Ofis İnzibatçısı

172 baxış

“Climaservice Baku” MMC olaraq “Ofis inzibatçısı” vəzifəsinə əməkdaş axtarırıq.

📍 Bakı, Nərimanov rayonu
🕗 I–V günlər 08:30–17:30, şənbə 08:30–13:30

Namizədə tələblər:
• Ali təhsil (texniki sahə üstünlükdür)
• MS Office proqramlarında, xüsusilə Word və Excel-də, işləmək bacarığı
• Səliqəli, diqqətli və məsuliyyətli olmaq
• Ünsiyyətcil, nəzakətli olmaq və komandada işləməyi bacarmaq
• Rus və ya ingilis dilini bilmək üstünlükdür

Vəzifə öhdəlikləri:
• Rəsmi sənədlərin qəbulu, göndərilməsi, qeydiyyatı, arxivləşdirilməsi və sənədləşmə işlərində şöbələrə dəstək
• Elektron qaimə-fakturaların qeydiyyatı
• ERP proqramında məlumatların daxil edilməsi (proqram işə başladıqdan sonra öyrədiləcək)
• Qonaqların qarşılanması, onlara çay-qəhvə təqdim edilməsi və telefon zənglərinin cavablandırılması
• Ofis əşyalarının və təchizatının idarə edilməsi, ofisdə səliqə-sahmana nəzarət
• Ofis iclaslarının və tədbirlərinin təşkil edilməsi
• Şirkət rəhbərliyinin görüşlərinin və iş qrafikinin təşkilinə dəstək göstərilməsi
• Rəhbərliyin tapşırıqlarının icrası və aidiyyəti şöbələrə çatdırılması

💼 İş şəraiti:
• Rəsmi əmək müqaviləsi
• ERP proqramı və sənəd dövriyyəsi üzrə öyrədilmə
• Əmək haqqı: 600–700 AZN
• Peşəkar inkişaf və karyera artımı imkanı

📩 CV-nizi [email protected] ünvanına göndərin. Mövzu sətrində "Ofis İnzibatçısı" yazın. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Uyğun namizəd tanıyırsınızsa, onu da bu elandan xəbərdar edin 🙏

Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-12-15
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/11/2026
600 — 700

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 270 vakansiyanı gör