17 May 2025 | Marketinq
SEO-nun yerini AEO alır!

AEO (Answer Engine Optimization) – axtarılan sualın süni intellekt əsaslı cavab mühərrikləri üçün optimallaşdırılması prosesidir.
Yəni süni intellektdən soruşursan ki, "Ən yaxşı marketoloqlardan kimi tanıyırsan?", o da cavab verir ki, "Fərhad Kərimli".
Ənənəvi SEO axtarış motorlarının (Google, Bing və s.) nəticələrində yuxarıda görünmək üçün tətbiq olunurdusa, AEO artıq ChatGPT, Google SGE (Search Generative Experience), Perplexity, You.com kimi AI cavab mühərriklərində cavabların tərkibində çıxmaq üçün nəzərdə tutulur.
SEO vs AEO
SEO - Google, Bing kimi axtarış sistemlərinə yönəlib.
AEO - cavab mühərriklərinə və chatbotlara yönəlib.
SEO - açar söz sıxlığı, meta təsvirlər, backlink-lər vacibdir.
AEO - aydın mətn, etibarlı mənbə, strukturlaşmış məlumat vacibdir.
SEO - istifadəçini veb saytınıza gətirmək məqsədi güdür.
AEO - istifadəçinin sualına birbaşa cavab təqdim etməyi hədəfləyir.
AEO niyə vacibdir?
Çünki istifadəçilər axtardıqlarını birbaşa axtarış motorlarından yox, süni intellektdən soruşurlar.
Digital marketinqin bir parçasına çevirlən AEO yaxın gələcəkdə marketinq strategiyasında önəmli yer alacaq. Çünki insanlar daha çox sual verir, daha sürətli cavab almaq istəyir və ChatGPT-ə güvənir.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank1 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank1 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank1 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.2 ay əvvəl
