- Sintetik (alkid), sellülozik və su bazlı (akril, emulsiya) boyaların kimyəvi tərkibini, xammal xüsusiyyətlərini və dispersiya proseslərini dərindən bilmək.
- İstehsalat avadanlıqlarının (Dissolver, Pod-mil (bead mill), mikserlər) iş prinsiplərinə bələd olmaq.
- Laboratoriya testləri: Boyanın özlülüyü (viskoziti), örtücülüyü, quruma vaxtı, parlaqlığı və sıxlığı kimi keyfiyyət göstəricilərini yoxlamaq bacarığı
Dil bilikləri
- Azərbaycan dili (ana dili).
- İngilis və rus dilləri üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə tərzi və problem həlletmə bacarığı.
- Komandada işləmək və istehsalat personalını (ustaları, fəhlələri) idarəetmə qabiliyyəti.
- Stres altında dəqiq qərarlar qəbul edə bilmək.
- Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).
- Strateji və analitik düşüncə tərzi.
İş şəraiti
- 6 günlük iş rejimi (6-cı gün yarı iş günü, bazar istirahət)
- Ünvan: "Bakı Alüminium Profil" MMC
Biz nə təklif edirik
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Kimyaçı Mühəndis
Vakansiyalar
Vakansiyalar
Kimyaçı Mühəndis
Maaş müzakirəyə əsasən
Karxana Əməliyyatları üzrə Mühəndis
Vakansiyalar
Vakansiyalar
Karxana Əməliyyatları üzrə Mühəndis
Maaş müzakirəyə əsasən
Yol mühəndisi
Vakansiyalar
Vakansiyalar
Yol mühəndisi
1000 — 1500
Usta köməkçisi
Vakansiyalar
Vakansiyalar
Usta köməkçisi
Maaş müzakirəyə əsasən
Təmir işləri üzrə usta
Anadolu Restaurant
Anadolu Restaurant
Təmir işləri üzrə usta
1200
İstismarçı Elektrik
Vakansiyalar
Vakansiyalar
İstismarçı Elektrik
Minimum 800
Çilingər
Vakansiyalar
Vakansiyalar
Çilingər
Maaş müzakirəyə əsasən
Elektrik (Göygöl)
Vakansiyalar
Vakansiyalar
Elektrik (Göygöl)
Minimum 600

