work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • Rəsmi işçilər
  • Frilans işçilər
  • Xidmətlər
  • Şirkətlər
  • İşci elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Təqdimat necə hazırlanır? Ən yaxşı təqdimat şablonları 2025

04 Jun 2025 | Xidmət

Təqdimat necə hazırlanır? Ən yaxşı təqdimat şablonları 2025

0
74 baxış
17
Təqdimat necə hazırlanır? Ən yaxşı təqdimat şablonları 2025

 

Təqdimat nədir? haqqında

Günümüzdə orta məktəb yaşlarından başlayaraq təqdimat anlayışı ilə tez-tez qarşılaşırıq. İstənilən mövzu ilə bağlı müzakirə etməkdən tutmuş böyük biznes layihələrinin hazırlanmasına qədər bütün işlərimiz təqdimatlardan keçir. Hətta bəzən dostlarımızla müəyyən mövzular ətrafında müzakirə aparmaq üçün də təqdimat hazırladığımız anlar olur. Bəs sizcə, təqdimatlara nə qədər bələdsiniz? Bir ömür boyu istifadə etdiyiniz, işlərinizi, karyeranızı qabağa aparacaq bu anlayış barədə dərindən nə qədər bilirsiniz? Çünki əslində bir çox işlərin uğurlu olması elə təqdimatından başlayır. Gəlin ətraflı tanış olaq.

Təqdimat nədir?

Təqdimatlar məlumatları ardıcıl slaydlar, videoçarxlar, vizuallar və s. vasitəsilə auditoriyaya çatdırmağın strukturlaşdırılmış formasıdır. Bu strukturlaşdırılmış məlumatlarda slaydlar, diaqramlar, şəkillər və digər multimedia elementləri, həmçinin mətnlər yer ala bilər. Sözügedən elementlər əsas mesajın çatdırılmasını və ya məlumatların paylaşılmasını nəzərdə tutur. Təqdimatlar işgüzar görüşlər, təhsil sərgiləri, konfranslar, ictimai tədbirlər və digər çox istiqamətli məqsədlər üçün hazırlanaraq təqdim edilə bilər. Təqdimatın məqsədi kontekstdən asılı olaraq dəyişə bilər. Bu, auditoriyanı məlumatlandırmaq, inandırmaq, əyləndirmək və ya maarifləndirmək ola bilər. 

Təqdimat necə hazırlanır?

Təqdimat mövzusu və formatı necə təyin edilir?

Təqdimat hazırlamaq bir ideyanı, məlumatı və ya layihəni müəyyən auditoriyaya çatdırmaq üçün planlı və məqsədyönlü bir prosesdir. Burada ilk iş mövzunun seçimi və məqsədinin müəyyənləşdirilməsidir. Mövzu təqdimatın məqsədilə əlaqəli təyin edilir. Yəni bu təqdimatı nə üçün hazırlayırsan? və ya hara üçün? Burada auditoriyanı yaxşı tanımaq da çox önəmlidir. Kimə danışacaqsınız? Auditoriyanın yaşı, biliyi, maraq dairəsi və sosial konteksti nədir? Bu suallara cavab verdikdən sonra təqdimatın dili, formatı, dərinliyi və üslubu buna uyğun formalaşdırılmalıdır.

Təqdimat strukturu necə olmalıdır?

Mövzu və məqsəd müəyyənləşdikdən sonra növbəti addım təqdimatın strukturunun qurulmasıdır. Təqdimat giriş, əsas hissə və nəticə hissəsindən ibarət olmalıdır. Giriş hissəsində auditoriyanın diqqətini çəkəcək tərzdə təqdimatın niyə vacib olduğu aydın şəkildə izah edilməlidir. Əsas hissədə təqdimatın əsas ideyaları və arqumentləri ətraflı və dəqiq şəkildə göstərilməlidir. Nəticə isə auditoriyada təsir yaradacaq ən son hissədir. Burada auditoriyaya ümumiləşmiş fikri çatdıra, nümunələr göstərə və ya sual verə bilərsiniz. Tamamilə sizə, təqdimat məqsədinizə bağlıdır.

Təqdimatda hansı şriftlərdən istifadə olunur?

Təqdimat hazırlayarkən düzgün şrift seçimi məzmunun oxunaqlılığı, peşəkarlığı və auditoriyada yaratdığı təəssürat baxımdan olduqca vacibdir. Təqdimat üçün şrift seçərkən oxunaqlılıq və sadəlik hər zaman ön planda saxlanılmalıdır. Auditoriya təqdimat zamanı slaydları tez oxuyur və izləyir, buna görə də şriftlər çox bəzəkli, dolaşıq və ya həddindən artıq incə olmamalıdır. Şriftlər əsasən iki kateqoriyaya bölünür: serif və sans-serif.

  • Serif şriftlər (məsələn, Times New Roman, Georgia) hərflərin uclarında kiçik bəzəklər olan klassik üslublardır. Bu tip şriftlər çap materiallarında (kitab, məqalə) oxumaq üçün daha uyğundur.
     
  • Sans-serif şriftlər (məsələn, Arial, Calibri, Helvetica) isə daha sadə, təmiz xətlərlə yazılır. Bu şriftlər rəqəmsal ekranlar üçün daha uyğundur və təqdimatlarda üstünlük verilir. Göz tez yorulmur, slaydlar daha modern və professional görünür.

Təqdimatlar şriftləri 2025

Aşağıda təqdimatlarda ən çox istifadə olunan və ən çox bəyənilən sans-serif şriftlər verilmişdir:

  • Arial - Sadə, klassik və oxunaqlı. PowerPoint və digər proqramlarda standart şrif növüdür.
  • Calibri - Geniş istifadə olunur. Microsoft-un uzun müddət rəsmi şrift növüdür.
  • Helvetica - Dizayn və peşəkar təqdimatlarda tez-tez istifadə olunan neytral və yüksək keyfiyyətli şriftdir.
  • Segoe UI - Microsoft interfeysləri üçün hazırlanmışdır, təqdimatlarda rahat oxunur və estetik görünür.
  • Roboto - Google tərəfindən hazırlanmış modern şriftdir. Onlayn təqdimatlar və texniki mövzular üçün ideal seçimdir.
  • Open Sans - Təmiz və geniş hərfləri ilə oxunaqlılığı artırır. Veb təqdimat platformalarında geniş istifadə olunur.

Təqdimatda neçə slayd olmalıdır?

Təqdimatın neçə slayddan ibarət olması onun məqsədindən, auditoriyasından və təqdimatçının çıxış üslubundan asılı olaraq dəyişə bilər. Odur ki burada konkret say demək çətindir. Ancaq ümumi bir qayda vardır ki, təqdimatın müddəti ilə slaydların sayı arasında təbii bir nisbət saxlanılır. Təcrübədə 1 dəqiqəyə 1 slayd prinsipinə üstünlük verilir. Yəni 10 dəqiqəlik təqdimat üçün təxminən 8-12 slayd optimal hesab olunur. Bu prinsip təqdimatın həddindən artıq yorucu və ya sadə olmaması balansını qoruyur. Tövsiyə olunur ki, təqdimatda ən vacib məqamlar vurğulansın, uzun mətnlərdən uzaq qalınsın, vizual və elementlərdən yerinə uyğun istifadə edilsin.

Təqdimatın giriş slaydı necə hazırlanır?

Giriş slaydının əsas məqsədi auditoriyanın diqqətini cəlb etmək, onları təqdimata hazırlamaq və təqdimatçının nə danışacağını aydın şəkildə göstərməkdir. Giriş hissəsində ilk təəssürat formalaşdığı üçün sadə, lakin təsirli olmalıdır. Giriş slaydında adətən aşağıdakı elementlər yer alır:

  • Təqdimatın başlığı - mövzunu dəqiq və cəlbedici şəkildə ifadə edən qısa cümlə və ya sual ola bilər.
  • Təqdimatçının adı və vəzifəsi - izləyicilərin sizi tanıması və yaddaşında saxlaması üçün bu nüans önəmlidir.
  • Tarix və yer - xüsusilə rəsmi və ictimai təqdimatlarda vacibdir.
  • Giriş nitqi üçün dəstək məzmun - bəzən təqdimata bağlı bir sitat, maraqlı fakt və ya şəkil əlavə edilə bilər. Bu, emosional bağ yaratmaq və maraq oyatmaq üçün effektivdir.

Təqdimata hazırlaşarkən bunlara diqqət edin!

Bədən dili və göz təması necə istifadə olunmalıdır?

Bədən dili təqdimat zamanı nitqinizi tamamlayan və vurğulayan qeyri-verbal ünsiyyət vasitəsidir. Bəzi texnikaları tətbiq etməklə təqdimatınızı auditoriyaya tam şəkildə çatdıra və hədəflərinizə çata bilərsiniz.

  • Duruş: Dik və rahat dayanmaq etibarlılığınızı artırır. Çiyinləriniz arxada, ayaqlarınız çiyin enliliyində olsun.
  • Əllərin istifadəsi: Əlləri təbii və ritmik şəkildə istifadə edin. Əllərinizi gizlətməyin (cibə salmaq, arxada tutmaq), lakin həddindən artıq jestlərdən də qaçın.
  • Hərəkət: Yerində donub qalmadan, müəyyən fasilələrlə auditoriyaya yaxınlaşmaq təbii görünür. Lakin məqsədsiz gəzişmək diqqəti dağıda bilər.
  • Mimikalar: Üz ifadələri dediklərinizi dəstəkləməlidir. Məsələn, maraqlı və ya gülməli bir hissə danışarkən təbəssüm etmək, ciddi hissədə isə diqqətli baxışlarla vurğulamaq.
  • Göz təması: Auditoriyanın müxtəlif üzvləri ilə növbə ilə baxış qurmaq inam və hörmət yaradır. Xüsusilə sual verərkən və cavab verərkən birbaşa baxmaq təsirlidir. Onlayn təqdimatda kameraya baxmaq real göz təması əvəzi hesab olunur.

Təqimat zamanı səsimizi və nitqimizi necə idarə etməliyik?

Səs və nitq təqdimatın emosional tonunu müəyyən edir və dinləyicinin diqqətini saxlamaqda əsas rol oynayır.

  • Səs tonu: Monoton səs tonu auditoriyanı yora bilər. Səsinizi qaldırıb-endirmək, vurğulamaq istədiyiniz fikri daha güclü çatdırmağa kömək edər.
  • Səsin aydınlığı: Sözləri aydın tələffüz etməyə çalışın.
  • Nitq tempi: Orta və sabit temp ideal sayılır (təxminən 120–150 söz/dəq). Çətin anlaşılacaq və ya mühüm fikirlərdə tempi azalda bilərsiniz.
  • Fasilələr: Vacib fikirlərdən sonra qısa pauza vermək dinləyiciyə düşünmək və yadda saxlamaq imkanı yaradır.
  • Onlayn təqdimat zamanı: Mikrofonla danışdığınız üçün daha yavaş və vurğulu danışmaq, qısa cümlələr qurmaq işinizə daha çox yarayacaq.

Auditoriyadan gələn suallara necə cavab vermək lazımdır?

Təqdimat zamanı və sonunda verilən suallar hazırlıqlı, məsuliyyətli və peşəkar olduğunuzu göstərmək üçün əla fürsətdir. Bunu maksimum dərəcədə dəyərləndirin.

  • Dinləmək: Sualı tam dinləyin və dinləyici sualını tamamlamamış cavab verməyə çalışmayın.
  • Aydınlaşdırmaq: Əgər sual qeyri-müəyyənsə, nəyi nəzərdə tutduğunu soruşmaqdan çəkinməyin.
  • Strukturlaşdırılmış cavab: Cavabı qısa giriş-əsas fikir-nəticə formatında qurun.
  • Bilmədiyini etiraf etmək: Cavabını bilmədiyiniz sual varsa, bunu dürüst şəkildə etiraf edin və araşdırıb bildirəcəyinizi qeyd edin. Bu, etimadınızı qoruyacaq və səmimiyyətinizi göstərər.
  • Əlavə sual vermək: “Bu cavab sizi qane etdimi?” və ya “Əlavə sualınız var?” deməklə auditoriyada müsbət fikir yarada bilərsiniz
  • Onlayn təqdimat zamanı: Sual-cavab bölməsini vaxtla məhdudlaşdırın və yazılı şəkildə gələn sualları öncədən toplayıb cavablandırın.

Qrup şəklində təqdimat edərkən rollar necə bölünməlidir?

Komanda ilə təqdimata hazırlaşarkən öncədən hər kəsin görəcəyi işi planlamaq vacibdir. Bunun üçün addım-addım prosesi idarə etməyə çalışın. Hər bir detalı öncədən razılaşdırın və komanda təqdimatınıza dinamik hərəkət planı əlavə edin.

Rolların bölgüsü:

  • Açılış və təqdimatın məqsədlərini izah etmək üçün qrupun lideri və ya danışıq qabiliyyəti yüksək olan biri təyin edilir.
  • Əsas mövzu hissələri üçün hər kəsin ixtisaslaşdığı və yaxşı bildiyi hissə ilə uyğunlaşdırılmalıdır.
  • Vizual və texniki hissələr üçün öncədən texniki avadanlıqlardan məsul olacaq şəxsə məlumat verilməli və izah edilməlidir.
  • Nəticə və yekun fikirlər üçün auditoriya ilə güclü bağ qura biləcək, xüsusi diqqət çəkəcək üzvlər təyin edilməlidir.
  • Sual-cavab moderatoru üçün auditoriyadan gələn sualları yönləndirən və cavabları idarə edəcək şəxslər təyin edilir.

Təqdimat keçidləri

Komanda üzvləri estafeti bir-birinə ötürərkən bəzi keçid cümlələrdən istifadə etməlidir. Məəslən: İndi sözü həmkarım Nigara verirəm, bu hissədə texniki aspektləri o izah edəcək.
 

Məşq etmək

Qrup üzvləri təqdimatdan əvvəl birlikdə məşq etməli, zaman bölgüsü və gözlənilməz suallar üçün plan qurmalıdır.

Bundan başqa, bildiyiniz kimi günümüzdə təqdimatlar onlayn və oflayn şəkildə həyata keçirilə bilər. Hər iki halda təqdimata hazırlaşarkən diqqət edilməli məqamlara birlikdə nəzər salaq:

Oflayn təqdimat zamanı diqqət edilməli məqamlar:

  • Auditoriya ilə göz təması qurmaq
  • Bədən dili və jestlərdən aktiv istifadə etmək
  • Səhnə və məkanla rahat davranmaq (yerində donmamaq)
  • Səsin hər kəsə aydın çatmasına nəzarət (mikrofonsuz təqdimatda xüsusilə)
  • Texniki avadanlıqları öncədən yoxlamaq (proyektor, səs sistemi)
  • Geyim və görünüşün məkan və tədbirə uyğunluğu
  • Kağız və ya not dəstəyi varsa, onlardan səmərəli istifadə
  • Real vaxtda auditoriya reaksiyasına uyğun davranmaq
  • Suallara qarşı açıq olmaq və interaktivlik yaratmaq
  • Vaxtı düzgün idarə etmək və təqdimat strukturunu qorumaq
     

Onlayn təqdimat zamanı diqqət edilməli məqamlar:

  • Stabil internet bağlantısı təmin etmək
  • Mikrofon və kamera keyfiyyətini öncədən yoxlamaq
  • Kameraya baxaraq danışmaq
  • Ekran paylaşım funksiyasını düzgün idarə etmək
  • Slaydların virtual təqdimata uyğun sadələşdirilməsi
  • Təmiz və diqqət yayındırmayan fon seçmək
  • İşıqlandırmanın üzə düşməsinə nəzarət
  • İştirakçıların səsini nəzarətdə saxlamaq (mute funksiyası)
  • Sual-cavab üçün ayrıca zaman təyin etmək
  • Texniki problem olarsa alternativ plan (başqa cihaz)
  • Danışıq tempi daha yavaş və aydın olmalıdır
  • Təqdimat zamanı digər proqramların bağlanması (bildirişlər gəlməsin)
  • Sessiyanın qeydə alınıb-alınmayacağını əvvəlcədən bildirmək

Ən yaxşı təqdimat nümunələri hansılardır?

Son dərəcə diqqət çəkən, layihənizi və hədəflərinizi auditoriyaya tam şəkildə çatdıracaq təqdimat hazırlamaq üçün aşağıdakı ən yaxşı təqdimat şablonları ilə tanış ola bilərsiniz. Bu nümunələr həmçinin vaxtınıza qənaət edərək uyğun şablonları daha qısa zamanda tapmağınıza kömək edəcək.

Visme platforması müxtəlif sahələr üçün hazırlanmış 51 təqdimat nümunəsi təqdim edir. Bu slaydlar biznes, maliyyə, satış və təhsil kimi sahələrdə istifadə edilə bilər.

SlideModel təqdimat dizaynı üzrə ixtisaslaşmış platformadır. Burada satış, layihə menecmenti, elmi təqdimatlar və startaplar üçün hazır slayd nümunələri mövcuddur.

Slidebean platformasında startap təqdimat şablonları ilə tanış ola bilərsiniz. 

Canva istifadəçilərə həm pulsuz, həm də ödənişli təqdimat şablonları təqdim edir. 

Beautiful.ai avtomatik rejimdə təqdimat dizaynları hazırlamaq üçün istifadə olunur. İstifadəçilərə məzmunu daxil etdikdən sonra vizual cəhətdən uyğun slaydlar təklif edir.  

Ən yaxşı təqdimat hazırlamaq proqramları 2025

2025-ci ildə təqdimat hazırlamaq əvvəlki illərdən daha yaradıcı və texnoloji prosesə çevrilib. Çünki indi sadəcə PowerPoint açıb mətn yazmaq dövrü geridə qalıb. İndi təqdimatlar üçün tələblər dəyişib. Auditoriyanın diqqətini çəkmək üçün vizual olaraq cəlbedici, məzmun baxımdan yığcam və interaktiv məhsul yaratmaq tələb olunur. Tələbə, marketinq meneceri, startap təsisçisi, maliyyə meneceri və s. olmağınızdan asılı olmayaraq, ideya və hədəflərinizi başqalarına çatdırmaq üçün yaxşı təqdimat hazırlamaq üçün mütləq şəkildə daimi istifadə etdiyiniz platformalar, tətbiqlər və s. olmalıdır. Çünki nəzərə alın ki, təqdimatlar bəzən sizdən görüşə 1 saat qalmış lazım ola bilər, bəzən texniki problemləri aradan qaldırmaq çətinləşər və s. İstənilən halda sizin üçün yararlı olacaq ən yaxşı teqdimat hazirlamaq proqramlari 2025 - cil il üzrə trendləri təqdim edirik. Bu saytlarda həm pullu, həm də pulsuz təqdimat şablonları yer alır. 

  • Visme
  • Prezi
  • Google Slides
  • Keynote
  • Microsoft PowerPoint
  • Slidebean
  • Zoho Show
  • Beautiful.ai
  • Canva
  • Haiku Deck

Təqdimat dizayn trendləri 2025

Təqdimat hazırlayarkən yəqin ki, sizə hazırda hansı təqdimat dizaynlarının istifadə olunduğu maraqlıdır. Dünyada və ölkəmizdə ən çox hansı üsluba üstünlük verilir? Aşağıda hazırda ən geniş istifadə olunan təqdimat dizayn trendlərini paylaşırıq. Ölkədaxili layihələrdən, iş imkanlarından tutmuş qlobal şirkətlərə qədər bütün karyera və şəxsi təcrübənizdə bu nümunələrdən istifadə edə bilərsiniz. Hərflərin yazılışından başlayaraq, vizualların təqdimata necə yerləşdirilməsinə qədər nümunələr vardır. 

Böyük və bold yazılar

Big, Bold Typography

Estetik vizuallar

Aesthetic Vibes

Qradiyent rəng keçidləri 

Gradient Color Schemes

Neon rənglər

Neon Colors

Yüksək kontrastlı rənglər

High Contrast Colors

Karikatura infoqrafikləri

Doodle Infographics

Pastel rənglər

Soft Pastel Colors

İkiqat ekspozisiya effekti

Double Exposure

Bütöv şəkillər

Full-bleed Images

Üst-üstə düşən elementlər

Overlapping Elements

Rəngli mətn fonları

colorblocks.jpg

Cüzi formada monotonluq

minimal-mono.jpg

 

Son olaraq qeyd edək ki, təqdimat hazırlamaq bacarığı müasir dövrdə demək olar bütün iş yerlərində tələb edilən əsas bacarıqlardan birinə çevrilib. Rəhbərlər tərəfindən statistik göstəricilərin yaxından izlənilməsindən tutmuş satış nəticələrinə qədər bütün sahə mütəxəssislərindən aylıq, rüblük və illik göstəriciləri müxtəlif təqdimatlarda hazırlanması istənilir. Bu nüans həm də öz performansınızı yaxından izləməyə də kömək edir. Yaxud yeni iş müraciətləriniz, əməyiniz keçən işləri bir araya toplamağınız və s. üçün də təqdimat hazırlamaq lazım ola bilər. Ümumilikdə istənilən zaman təqdimat hazırlamaq ehtiyacınız yarana bildiyi üçün bu istiqamətdə hazırladığımız faydalı məlumatları oxuyun, daim özünüzü inkişaf etdirin və hətta bu yöndə başqalarına xidmət də sata bilərsiniz. Bacarıqlarınızı artırmaqla vakansiyalar bölməmizdə iş elanı açıb insanları sizin xidmətinizdən yararlanmağa dəvət edə bilərsiniz.Yaxud da özünüz də iş tapa bilərsiniz. 

Dostunla paylaş:

Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

May ayı (1 ayımız) Work.az da necə oldu?

01 Jun 2025

May ayı keçirilən sorğunun nəticləri və qalibləri

31 May 2025

Work.az Balansı Nə Üçün Var və Onunla Nə Etmək Olar?

30 May 2025

Hamısını göstər

Dostunla paylaş:

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması4 gün əvvəl

Təqdimat necə hazırlanır? Ən yaxşı təqdimat şablonları 2025

4 gün əvvəl
74 baxış
17
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

May ayı (1 ayımız) Work.az da necə oldu?

1 həftə əvvəl
69 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

May ayı keçirilən sorğunun nəticləri və qalibləri

1 həftə əvvəl
151 baxış
3
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Work.az Balansı Nə Üçün Var və Onunla Nə Etmək Olar?

1 həftə əvvəl
63 baxış
3
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Server nədir? Ən yaxşı server xidmətləri

1 həftə əvvəl
140 baxış
17
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing1 həftə əvvəl

Həm reklamverənə, həm də sahibinə inanılmaz dərəcədə pul qazandıran sahə

1 həftə əvvəl
28 baxış
1
0 bəyənmə
Bütün bloqlara keç