07 Yan 2026 | Marketinq

Vakansiya təsvirini oxuyun və 5 saniyəniz var:
Sizcə bu hansı mütəxəssis vakansiyasıdır?
5, 4, 3, 2, 1!
Əgər “Ünsiyyət üslubu mütəxəssisi” dedinizsə – TƏBRİKLƏR!
Tone of Voice Specialist – yəni, brendin “danışığını” quran, onu hər kanalda eyni tonda saxlayan insan.
Brendlər də “necə danışdıqlarına” diqqət yetirirlər. Çünki brendin təkcə necə göründüyü deyil, həm də necə səsləndiyi də onun imicinin bir hissəsidir. Brend səsi müştərinin səni necə hiss etməsidir.
Artıq Azərbaycanda da brendlər ünsiyyət tərzinin strateji idarəsinə investisiya etməyə başlayır.
Azərbaycanda hansı şirkətlər bu pozisiyaya yer ayırıblar?
Bu Yelo Bankın vakansiyasıdır. Şirkətin Parlaq İmzalar Nəşriyyatı ilə əməkdaşlığı çərçivəsində mütaliəyönümlü layihələri ilə müştəri məmnuniyyətini artırmağa xidmətindən sonra brend tonunu inkişaf etdirməsi ürəkaçan addımdır.
Yelo müştəri və istifadəçiləri, bankın ünsiyyət tonunu bəyənirsiniz?