31 İyul 2025 | Marketinq
WhatsApp çoxumuz üçün sadəcə mesajlaşma, zəng və bəzən də status bölməsi olan bir tətbiqdir.
Bu tətbiq demək olar ki, hər birimizin gündəlik olaraq aktiv istifadə etdiyi və dünyada 1 milyarddan çox istifadəçisi vardır. Bəs WhatsApp bizə necə pul qazandıra bilər?
Əslində diqqətlə baxsaq, bu sadə görünən tətbiqin əslində rəqəmsal gəlir kanalı kimi istifadə imkanını təqdim etdiyini görə bilərik.
Bu bloqda sizin üçün maraqlı məlumatlar təqdim edəcəyik. Ekrana yaxın əyləşin.
İlk əvvəl sizin üçün qısa Whatsapp-ın yaranma tarixi haqqında qısa məlumat vermək istədik.
WhatsApp 2009-cu ildə iki dost Yan Kum və Brayan Akton tərəfindən yaradılıb.
İlk iPhone smartfonunun bazara tanıdılmasından artıq 2 il keçirdi. Brayan Akton APPLE store-da tətbiqləri nəzərdən keçirərkən heç kimin diqqətini cəlb etməyən bir şeyin fərqində oldu. Ağlına gələn bu ideyanı öz dostu ilə paylaşdı. Ona bir tətbiq yaratmaq istədiyini söylədikdə dostu bu fikrin əla olduğunu bildirdi və ona tətbiqi qurmaqda kömək etdi. Beləliklə 2009-cu ilin fevral ayında WhatsApp yaradıldı.
İndi isə keçək əsas məsələyə…Whatsapp-dan necə pul qazanmaq olar?
Bildiyimiz kimi artıq Whatsapp sadə və biznes olmaqla 2 ayrı tətbiq şəklində yüklənə bilir. Whatsapp Biznes məhz pul qazanmağı asanlaşdırmaq və daha əlçatan etmək məqsədilə qurulmuş proqramdır.
WhatsApp Business sıravi mesajlaşma tətbiqindən fərqli olaraq, satış və müştəri xidməti üçün hazırlanmış xüsusi versiyadır.
Əsas üstünlükləri:
Məhsul kataloqu əlavə edə bilirsiniz.
Avtomatik salamlamalar və cavab mesajları təyin olunur.
Müştəriləri etiketləməklə idarə etmək mümkündür.
Necə gəlir əldə olunur?
Məhsulunuzu və ya xidmətinizi sadəcə Instagram və ya veb-saytınızda tanıtmaqla kifayətlənmirsiniz. Müştəri birbaşa WhatsApp-da sizinlə əlaqə saxlayır, sifariş verir, ödəniş edir və loyallıq yaranır.
Misal:
Qadın geyimi, əl işi bəzəklər, kosmetika, şirniyyat, ev xidmətləri kimi bu cür sahələrdə çalışanlar artıq WhatsApp üzərindən gündəlik sabit gəlir əldə edirlər.
Onlayn kurs və təlim satışı
Bugünkü dünyada bilik qızıldan da dəyərlidir, amma paylaşdıqca daha çox qazandırır. Əgər bir sahədə təcrübəniz varsa, bunu WhatsApp vasitəsilə onlayn tədris məhsuluna çevirmək mümkündür.
Nə təklif edə bilərsiniz?
Beləliklə, statusda və ya sosial mediada kurs elanınızı yerləşdirirsiniz. İstək göstərənlərə WhatsApp-dan məlumat verirsiniz. Qeydiyyat, ödəniş və dərs prosesi tam tətbiq üzərindən idarə oluna bildiyi üçün WhatsApp-dan pul qazanmaq da asan şəkildə mümkün olur.
24 Saatlıq Şəxsi Reklam Lövhəniz kimi istifadə edə biləcəyiniz WhatsApp Status
Çox adam status bölməsini sadəcə gündəlik həyat paylaşımı üçün istifadə edir. Amma doğru strategiya ilə status sizə gəlir gətirən reklam alətinə çevrilə bilər.
Nə paylaşmaq olar?
İndi artıq görürsünüz ki, WhatsApp sadəcə mesaj yazmaq və status paylaşmaq üçün deyil, həm də real gəlir əldə etmək üçün əla fürsətdir. Unutmayın, qazanc üçün hər zaman böyük platformalara ehtiyac yoxdur, WhatsApp da kifayət edir!
Sizin də WhatsApp üzərindən qazanc təcrübəniz varsa, şərhlərdə paylaşmağı unutmayın!
Karyera və inkişaf platformasıbir neçə saniyə əvvəl
Karyera və inkişaf platforması6 gün əvvəl
Karyera və inkişaf platforması6 gün əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl