Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis

Elanın vaxtı bitmişdir
1745 baxış

Təsvir

 “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis" vəzifəsini elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • İşçilər üçün sağlam və təhlükəsiz iş mühitinin yerli qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını nəzarətdə saxlamaq və təmin etmək.
  • Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında" Qanun və digər normativ sənədlərə uyğun prosedurların hazırlanması və tətbiqinə nəzarət.
  • SƏTƏM risklərinin dəyərləndirilməsi, risklərin azaldılması və profilaktik tədbirlərin həyata keçirilməsi.
  • Təşkilatın bütün struktur bölmələrində iş yerlərinə baxışların təşkili və protokollaşdırılması.
  • Fövqəladə hallara hazırlıq planlarının hazırlanması və ən azı ildə bir dəfə təlimlərin təşkili.
  • Yeni işçilər üçün işə qəbul dövründə SƏTƏM üzrə oriyentasiya və təlim sessiyalarının keçirilməsi, həmçinin bütün əməkdaşlar üçün mütəmadi və ehtiyacdan asılı olaraq əlavə təlimlər təşkil edilməsi.
  • İstehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı halların araşdırılması, müvafiq hesabatların hazırlanması və düzəldici və qarşısının alınmasına yönəlik tədbirlər planının tərtib edilməsi.
  • Ətraf mühitin mühafizəsi sahəsində təşkilatın təşəbbüslərinin koordinasiyası və davamlılıq layihələrinin dəstəklənməsi.
  • SƏTƏM üzrə illik planların hazırlanması və icrasına nəzarət.
  • Rəhbərliyə dövri hesabatların təqdim olunması (aylıq, rüblük, illik).
  • Daxili və xarici auditlər zamanı SƏTƏM üzrə tələblərin təmin olunması.
  • Təşkilatda tətbiq olunan tikinti, təmir və texniki proseslər zamanı təhlükəsizlik tələblərinin icrasına nəzarət.
  • Əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı bütün məsələlər üzrə dövlət orqanları ilə əsas əlaqələndirici şəxs qismində çıxış etmək və rəsmi sorğulara, yoxlamalara və məlumat tələblərinə vaxtında və dəqiq cavabların verilməsini təmin etmək

Tələblər

Sizdən gözləntilərimiz:

 

  • Texniki və ya mühəndislik sahəsində ali təhsil (əməyin mühafizəsi üzrə ixtisas və ya təhlükəsizlik mühəndisliyi üstünlükdür).
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə minimum 1-2 il iş təcrübəsi.
  • Müvafiq sahədə sertifikat və ya hazırlıq kursları (məsələn, əməyin mühafizəsi üzrə sertifikatlaşdırma) üstünlükdür.
  • Azərbaycan dili-səlis (ingilis dili biliyi arzuolunandır).
  • Əmək Məcəlləsi, Əməyin Mühafizəsi, Yanğın Təhlükəsizliyi və Ətraf Mühit üzrə normativ hüquqi aktlar haqqında biliklər.
  • SƏTƏM sahəsində beynəlxalq standartlara (ISO 45001, ISO 14001 və s.) dair anlayış.
  • Risklərin qiymətləndirilməsi və sənədləşdirmə bacarığı.
  • Təlimlərin hazırlanması və keçirilməsi təcrübəsi.
  • Təşkilati və analitik düşünmə bacarığı.
  • Yaxşı ünsiyyət və təqdimat bacarıqları.
Vakansiyalar
Vakansiyalar

Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı
İş kateqoriyası:İnzibati
Son müraciət tarixi:2026-03-01
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:15/02/2026
Maaş müzakirəyə əsasən

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 372 vakansiyanı gör