Satış meneceri (Korporativ satışlar)

77 baxış

ŞİRKƏT HAQQINDA

Etech MMC printer, kartric, kompüter və digər İT avadanlıqlarının, eləcə də ehtiyat hissələrinin satışı sahəsində fəaliyyət göstərir.

Satış komandamızı genişləndirmək məqsədilə aktiv, məsuliyyətli, ünsiyyətcil və satış sahəsində təcrübəsi olan yeni əməkdaş axtarırıq.

ÖHDƏLİKLƏR

  • Yeni korporativ müştərilərin axtarılması və əməkdaşlığa cəlb edilməsi;
  • Potensial müştərilərlə telefon və elektron poçt vasitəsilə əlaqələrin qurulması;
  • Şirkətin məhsullarının təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulların təklif olunması;
  • Kommersiya təkliflərinin hazırlanması və satış danışıqlarının aparılması;
  • Mövcud müştərilərlə əməkdaşlığın davam etdirilməsi və inkişaf etdirilməsi;
  • Satış planlarının yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Aktiv satış və yeni müştəri cəlb etmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və öyrənməyə həvəsli olmaq;
  • Korporativ satış (B2B) təcrübəsi üstünlükdür.

QEYD: Printer, kartric və İT avadanlıqları sahəsində əvvəlki iş təcrübəsi tələb olunmur. Məhsullar və iş prosesləri şirkət tərəfindən öyrədiləcək.

İŞ ŞƏRAİTİ

  • İş günləri: Bazar ertəsi – şənbə;
  • İş saatları: 09:00-dan–18:00-dək;
  • İstirahət günü: Bazar;
  • Əməkhaqqı: 600 AZN;
  • Satış nəticələrinə əsaslanan əlavə bonus imkanı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İlkin təlim və iş prosesində dəstək;
  • Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı.

BONUS SİSTEMİ

İlkin təlim və uyğunlaşma mərhələsindən sonra fərdi satış nəticələri, yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinə əsasən bonus hesablanır. Bonus şərtləri əvvəlcədən müəyyən edilir.

MÜRACİƏT QAYDASI

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış meneceri" qeyd etməklə aşağıdakı e-poçt ünvanına göndərə bilərlər.

E-poçt: [email protected]

Əlaqə: +994 51 555 66 56

Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 186, Mirvari Plaza, 3-cü mərtəbə.

Etech MMC

CV-n bu vakansiyaya uyğundurmu?

Müraciət etməmişdən əvvəl pulsuz yoxla.

Pulsuz yoxla

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Vakansiyanın detalları

Məşğulluq növü:Tam iş günü
Ərazi:Bakı, Əhməd Rəcəbli küçəsi 186, Mirvari Plaza
İş kateqoriyası:Satış
Son müraciət tarixi:2026-11-20
Vəzifə dərəcəsi:Mütəxəssis
Elan paylaşılıb:07/11/2026
600 — 1000

Dostunla paylaş:

whatsapptelegram

CV yarat

Professional CV yaratmağa ehtiyacın var? Yeni funksionallığımız olan CV yarat vasitəsiylə bir neçə dəqiqəyə CV yarat!

Oxşar elanlar

Bütün 300 vakansiyanı gör