Birbaşa satış üzrə baş mütəxəssis
Struktur bölmə: Satış departamenti – Birbaşa satış şöbəsi
Vəzifə öhdəlikləri:
- Birbaşa satış kanalında yeni müştəri cəlbi və satış hədəflərinin icrası üzrə yüksək potensiallı imkanları müəyyən etmək və satış fəaliyyətini effektiv təşkil etmək;
- B2C və B2B müştərilərlə danışıqları aparmaq, fərdi satış yanaşmaları və təqdimat həlləri hazırlamaq;
- Müştəri ehtiyaclarının düzgün müəyyən edilməsinə, uyğun məhsul seçiminə və satış sənədlərinin tamlığına nəzarət etmək;
- Korporativ risk potensialı olan müraciətlərin aidiyyəti B2B şöbələrinə düzgün və vaxtında yönləndirilməsini təmin etmək;
- Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
- Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
- Satış göstəricilərini təhlil etmək, rəhbərliyə hesabatlar təqdim etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
- Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Vakansiyalar
Azərbaycanda ən son vakansiyaları buradan izləyə bilərsiniz.
CV-n bu vakansiyaya uyğundurmu?
Müraciət etməmişdən əvvəl pulsuz yoxla.
Bizi sosial mediada izlə!
Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.
Vakansiyanın detalları
Vakansiyanı irəli çək
Daha çox namizədə çat
CV yarat
Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!
Oxşar elanlar
Satışa dəstək və biznes inkişafı şöbəsinin meneceri
Vakansiyalar
Vakansiyalar
Satışa dəstək və biznes inkişafı şöbəsinin meneceri
Maaş müzakirəyə əsasən
Satış üzrə mütəxəssis (xanım)
Vakansiyalar
Vakansiyalar
Satış üzrə mütəxəssis (xanım)
1400 — 1500
Korporativ Satış Meneceri
Magnat Group MMC
Magnat Group MMC
Korporativ Satış Meneceri
1000
Catering üzrə Korporativ Satış Meneceri
Vakansiyalar
Vakansiyalar
Catering üzrə Korporativ Satış Meneceri
Minimum 1000
Satış meneceri (Korporativ satışlar)
Etech MMC
Etech MMC
Satış meneceri (Korporativ satışlar)
600 — 1000
Satış Məsləhətçisi (BİLƏSUVAR)
İrşad
İrşad
Satış Məsləhətçisi (BİLƏSUVAR)
700 — 1800
Stend üzrə kiçik satış mütəxəssisi
Vakansiyalar
Vakansiyalar
Stend üzrə kiçik satış mütəxəssisi
Maaş müzakirəyə əsasən
Satış və biznesin inkişafı üzrə menecer
Private
Private
Satış və biznesin inkişafı üzrə menecer
Minimum 1500

