18 İyun 2025 | Marketinq
Sadə İdeya + Güclü Təqdimat – Oyunun Qaydası Budur!

Murad Dadashov müsahibəsində deyib ki:
"İndiki dövr çağırışları ən kiçik yaşlardan düşünmək, fərqlənmək, ideyanı düzgün şəkildə ifadə etmək kimi tələblər qoyur qarşımıza. Yəni, artıq təkcə ağıllı, savadlı, bacarıqlı olmaq kifayət deyil, gərək bunların hamısını birləşdirəsən. Çünki yaxşı layihəni zəif, zəif layihəni daha güclü təqdim edə bilərsən".
O qədər düzgün vurğulayıb ki...
İllərdir marketinq və PR sahəsində gördüklərim əsasında qəbul etdiyim çox real bir həqiqət var:
☠️ Əla ideya + zəif təqdimat = nəticəsiz iş
🚀 Sadə ideya + güclü təqdimat = uğurlu nəticə
Bu günkü dünyada uğurlu olmaq üçün təkcə ağıllı və savadlı olmaq kifayət etmir. Artıq uşaqlıqdan yaradıcı və analitik düşüncəyə təşviq olunmaq, fərdi üslub formalaşdırmaq və öz ideyamızı düzgün şəkildə ifadə etməyi öyrənmək vacibdir. Çünki rəqabətin bu qədər yüksək olduğu bir dövrdə yalnız fərqlənməyi bacaranlar önə çıxır. Ən yaxşı ideya belə, əgər düzgün təqdim olunmasa, diqqətdən kənarda qala bilər. Buna görə də bilik, qabiliyyət və kommunikasiya bacarıqları bir yerdə işləməlidir. Çünki təqdimat özü də artıq bir sənətə çevrilib – ideyanın necə göründüyü, necə deyildiyi və kimə necə çatdığı, bəzən ideyanın özündən daha təsirli ola bilir.
Zaman dəyişib. Sadəcə bilmək yox, doğru danışmaq, doğru göstərmək, doğru anı tutmaq lazımdır.
Bəs sən öz ideyanı necə təqdim edirsən?
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank3 həftə əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
