07 Fev 2026 | Marketinq

Yaxşı PR ekspert bərbər kimi olmalıdır!
Hə, düz oxudun - bərbər. Yaxşı baş qırxmağı şərt deyil, amma səni, müştərilərini, ətrafdakılarını yaxşı baş qırxdığına inandırmalıdır.
Bir müddət sonra özün də hiss edəcəksən ki, işlər yaxşı getmir, başını istədiyi kimi qırxmır. Amma risk edib başqa bərbər yanına da gedə bilməyəcəksən. Birdən xəbər tutar axı.
Lap xəbər tutmasa da, birdən təzə bərbər taparsan, başını qırxdırarsan, amma bəyənməzsən, əvvəlki bərbərinə qayıdarsan. O da bu başın hardasa qırxıldığını görər.
Bərbər müştəri narazı olsa da, sehirli qüvvə ilə müştərisini özünə bağlamalıdır. Yaxşı baş qırxmaq şərt deyil, çünki nə qədər yaxşı qırxsa da, bu işin adı ictimaiyyətlə əlaqələrdir, meydanın oyunçularının işi yazmaqdır. Yaxşı, pis, doğru, yanlış, düz, səhv, şəffaf, gizli - işinin adı yazmaqdır.
Və hər bir yazı mütləq ki, öz təsirini, gec-tez bir gün göstərəcəkdir. Necə ki, “Epstein işi” illər sonra yenidən aktuallaşdı və hazırda dünyanın ən çox müzakirə edilən mövzusudur.
Yaxşı PR rəhbər Matrixdəki Neo güllələri dəf edəntək o yazılardan şirkətini yan keçirməyi bacarmalıdır. Fərqi yoxdur necə hadisə baş verib – yaxşı, pis, doğru, yanlış, düz, səhv, şəffaf, gizli.
Necə ki, çox məşhur hospitalın yaxşı bərbəri olmadığına görə indi müştəri ilə məhkəmədə görüşəcəklər.
Yaxşı PR mütəxəssis bərbər kimidir.