Estimating Engineer Vacancy

68 baxış

Vakansiya: Layihə Mühəndisi

 

 

Vəzifə öhdəlikləri

 

-Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının hazırlanması;

-Layihəyə əsasən iş həcmlərinin çıxarılması;

-Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədlərin, təklif və razılaşma qiymətlərinin analiz edilməsi;

-Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsinin təmin edilməsi;

-Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;

-Smeta sənədlərinin uçotunun aparılması və smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;

-Tender sənədlərinin hazırlanması;

-Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərinin yoxlanılması və bu barədə arayışın tərtib edilməsi;

-Görülən işlərə dair günlük, aylıq, illik hesabatların hazırlanması.

 

Namizədə aid tələblər:

-Ali təhsil (müvafiq sahə (Mühəndis / memarlıq ixtisası) üzrə),
-Planlama mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 il təcrübə,
-Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlar haqqında biliklər,
-Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər,
-Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər;
-Azərbaycan dili (əla)
-Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər.

 

Bacarıqlar

-Güclü analitik düşünmə bacarığı

-Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmə bacarığı;

-Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək;

-Layihədə olan uyğunsuzluqların müəyyən etmək və müvafiq həlli yollarının müəyyən edilməsi;

-Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmləri hesablayaraq tərtib etmək;

-İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodu təşkil edilməsi;

-Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın-mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi;

-Layihəyə dair aylıq texniki hesabatların (Forma 2, Forma 3, Xərc analizi) yoxlanılması.

-Yerinə yetirilən işlərin, sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s; keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edilməsi;

-Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək bacarığı;

-Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsini monitorinq etmək bacarığı;

 

İş şəraiti:


Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müsahibə əsasında müəyyən ediləcəkdir.
Nahar şirkət tərəfindən verilir

 

İş qrafiki:

Həftə içi 5 gün saat 09:00-18:00

International Construction Company LLC

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı, Babək PR 53a
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-12-14
Vəzifə dərəcəsi:Aparıcı mütəxəssis
Elan paylaşılıb:24/11/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 327 vakansiyanı gör