work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • Rəsmi işçilər
  • Frilans işçilər
  • Xidmətlər
  • Şirkətlər
  • İşci elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInInstagramWhatsAppFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Vakansiya nə deməkdir?

01 May 2025 | Xidmət

Vakansiya nə deməkdir?

0
65 baxış
14
Vakansiya nə deməkdir?

Vakansiya nə deməkdir haqqında araşdırma

Dünyaca məşhur “Airbnb” platformasının “Hər yerə aid ol” şüarı uzun illərdir ki, şirkətə böyük pullar qazandırır. Çünki burada insanlar arasında ayrı-seçkilik edilmədən fərqliliklərə və yeniliklərə çağırış var. Biz əslində fərqli hissləri, dadları, qoxuları, mənzərələri, hətta tanımadığımız insanları da sevirik və xoşbəxt hiss etdiyimiz hər şeyə aidik. 

Bəs daha çox haraya aid olmağı sevirik? Təsvir ediləcək yerlər nə qədər fərqli olsa da, özümüzü xoşbəxt, rahat və azad hiss etdiyimiz məkanlar olduğu dəqiqdir. 

Bəs eyni şərtləri və fərqlilikləri iş həyatınız üçün də düşünmüsünüzmü? Nəzərə alsaq ki, ortalama olaraq ömrümüzün təqribən 36.9 ilini işdə keçiririk, o zaman düşünməkdə fayda var. Avropa İttifaqının 2023-cü il üçün statistikasına əsasən kişilərin ortalama iş ömrü 39 il, qadınların isə 34,7 il təşkil etmişdir. 2013-cü ildə isə bu göstərici ümumilikdə 34 il idi. Son 10 ildəki bu artım insan ömrü üçün ciddi göstərici hesab edilə bilər. 

Elə bu istiqamətdən yola çıxaraq ömrümüzü həsr etdiyimiz karyeramız üçün önəmli mövzulardan biri olan vakansiya haqqında danışacağıq. 

Vakansiya nə deməkdir?

Vakansiya sözü boş iş yeri mənasını ifadə edir. Yəni, bir şirkətdə və ya təşkilatda hələ tutulmamış, kiminsə işləmədiyi, işçi axtarılan yer deməkdir. Vakansiya biznes aspektindən şirkətlərdə müxtəlif işlərin həyata keçirilməsi üçün çatışmayan kadrların cəlb edilməsini ehtiva edən proseslərin xüsusiləşdirilmiş adıdır. Kadrlar aspektindən isə vakansiya yeni işə başlamaq, pul qazanmaq, təcrübə toplamaq, karyera yüksəlişi etmək kimi müxtəlif mənaları ifadə edir. Vakansiyalar adətən rəsmi platformalarda, yəni dövlət məşğulluq xidməti saytlarında, karyera portallarında, şirkətlərin rəsmi səhifələrində paylaşılır. Hər bir vakansiya qanunla tənzimlənən ümumiləşdirilmiş meyarlara cavab verir və buna uyğun şəkildə vakansiyanın məlumatları ictimaiyyətə təqdim olunur:

 

  • Müəyyən əmək funksiyası və vəzifə öhdəlikləri olur.
  • İş saatı və əməkhaqqı kimi şərtlər əks olunur.
  • İşə qəbul rəsmi sənədlərlə (əmək müqaviləsi ilə) həyata keçirilir.
  • Əmək Məcəlləsinə uyğun olaraq işçinin hüquqları təmin olunur (istirahət vaxtı, icbari sığorta, əmək haqqı və s.).

Vakansiya nə demək deyil?

Gün ərzində yüzlərlə vakansiyalarla qarşılaşsaq da, əslində onların əksəriyyəti vakansiya anlayışı ilə üst-üstə düşmür. Odur ki xüsusilə karyeranızda ilk addımlarınızı atmağa hazırlaşırsınızsa, sahənizi dəyişmək istəyirsinizsə və istənilən səbəblərdən dolayı bu nüansa xüsusi diqqət yetirmək vacibdir. Çünki yol alacağınız bu kimi “vakansiya”lar karyeranıza, bəzən şəxsi həyatınıza da xələl gətirə bilər. Odur ki "vakansiya" adı ilə yayılan, ancaq əslində bu anlayışa uyğun gəlməyən iş imkanları aşağıdakı xüsusiyyətləri ehtiva edir:

Qeyri-rəsmi əmək münasibətləri

İşçi ilə əmək müqaviləsi bağlanmır və sosial təminatlar verilmir. Bu kimi hallarda həm hüquqlarınız qorunmur və siz digər hüquqlarınızı da tələb edə bilmirsiniz. Həmçinin iş stajınıza və karyeranıza mənfi təsir göstərir.

Hər hansısa mükafata dayanan və daimi olmayan əməkhaqqı

Sizə vəd olunan maaş sabit olmur və gəlir yalnız satışdan və ya dəvət etdiyin insanlardan asılı olaraq dəyişir. Adətən bu kimi elanlarda vakansiyanın tələbləri çox bəsit olur və ya ümumiyyətlə tələblər olmur. 

Piramida sistemlərinə oxşayan iş təklifləri

Konkret məhsulu və xidməti olmayan şirkət üçün yeni üzvlər cəlb etmək tələb olunur və hər yeni üzvdən gələn gəlirə əsasən sizə də gəlir hesablanır. Qeyri-dəqiq iş sistemi və gəlirlilik xarakterikdir.

"Frilans" adı altında iş təklifləri

Bəzən platformalarda məsafədən çalışa biləcək əməkdaşlar axtarılır adı altında elanlar qoyulur. Hər hansısa xüsusi məlumat qeyd olunmur və CV-nizi göndərməyiniz xahiş olunur. Detallar barədə məlumat almadan CV və portfolionuzu bölüşməyiniz, yaxud hər hansısa çətin tapşırıqları icra etməyiniz tövsiyə olunmur.

Peşəkar işçi axtaran ödənişsiz təcrübə proqramları 

Bəzi iş yerləri təcrübə qazandırmaq adı altında yeni kadrlardan real vəzifələr üzrə peşəkar fəaliyyət göstərməklərini gözləyir. Lakin qarşılığında əmək haqqı və ya gələcək inkişaf imkanları təqdim edilmir.

Ən çox işçi axtarılan vakansiyalar - İş elanları 2025

Əgər vakansiya saytları, şirkət vakansiyaları, dövlət işlərində vakansiyalar, yaxud ümumilikdə aktiv vakansiyalar ilə tez-tez maraqlanırsınızsa, iş elanlarının əvvəlki illərdən fərqləndiyini sezə bilərsiniz. Bu istər vakansiya tələbləri, istər iş növləri, istərsə də əməkhaqqı təklifləri olsun, bir çox məqamlarda dəyişikliklər, təkliflər və gözləntilər yenilənir. Bu isə dünyada baş verən yeniliklər və süni intellektin inkişafı fonunda baş verir.

Odur ki Dünya İqtisadi Forumunun 2025-ci il üçün təqdim etdiyi “Gələcəyin işləri” hesabatına nəzər salmağımızda fayda var. Hesabatda qlobal əmək bazarının yenidən formalaşacağı bildirilir. Məlumata görə, bu tendensiya növbəti beş il üzrə texnoloji inkişaf, yaşıl enerjiyə keçid, iqtisadi və demoqrafik dəyişikliklər əsasında baş verəcək. Hesabat dünyanın 22 sənaye şəbəkəsi və 14 milyondan çox işçini təmsil edən 1000-dən çox ən böyük işəgötürən arasında keçirilən sorğu əsasında hazırlanıb. Sorğuda iştirak edən şirkətlərin proqnozları ilə  Beynəlxalq Əmək Təşkilatının məşğulluq məlumatları bir araya gətirilib. Bununla da, gələcəkdə tələbatın ən çox artacağı və ən çox azalacağı peşələrin adları açıqlanıb. Elə bu hesabatdan yola çıxaraq gələcəyin ən yaxşı peşələri və Azərbaycanda ən gəlirli peşələr üzrə bilik və bacarıqlarınızı gücləndirə bilərsiniz.

Vakansiya nə deməkdirVakansiya nə deməkdir

 

 

Ən yaxşı vakansiyaları ən tez tapmağın üsulları

Karyera həyatına yeni başlayanlar, müəyyən mərhələyə gələnlər və ümumilikdə karyerasında irəliləmək istəyənlərin - hər birinin ümumi məqsədlərindən biri budur: Ən yaxşı işdə çalışmaq. Ən yaxşı işlər namizədə yüksək əməkhaqqı ilə yanaşı, bonuslar, məzuniyyət imkanları, inkişaf fürsətləri, daha çox istirahət saatları kimi əlavə üstünlüklər təklif etməsi ilə seçilir. Bəs bu kimi ən yaxşı işlər harada olur? Necə tapmaq olar? Necə etmək olar ki, iş özü bizə gəlsin. Gəlin sizə həm sürətli iş tapmaq, həm axtardığınız işə sürətli qəbul olmağınız, həm də işin sizin qapınıza gələcəyi sirrlərini açıqlayaq.

İş elanları: Yeni iş elanlarını tapmaq üçün şirkət veb-saytları, karyera platformaları və sosial media hesabları, is elanlari saytlari, şirkətlərin sosial media hesabları ən yaxşı mənbələr hesab olunur. Yaxud brauzerdə is elanlari 2025 yazaraq da müxtəlif platformalarda paylaşılan elanları tapa bilərsiniz. Vakansiya saytlarının siyahısı ilə aşağıdakı siyahımızdan tanış ola bilərsiniz. 

Şəbəkə əlaqələri: Sosial mediada iş imkanlarını paylaşan və ya tövsiyələr verən peşəkar mütəxəssisləri, həmkarlarınızı, mentorları mütəmadi olaraq izləyin, paylaşımlarına göz gəzdirin. Günümüzdə “Linkedin” platforması üzərindən insan resursları əməkdaşlarına CV-nizi və portfolionuzu göndərmək mükəmməl üsullardandır. Bu halda məlumatlarınızı HR-lar öz bazalarına əlavə edir və ehtiyac olduqda sizinlə əlaqə saxlayır. 

İşə qəbul tədbirləri və sərgilər: Potensial işəgötürənlərlə əlaqə saxlaya və yeni açılacaq iş yerləri haqqında öyrənə biləcəyiniz işə qəbul tədbirləri, əmək yarmarkaları və konfranslarda iştirak edin. Hətta təhsil və xidmət sərgilərinə getməklə də əlaqələrinizi genişləndirə, bununla da, sektorla bağlı məlumatları daha tez öyrənə bilərsiniz. Bu istiqamətdə məlumatları əldə etməyiniz üçün aşağıdakı sayt və mobil tətbiqə baş çəkməyiniz məsləhətlidir:

  • edumap.az saytı
  • eventeam mobil tətbiqi

Beynəlxalq tədbir və layihələrdə iştirak: Bacardığınız qədər ölkəmizdə və xaricdə keçirilən tədbirlərə qoşulun. Bu fiziki və onlayn tədbirlər ola bilər. Daha çox ixtisasınız və inkişaf etmək istədiyiniz sahələr üzrə olanlarda iştirak etməyiniz məqsədəuyğundur.

Hobbilərinizə uyğun müsabiqələrə qoşulmaq: Tutaq ki, sizin şahmat oynamaq bacarığınız var. Milli və beynəlxalq səviyyədə keçirilən böyük yarışlarda iştirakınız, uğurlar qazanmağınız, tanınmağınız və əlaqələr qurmağınız karyera imkanlarınızı da artıracaq.

Sosial mediada aktivlik: İxtisasınız və inkişaf etmək istədiyiniz sahə üzrə sosial mediada peşəkar paylaşımlar etmək, uğurlarınızı paylaşmaq şirkətlərin və insan resursları əməkdaşlarının diqqətini çəkəcəkdir.

İş elanları qruplarına qoşulmaq: Hazırda demək olar ki, bütün sosial media kanallarında aktiv iş elanları qrupları mövcuddur. Ən çox istifadə olunanlar “Telegram” və “Linkedin” olsa da, “Facebook”, “Whatsapp” və digərləri də geri qalmır.

Azərbaycanda vakansiya saytları 2025 - Vakansiya nə deməkdir

Ölkəmizdə müxtəlif sahələr üzrə iş elanları tapa biləcəyiniz kifayət qədər veb-saytlar mövcuddur. Bu saytlarda müxtəlif şirkət vakansiyalarından tutmuş, təcrübəsiz iş elanları, rəsmi iş elanları, dövlət işlərində vakansiyalara kimi geniş çeşiddə elanlar paylaşılır. Üstəlik bu saytlarda təkcə Bakı üçün deyil rayonlar uzre vakansiyalar da yer alır. Onlar arasında ən çox istifadə olunanlarla tanış olaq. Ancaq xatırladaq ki, adətən təcili iş elanları şirkətlərin öz rəsmi veb-saytlarında və “Linkedin” platformasında paylaşılır.

  • work.az
  • jobs.glorri.az
  • busy.az
  • hellojob.az
  • jobsearch.az
  • smartjob.az
  • banco.az
  • iseqebul.az
  • vakansiya.biz
  • jobfinder.az

İşə qəbul üçün ən çox axtarılan bacarıqlar

Mövzunu çox uzatmadan sizin üçün böyük araşdırmalara və qlobal nəticələrə söykənən daha bir hesabat məlumatını təqdim edirik. Belə ki, Dünya İqtisadi Forumunun 2025 üçün hazırladığı hesabatda 2030-cu ilə qədər daha çox tələb ediləcək bacarıqların siyahısı təqdim olunub. Həmin siyahı üzrə özünüzü inkişaf etdirməyiniz hədəflərinizə daha sürətli çatmağınızı təmin edəcək.

Vakansiya nə deməkdir

 

Vakansiya axtarmazdan öncə bloqerləri axtarmaq?

Son dövrlərdə sosial media həyatımızın ayrılmaz parçasına çevrilib. Odur ki vakansiyalara müraciət etməzdən öncə bəzi karyera bloqerlərinin səhifələrinə göz atmağınız faydalı olar deyə sizinlə bəzilərinin sosial media hesablarını paylaşırıq. Bu şəxslərin paylaşımlarında CV hazırlamaqdan tutmuş, iş mühitləri, vakansiyalara müraciət formaları, hətta iş elanlarına qədər məlumatlar yer alır. Digər sahələrdə olduğu kimi iş elanları da sürətlə yenilənir, tələblər dəyişir və sizin də bunlara ayaq uydurmağınız vacibdir.

Azərbaycan karyera bloqerləri - Vakansiya nə deməkdir

Aysel Əlizadə - Faydalı karyera məsləhətləri, iş həyatı, distant iş elanları, xaricdə iş imkanları kimi istiqamətlərdə paylaşımlar edir. 

Jalə Ələkbərova - Avropada işləmək və yaşamaq imkanları, ödənişsiz layihələr, düşərgələr, sərgilər, vebinarlar, bir sözlə karyeranız və həyatınız üçün son dərəcə önəmli olan məlumatlar paylaşır.

Aytac Hüseynəliyeva - Xaricdə təhsil proqramları, ödənişsiz layihələr, təcrübə proqramları, xaricdə iş tapmaq imkanları haqqında məlumatlar paylaşır.

Hüsniyyə İdrisova - Karyera məsləhətləri, peşəkar CV hazırlanması, yerli və xarici iş imkanları, peşəkar kadr olmaq sirrləri kimi vacib məlumatlar fonunda paylaşımlar edir.

Günel - Almaniyada təhsil və iş imkanları barədə maraqlı və faydalı paylaşımlar edir.

Vakansiyalardan qalmadı….

Yuxarıda vakansiya nə deməkdir? sualına cavab tapdıq. Ancaq unutmayın ki, vakansiyalar sadəcə boş iş yerləri deyil, onlar həm də ələ keçirilməyi gözləyən fürsətlər, yeni imkanlar, qazanılacaq uğurlar, yeni dostlar qazanmaq, fərqli həyata başlamaqdır. Əgər bu və oxşar, həmçinin xəyal etdiyiniz faydaları qazanacağınızı hiss edirsinizsə, mütləq gördüyünüz o vakansiyaya müraciət edin. 

Bəzən həyat şərtləri daha ağır, çətin və motivasiyadan salan vakansiyalara müraciət etməyə vadar edir. Ancaq çiyinlərinizə yüklədiyiniz o ağır yüklərin üzərinə bir balaca da öz inkişafınızı təmin edən yükləri də yükləyin. Bir də baxacaqsınız ki, artıq çətinlikləri geridə qoymaq zamanı çatıb. Əslində yuxarıda ən çox ehtiyac yaranacaq bacarıqlara göz gəzdirsəniz, onların arasında liderlik və sosial təsir də var. Bu barədə hansı qərar verəcəyinizi isə sizə buraxırıq. Ya inkişafınızı idarə edərsiniz, ya da olduğunuz çətin şəraiti… 

İmeyldə mesaj qutunuzun arzuladığınız vakansiyalardan işə qəbul və ya iş təklifi mesajları ilə dolub-daşması diləyi ilə bu dəfəki məqaləmizi yekunlaşdırırıq.

Bizimlə karyeranıza inkişafın tam mərkəzindən başlayın! 

Dostunla paylaş:

Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Qrafik dizayner nədir?

15 May 2025

Mentor nədir? - Ən yaxşı mentorlar

13 May 2025

İş elanları saytları hansılardır? Ən populyar olanlar

01 May 2025

Hamısını göstər

Dostunla paylaş:

Digər bloqlar

Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing3 gün əvvəl

SEO-nun yerini AEO alır!

3 gün əvvəl
295 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması4 gün əvvəl

Qrafik dizayner nədir?

4 gün əvvəl
52 baxış
11
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

Mentor nədir? - Ən yaxşı mentorlar

6 gün əvvəl
68 baxış
11
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing1 həftə əvvəl

Şirkətinizi inkişaf etdirəcək 4 marketinq strategiyası

1 həftə əvvəl
127 baxış
3
0 bəyənmə
Şükür Hüseynli
Şükür Hüseynli

🚀 AI Automation Specialist | Web Developer | Helping Local Businesses Save Time & Scale Faster with AI2 həftə əvvəl

🚨 Still processing job applications manually?

2 həftə əvvəl
101 baxış
1
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

İş elanları saytları hansılardır? Ən populyar olanlar

2 həftə əvvəl
253 baxış
9
0 bəyənmə
Bütün bloqlara keç