24 İyul 2025 | Marketinq
“Shoshin” fəlsəfəsi iş problemlərinin həllində necə faydalı ola bilər?
375 baxış
2
Shoshin fəlsəfəsi eşitmisiniz?
İş yerində çətinliklərlə qarşılaşdığınız zaman ənənəvi yanaşmalar bəzən nəticə vermir.
“Şoshin” nədir?
Zen buddizmindən qaynaqlanan “shoshin” sözü “başlanğıc düşüncəsi” kimi tərcümə olunur. Bu anlayış insanın hər bir məsələyə tam açıqlıqla, əvvəlcədən formalaşmış mühakimələrdən və peşəkar fikirlərdən azad şəkildə yanaşmasını ifadə edir.
“Shoshin” iş problemlərinin həllində necə faydalı ola bilər?
- İnsanlararası münasibətlərdə gərginlik
⛔ Rəhbərinizin yersiz nəzarəti yaradıcılığınıza mane olur? Həmkarınız sizi rəhbərliyin gözündən salmağa çalışır? Tabeçiliyinizdə olan əməkdaşın zəif performansı sizi narahat edir?
✅ Shoshin yanaşması: Özünüzə əsaslı suallar verin: Nə demək istəyirsiniz? Başqa necə ifadə edə bilərsiniz? Nəyi bilirsiniz, nə çatışmır? “Təcrübə kubu” (insanın bir vəziyyətdəki düşüncələrini, hisslərini, müşahidələrini və davranış niyyətlərini dörd tərəfli şəkildə təhlil etməsinə kömək edən özünürefleksiya aləti) kimi üsullarla fikirlərinizi yazın və situasiyanı daha obyektiv qiymətləndirin. - Tənqidi düşüncə və strateji problemlər
⛔ Məhdud resurslarla yüksək nəticələr tələb olunur? Texniki çatışmazlıqlar və ya iqtisadi şərait irəliləyişə mane olur?
✅ Shoshin yanaşması: Böyük mənzərəni nəzərdən keçirin. Məqsəd nədir, əsas maraqlı tərəflər kimlərdir? Komanda ilə birgə qısa, fokuslanmış beyin fırtınası sessiyası təşkil edin. Qeyri-adi ideyaları da dəyərləndirin və yeni həll yollarını sınamaqdan çəkinməyin. - İş üslubuna dair maneələr
⛔ Vaxt ayırmaq və əlaqə qurmaq çətindir? Yeni başladığınız işdə fərq yaratmaq istəyirsiniz?
✅ Shoshin yanaşması: Müşahidələrinizi konkret nümunələrlə qeyd edin. SWOT təhlili vasitəsilə vəziyyəti qiymətləndirin və alternativ yollar axtarın. Təcrübəli həmkarlarla fikir mübadiləsi apararaq yeni yanaşmalar kəşf edin.
Loading...
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
2 həftə əvvəl
247 baxış
6
0 bəyənmə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
0 ay əvvəl
481 baxış
6
1 bəyənmə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
0 ay əvvəl
487 baxış
7
1 bəyənmə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
0 ay əvvəl
418 baxış
7
1 bəyənmə
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.2 ay əvvəl
Frilanser üçün portfolio sayt: sifarişçi ilk olaraq nəyə baxır?
2 ay əvvəl
443 baxış
9
2 bəyənmə
Aydin
Online sertifikat almaq: 2026-cı il üçün 20 pulsuz kurs
2 ay əvvəl
731 baxış
10
1 bəyənmə
