20 İyun 2025 | Marketinq

Startupda fürsətçilik önəmlidir, ya vizyon?

440 baxış
2
Startupda fürsətçilik önəmlidir, ya vizyon?

Baku ID Festivalda iştirakda ikən spikerlərin toxunmalı olduğu mövzulardan biri:

“Startupda fürsətçilik önəmlidir, ya vizyon?”

Fikirlər müxtəlifdir, mənə görə isə cavab:

– Hər ikisi vacibdir, amma fərqli mərhələlərdə və məqsədlərlə

Sual 1: Fürsətçilik nədir?
✅ Hazırkı vəziyyətdən dərhal faydalanmaq
✅ Trendləri tez görmək və ona uyğun hərəkət etmək.
✅ Mövcud nə resurs varsa, ondan maksimum istifadə etmək

Üstünlükləri:
👁️ Sürətli qərarvermə və reaksiya.
🧠 Qısa müddətdə gəlir və böyümə şansı.
🫀 Rəqiblərdən qabaq hərəkət etmək.

Riskləri:
⛔️ Strateji sabitliyin olmaması
⛔️ Dəyər və marka imicinin zədələnmə riski
⛔️ Qısamüddətli qazanc uzunmüddətli itkiyə səbəb ola bilər


Sual 2: Vizyon nədir?
✅ Gələcək üçün böyük şəkli görmək
✅ Yalnız bu günə deyil, sabahkı dəyişikliklərə hazır olmaq
✅ Şirkətin dəyəri, məqsədi və uzunmüddətli yolu

Üstünlükləri:
👁️ Dayanıqlı brend və loyallıq qurur
🧠 Komanda və investor üçün motivasiya yaradır
🫀 Qətiyyətli strateji istiqamət verir

Riskləri:
⛔️ Gəliri dərhal gətirməyə bilər
⛔️ Əgər bazar və ya müştəri hazır deyilsə, uğursuz ola bilər
⛔️ Əlavə risk və maliyyə tələb edə bilər


🌍 Dünya təcrübəsi ilə misal:

🚀 Airbnb:
• İlk illərdə fürsətçi idi: beynəlxalq konfranslar vaxtı iştirakçılara ev kirayələmək
• Sonra isə vizioner yanaşmaya keçdi: “belong anywhere” — hər yerdə özünü evində hiss et

🚀 Amazon:
• Jeff Bezos əvvəlcə fürsətdən istifadə etdi: onlayn kitab satışı
• Amma əsas gücü vizyonda idi: “Hər şey satmaq!”

🚀 Facebook (Meta):
• Əvvəlcə fürsətçi idi: Universitetlərdə sosial şəbəkə trendi
• Sonra isə viziona yönəldi: metaverse, qlobal şəbəkə vizyonu

Suala daha yaxşı cavab tapmaq üçün “The Founder” (2016) filminı baxmağınızı tövsiyyə edirəm.

Dostunla paylaş:

whatsapptelegram
Loading...