29 May 2025 | Xidmət
Server nədir? haqqında!
Bilirsiniz ki, serverlər olmasa sosial media hesabları, elektron poçtlar, veb-saytlar və digər bir çox internet resurslarından istifadə etmək mümkünsüz olar? Yəni göndərdiyimiz mesajlar və məktublar, paylaşdığımız şəkil və videolar və daha çoxu serverlər vasitəsilə bizim üçün əlçatan olur. Serverlər olmasa internetdə məlumat mübadiləsi, sosial ünsiyyət və rəqəmsal xidmətlərdən istifadə mümkün olmazdı. Bəs gəlin görək server nedir?, server haqqında daha nələri dərindən bilməyimiz vacibdir.
Server məlumatları və xidmətləri əlçatan edən xüsusi kompüter və ya proqram vasitəsidir. Yəni serverlər bir kompüter vasitəsilə daxil edilən istənilən sorğunu qəbul edərək qarşı tərəfə ötürür. Əsas məqsədi məlumatları saxlayıb, emal edib və onları müştəri cihazlara ötürməkdir. Serverlər əsasən veb-saytların yerləşdirilməsi, elektron poçt xidmətləri, faylların saxlanılması, tətbiqetmələrin işlədilməsi və verilənlər bazası kimi məqsədlərlə istifadə olunur. Bir server birdən çox istifadəçiyə xidmət göstərə bilər və bir istifadəçi birdən çox serverdən istifadə edə bilər.
Serverlərin işləmə prinsipi istifadəçi-server-istifadəçi modelinə əsaslanır. Belə ki, istifadəçi serverə sorğu göndərir və server bu sorğuya uyğun məlumatın üzərində işləyərək cavab verir. Serverlərin əsas vəzifələri arasında məlumatların saxlanılması və idarə edilməsi, məlumatların təhlükəsizliyinin təmin edilməsi, istifadəçilərə fasiləsiz xidmət göstərilməsi və yüksək performansla işləməsi daxildir. Gəlin serverin işləmə prinsipinə nümunə üzərindən nəzər yetirək.
Məsələn, siz brauzerinizdə (məsələn, Chrome) “www.wikipedia.org” platformasına daxil olmağa çalışırsınız. Bu zaman proses aşağıdakı ardıcıllıqla həyata keçir:
Brauzer sorğu göndərir: Brauzer serverə HTTP və ya HTTPS protokolu vasitəsilə “Wikipedia”nın ana səhifəsini tələb edən sorğu göndərir.
DNS işə düşür: Əvvəlcə domen adı (www.wikipedia.org) IP ünvana çevrilmək üçün DNS serverə yönləndirilir. DNS server bu adı serverin real IP ünvanına çevirir (məsələn, 198.35.26.96).
Veb-server cavab verir: IP ünvan vasitəsilə Wikipedia-nın veb-serverinə çatdıqda, server brauzerdən gələn sorğunu qəbul edir və ona uyğun HTML faylını (veb-səhifəni) geri göndərir.
Brauzer səhifəni göstərir: Brauzer bu HTML faylını oxuyur, lazım olan şəkilləri, CSS və JavaScript fayllarını da həmin serverdən və ya digər serverlərdən yükləyir və nəticədə sizə tam hazır versiyada gördüyünüz veb-səhifə göstərilir.
Bizi sosial mediada izlə! | Server mütəxəssisi vakansiyaları burada! | İT vakansiyaları burada!
Serverlər çoxçeşidli sorğular ilə işlədiyinə görə onlar müxtəlif kateqoriyalar üzrə qruplaşdırılır. Hər bir server növü müxtəlif xidmət növünü təmin edir və bu xidmətlərin uğurlu işləməsi üçün özünəməxsus xüsusiyyətlərə malikdir. Gəlin ən çox rast gəlinən və istifadə olunan server növləri ilə tanış olaq.
Veb-serverlər
Veb-serverləri internet səhifələrinin və saytlarının vahid ünvanı kimi başa düşmək olar. Yəni gündəlik daxil olduğunuz bütün veb-saytların məlumatlarını məhz veb-serverlər yükləyir və sizə təqdim edir. Veb server olmasa, internetdə heç bir sayt görünməzdi.
Fayl serverləri
Çalışdığınız şirkətdə yəqin ki, minimum halda bir dəfə də olsa həmkarlarınızla birgə eyni sənəd üzərində işləmisiniz. Bu fayl server tərəfindən təmin olunur. Yəni hər kəsin kompüterində ayrı-ayrılıqda fayl saxlamaqdansa, bu serverdə bütün sənədlər saxlanılır və hər kəs ona daxil olaraq faylları görə və redaktə bilir.
Elektron poçt serverləri
Elektron məktub göndərərkən yaxud qəbul edərkən fikir versəniz məktublar həmin saniyədə qarşı tərəfə göndərilmir və həmçinin sizin tərəfinizdən də qəbul edilmir. Bu bir neçə saniyə, bəzən bir neçə ərzində baş verir. Bunun səbəbi məktubların düzgün ünvanlara çatdırılması üçün sahibindən öncə elektron poçt serverinə yönləndirilməsidir. Daha sonra bütün məktublar öz ünvanına gedib rahatlıqla çatır.
Verilənlər bazası serverləri
Bu serverlər böyük məlumat bazalarına olan çıxışı asanlaşdırır. Belə ki, müntəzəm olaraq istifadə etdiyiniz Temu, Trendyol, Amazon kimi platformalar, bank tətbiqləri məhz verilənlər bazası serveri əsasında sizin istifadəniz üçün əlçatan olur. Hər gün izlədiyiniz bank kart məlumatları, səbətinizə əlavə etdiyiniz geyimlər və s. bu prinsip əsasında baş verir.
Tətbiqetmə serverləri
Bu serverlər görünməz qəhrəmanlar adlandırılır. Çünki mobil tətbiq və ya veb-səhifədə hər hansı funksiyaya işə saldıqda ilk olaraq bu serverlər iş başına keçir. Məsələn “Sifariş et” düyməsinə basdıqda, o, sizin verdiyiniz əmri anlayır, lazımi hesablamaları aparır və nəticəni sizə geri qaytarır. Biz bu prosesi əyani olaraq görməsək də, arxa planda işlər getdiyi üçün dünyanın o biri ucundan rahatlıqla alış-veriş edə bilirik.
Server almaq mənə nə üçün lazımdır? deyə düşünə bilərsiniz. Yəni hansı situasiyalarda serverlərə ehtiyac duyuruq? Veb-sayt açarkən, öz oyununuzu yaradarkən, mobil tətbiq hazırlayarkən və digər oxşar məqamlarda işşlərin davamlılığı server seçiminizdən asılı olacaq. Çünki yaratdığınız veb-saytın vizuallığı, xidmətləri və s. nə qədər mükəmməl olur olsun, əgər onun sürətliliyi, istifadə texnikaları əlçatan deyilsə, sizin əziyyətiniz boşa getmiş olacaq. Gəlin server necə seçməli olduğumuz və bunun sizin işlərinizə hansı dəyərlər qatacağı ilə tanış olaq.
Serverin güclüdürsə, işlər yağ kimi gedəcək
Güc dedikdə serverin nə qədər sürətli və effektiv işlədiyi nəzərdə tutulur. Burada əsasən üç komponentə diqqət yetirilir:
Serveriniz gecə-gündüz sizin üçün işləməlidir
Fasiləsiz işləyən server biznesinizin böyük pullar qazandırması deməkdir. Bunun üçün isə aşağıdakı nüanslar önəmlidir:
İşlər böyüdükcə serverin də imkanları genişlənir
Serverdə cari ehtiyacları qarşılamaqla yanaşı, gələcəkdə sistem böyüdükdə resursların artırılması imkanı da olmalıdır.
Server təhlükəsizliyə cavabdeh olmalıdır
Serverdə əksər hallarda müştəri məlumatları, maliyyə məlumatları və s. kimi spesifik məlumatlar saxlanılır. Onları qorumaq isə mütləqdir. Bunun üçün:
Bütün bunlarla yanaşı, serverin istifadə asanlığı, texniki dəstək və avtomatlaşdırma imkanlarının olması da işlərinizi xeyli qabağa salacaq.
Bizi sosial mediada izlə! | Server mütəxəssisi vakansiyaları burada! | İT vakansiyaları burada!
Fiziki serverlər və bulud (cloud) serverlər arasındakı fərqlər hansılardır?
Server seçərkən insanlar bir çox aspektlərə əsasən qərarlarını verirlər. Bu isə daha çox insanların serveri nə məqsədlə əldə etməsinə, necə istifadə metodikası istəməsinə və s. bağlı olur. Məsələn, bir qrup insanlar üçün texniki detallar, texnoloji alət və üsullardan istifadə çətin göründüyü halda, digərləri üçün bu elə deyil. Bu səbəbdən istifadəçilər serverin növündən istifadəyə görə iki qrupa ayrılır:
Fiziki serverlər - Bu istifadəçilər serverdə tam nəzarətə və öz avadanlığına sahib olmağa üstünlük verir.
Bulud serverləri - Bu istifadəçilər isə elastiklikliyə, texniki çətinliklərin olmamasına və çevik idarəetməyə üstünlük verir.
Fiziki serverlər haqqında
Böyük şirkətlər, dövlət qurumları, banklar, özəl şirkətlər və s. fiziki serverlərdən istifadəyə üstünlük verir. Bu tip serverlər konkret fiziki kompüter kimi qurulmuş sizin və ya şirkətinizin sahibi olduğu cihazlardır. İstənilən yerdə quraşdırmaq olar. Bu serverlərin quraşdırılması nisbətən daha uzun müddət çəkə bilər və xərclər də nisbətən yüksək olur. Avadanlığa istənilən əməliyyat sistemini, təhlükəsizlik mexanizmini və proqramları sərbəst şəkildə quraşdırmaq mümkündür. Serverin bütün resursları (CPU, RAM, disk) və texniki cəhətdən problemlərinin həll edilməsi də birbaşa sahibinə bağlı olur.
Bulud serverləri haqqında
Startaplar, onlayn mağazalar, kiçik bizneslər və s. bulud serverlərindən istifadə edir. Bulud serverlər internet üzərindən, uzaq data mərkəzlərində yerləşən və provayderlər tərəfindən idarə olunan virtual serverlərdir. Əsas üstünlüklərindən biri sizə lazım olan qədər istifadə edir və ona uyğun ödəniş edirsiniz. Quraşdırlması bir neçə dəqiqəyə çəkir. İstifadə artdıqca RAM, CPU və disk kimi resursları dərhal artırmaq mümkündür. Yaranan texniki problemləri isə siz yox provayder aradan qaldırmağa məsuliyyət daşıyır. Serverin harada yerləşməsindən asılı olmayaraq, sadəcə internet bağlantısı ilə ona qoşulursunuz.
Şəxsi məlumatlardan tutmuş digər insanların məlumatlarına, biznes hesabatlarına qədər önəmli məlumatları serverdə saxlamaq işlərimizi asanlaşdırır. İstədiyimiz zaman insanlarla əlaqə saxlayırıq, şirkətin gəlirlərini izləyə bilirik, rəqibləri analiz edə bilirik və s. Bu qədər önəmli və gizliliyi mütləq şəkildə qorunmalı olan bu məlumatları daha etibarlı şəkildə saxlamaq üçün bir çox nüanslara diqqət yetirmək vacibdir.
Hazırda ölkəmizdə server avadanlıqları satışı həyata keçirilən kifayət qədər həm fiziki, həm onlayn mağazalar var. Fiziki server almaq üçün Dell, HP (Hewlett-Packard), Lenovo, Supermicro kimi tanınmış server istehsalçılarının rəsmi saytlarına və ya partnyorlarının mağazalarına göz gəzdirə bilərsiniz. Mağaza olaraq isə Umico, Kontakt Home, Step IT Store, İrşad Electronics kimi mağazalarda bir çox server avadanlıqları satılır. Server qiymətləri ilə də sözügedən mağazaların veb-saytlarından tanış ola bilərsiniz. Ucuz server qiymətləri ilə, həmçinin daha ucuz serverlər ilə maraqlanırsınızsa, bulud serverləri sizin üçün daha effektiv seçim olar. Sizin üçün bulud server xidmətləri ala biləcəyiniz saytları qeyd edirik.
Bulud server qiymətləri
Server işlərinin həll olması ilə bağlı server mütəxəssisləri məşğul olur. Onlar əslində kompüter serverlərinin qurulması, idarə olunması, təhlükəsizliyinin təmin edilməsi və texniki xidmətinin həyata keçirilməsi ilə məşğul olan IT mütəxəssisləridir. Daha da spesifikləşdirsək, server administratorları, sistem mühəndisləri, DevOps mütəxəssisləri bu kateqoriyaya daxildir. Onlar həm fiziki, həm də bulud texnologiyaları ilə işləməyi bacarır. Server mütəxəssisi olmaq üçün kompüter mühəndisliyi, informasiya texnologiyaları və ya oxşar sahələr üzrə universitet təhsili almaq mümkündür. Eyni zamanda sahə üzrə mövcud olan kurslara və ya mentorlara üz tuta bilərsiniz.
Server mütəxəssisləri üçün sertifikatlar
Aşağıdakı sertifikatları əldə edərək server mütəxəssisi olaraq fəaliyyət göstərmək mümkündür.
İstər server xidməti almaq məqsədiniz olsun, istər bu sahədə karyera qurmaq hədəfləriniz olsun, istənilən halda serverlər bağlı mütəxəssis axtarışında olsanız, aşaöıdakı vakansiya adlarına nəzər yetirə bilərsiniz. Adətən bu adlarda server mütəxəssisləri fəaliyyət göstərir. Həmçinin əgər bu sahədə fəaliyyət göstərirsinizsə vakansiyalar bölməmizə göz ata bilərsiniz. Qeyd edək ki, bu vakansiyalara həm dövlət sektorunda, həm də özəl şirkətlərdə, xüsusilə banklar, telekommunikasiya şirkətləri, texnologiya startapları və beynəlxalq İT xidmət təminatçılarında rast gələ bilərsiniz.
Son olaraq qeyd edək ki, gündəlik istifadə etdiyimiz rəqəmsal məhsulların və xidmətlərin dərinliklərinə yaxından bələd olmaq olduqca vacibdir. Dövrümüz rəqəmsallaşdıqca hər bir detala aid məlumatlı olmaq gündəlik həyatımızdan tutmuş karyeramıza qədər bir çox istiqamətlərə dərindən təsir göstərir. Odur ki serverlər haqqında ətraflı məlumatı sizə təqdim etdik. Əgər hər hansısa sualınız yaranarsa, yaxud sizə hansı mövzularda məqalələr maraqlıdırsa bizə qeyd etməyi unutmayın.
Server mütəxəssisi vakansiyaları burada!
Karyera və inkişaf platforması2 gün əvvəl
Karyera və inkişaf platforması3 gün əvvəl
Karyera və inkişaf platforması4 gün əvvəl
Head of Marketing4 gün əvvəl
Karyera və inkişaf platforması6 gün əvvəl
Karyera və inkişaf platforması1 həftə əvvəl