23 Yan 2026 | Marketinq

Marketinqə yeni başlayanlar haradan, necə başlamalı və hansı istiqamətdə davam etməlidirlər?
Yaxşı marketoloq olmaq üçün vaxtında düşünülmüş və verilmiş sualdır.
Rəqəmsal marketinq kursu keçdiyim tələbələrimə ilk dərsim yaxşı marketoloq olmaq üçün lazım olan 2 əsas bacarıq haqqındadır.
1. Araşdırma qabiliyyəti
Yaxşı marketoloq peşəkar araşdırmaçı olmalıdır: bir kəşfiyyatçı tək nəyi necə, hansı yolla, hansı üsulla, hansı sözlərlə axtaracığını özündə bir vərdiş halına gətirməlidir. Dərsdə tələbələrə müxtəlif termin və mövzular verir və bunları araşdırmaqlarını istəyirəm.
2. Baxış bucağı
Tələbələrimə ilk dərsdən ev tapşırığı "Kung Fu Panda" filminə baxmaqdır. Filmdə peşəkar döyüşçülər olan "Qəzəbli Beşliy"in (Furious Five) bütün üzvləri - Pələng, Durna, Meymun, İlan və Çəyirtkə - hər biri Pandadan daha güclüdür. Qəzəbli Beşlik birlikdə keçmiş "Əjdaha döyüşçü" Tai Lungu məğlub edə bilmirlər. Amma gombul Panda Tai Lungu məhv edir. Sizcə səbəb nədir? Bu sualın cavabı sizin baxış bucağınızı formalaşdıracaqdır.
Əziz marketoloq və marketoloq olmaq istəyənlər,
– 10 fərqli istiqamət var, hamısı önəmlidir, amma hansından başlamalıyıq?
– Kurslar bitir, sertifikatlar yığılır, amma real işdə bunlar necə işləyir?
– Sizcə, ilk fokus nə olmalıdır: content, ads, analytics, yoxsa strategy?
suallarınıza cavabı verə biləcək tək şəxs elə siz özünüzsünüz. Araşdırma qabiliyyətinizi inkişaf etdirmək və baxış bucağınızı dəyişməkdən başlayın.
Head of Marketing4 gün əvvəl