05 Yan 2026 | Təhsil və elm

Yeni nəsil HR-ların üstünlük verdiyi Marketoloqlar

276 baxış
2
Yeni nəsil HR-ların üstünlük verdiyi Marketoloqlar

Marketinq bazarında yeni dalğa əmələ gəlib və onlar çox təhlükəlidir!

Yeni nəsil marketoloqlar təssüf ki, təhsil və təcrübə ilə yox, kor-koranə funksiya bacarığı ilə formalaşırlar.

Onlar nəyi bacarır və özlərini nə adlandırırlar:

İnstagram coverlərlə səhifənin vizual görünüşünü səliqəli hala salır 👉🏻 SMM

“Boost post” bacarır 👉🏻 Targetoloq

Trend videonu yenidən çəkir 👉🏻 Kontent menecer

ChatGPT ilə sloqanlar yazır 👉🏻 Kopirayter

CapCut ‘Templates’ ilə video hazırlayır 👉🏻 Mobiloqraf / Reelsmaker

Ads Manager ilə AI kampaniyalar yarada bilir 👉🏻 Rəqəmsal marketinq menecer

Xaricilərin öyrədici videolalarını yenidən öz səsi ilə paylaşır 👉🏻 Mentor

Və bu bacarıqlarını izləyiciləri ilə bölüşür 👉🏻 Təlimçi

Bu cür şəxs və səhifələrə çox rast gələ bilərsiniz. Hamısında da ucdantutma eyni cümlə: səhifənizi x aya y dəfə artırmağı öyrədirəm.

Təsəvvür eləyin, 100 followeri olan səhifəni bu hesabla 1 ilə 6,400 edir. Öz səhifəsində ilk post 16 noyabr 2024-də paylaşılıb. Amma niyəsə başqalarına öyrətdiyini özünə tətbiq edə bilməyib.

Bəs niyə təhlükəlidirlər? Çünki hazırkı bazarı da təəssüf ki, onlar formalaşdırırlar. Yeni nəsil HR-lar onlara üstünlük verir - marketinqi onlardan öyrəndiklərinə görə sanırlar ki, elə budur. Sahibkarlar da qiymətdə onları seçirlər.

Bu acı, amma danılmaz həqiqətdir. Son 2 ayda neçə peşəkar və rəhbər pozisiyada olan həmkarlarımın yerinə heç 1 il təcrübəsi olmayan şəxslər gətirilir.

Belə.

P.S. Şəkildəki özüməm.

Dostunla paylaş:

whatsapptelegram
Loading...