work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • Rəsmi işçilər
  • Frilans işçilər
  • Xidmətlər
  • Şirkətlər
  • İşci elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInInstagramWhatsAppFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Qrafik dizayner nədir?

15 May 2025 | Xidmət

Qrafik dizayner nədir?

0
49 baxış
11
Qrafik dizayner nədir?

Qrafik dizayner nədir?

İllər keçdikcə insanların zövqü, sevdiyi əşyalar, qidalar, geyim tərzi, hobbilər sürətlə dəyişir. Hər şey o qədər sürətlə irəliləyir ki, beş gün əvvəl təəccübləndiyimiz yenilikləri kölgədə qoyanlar bir anda həyatımızda peyda olur. Nə dəyişsə də, nələr sıradan çıxsa da, yaxud nələrə adaptasiya olmağa çalışsaq da bir çox şeylər ortaq sevgi anlayışımızdan və zövqlərimizdən ilhamlanır. Məsələn, qara rəngin eleqantlığı bizi hər yerdə yaxalayır. Bu geyimlərdən tutmuş içdiyimiz kofelərin qabına, aksesuarlarımıza qədər gedib çıxır. Bəs bizə bunları belə kim sevdirir? Təbii ki işin içində çıxış edən tərəflər çox olsa da sevdiyimiz bir çox əşyaların, alətlərin düzgün rəngdə seçilməsi, dizayn edilməsi qrafik dizaynerlərin öhdəliyindədir. Deməli zövqlə seçilmiş detallar, peşəkar dizaynerin əl əməyi bəzən bizi dünyanın o biri tərəfindən fincan, paltar, ayaqqabı və s. sifariş verməyə vadar edir. Günümüzdə sosial media səhifələrindən tutmuş kitablarda, jurnallarda, qida qablaşdırmalarında, veb-saytlarda və s. gördüyümüz bütün vizual məhsulların arxasında qrafik dizaynerlərin əməyi dayanır.

Bəs qrafik dizayner nedir, nə iş görür və bu peşəyə necə yiyələnmək olar? Gəlin bu suallara birlikdə cavab axtaraq.

Qrafik dizayner kimdir?

Bu sualdan sonra Oqtay Ağayevin ifasında “Kimsən sən?” mahnısını dinləmək tam yerinə düşər. Sizin üçün linki əlavə edirik ki, rahat dinləyə-dinləyə oxumağa davam edəsiniz. Qrafik dizaynerlər vizual kommunikasiya mütəxəssisləridir. Sadə dillə desək, onlar vizualları danışdırmağı bacaran mütəxəssislərdir. Məqsəd bir mesajı estetik və funksional cəhətdən uyğun vizual formaya salaraq hədəf auditoriyaya ötürməkdir. Bu mesaj sosial ictimai mövzuları işıqlandıran vizuallar, loqolar, sosial media postları, veb səhifə və ya mobil tətbiq interfeysi şəklində ola bilər. Təbii ki nümunələr saymaqla bitməyəcək qədər çoxdur. Günümüzdə qrafik dizaynerlər göz oxşayan nümunələr hazırlamaqla yanaşı, həmçinin hər bir əl işlərini psixoloji nüansları, marketinq strategiyalarını və texnoloji yenilikləri də nəzərə alaraq dizayn edirlər. 

Qrafik dizayner nə iş görür?

Qrafik dizaynerlər müxtəlif şəxslərin, şirkətlərin, markaların, hətta dövlət qurumlarının da əsas hədəflərini, məqsədlərini, məhsul və xidmətlərini bütün cəmiyyətə təqdim edir. Əgər “Apple”, “Coca-Cola” dedikdə avtomatik şəkildə ağlınızda şirkətin məhsulları canlanırsa, burada dizaynerin əməyi də danılmazdır. Onlar rəng kombinasiyalarını, detalları, elementləri mükəmməl formada bir araya toplayaraq insanlara hər şeydən öncə duyğular və hisslər, bəzən xatirələr, bəzən yeni ümidlər “satır”lar. Nəticədə bir brendin adı altında insanlar uzun illər öz həyatlarına fərqli emosiyalar, xatirələr və dəyərlər əlavə edirlər. Bu əlaqəni yaradan və gücləndirən isə məhz qrafik dizaynın gücüdür. Rənglərin ahəngi, simvolların sadəliyi və vizual ardıcıllıq bir brendi yadda qalan və etibarlı edən əsas amillərdəndir. 

Qrafik dizaynerliyin növləri

Məhsul dizayneri

Qrafik dizayner nədir?

Məhsul dizayneri istifadəçinin ehtiyaclarını və bazar tələblərini nəzərə alaraq nümunələr yaradır. O, ideyadan prototipə, sınaq versiyadan ən son məhsula qədər bütün dizayn mərhələlərində iştirak edir. 

Brendinq 

68263140f1ade-1747333440.png

Brend dizayneri bir markanın korporativ kimliyini, yəni loqosu, rəng palitrası, yazı üslubu və ümumi estetik görünüşünü formalaşdırır. Məqsəd markanı insanların yaddaşında saxlayacaq üslub formalaşdırmaqdır.

Loqo dizayneri

682631844c81d-1747333508.png

Loqo dizayneri bir markanın kimliyini və dəyərini sadə və tanınan bir simvol, element, yazı vasitəsilə ifadə edir. Əgər “Apple” loqosunu gördükdə insanların yaddaşında şirkətin məhsulları canlana bilirsə, burada dizaynerin də əməyi danılmazdır.

Qablaşdırma dizayneri

682631bf7d1f6-1747333567.png

Mağaza rəflərində gördüyünüz məhsulların göz oxşayan rəngləri, qablaşdırma forması və stili məhz qablaşdırma dizaynerlərin əl əməyidir. Onlar markanın fəaliyyət strategiyasına uyğun olaraq mükəmməl dizayn işləri ortaya qoyurlar.

Nəşriyyat dizayneri

682631ef93338-1747333615.png

Nəşriyyat dizayneri kitab, jurnal, broşür kimi çap məhsullarının vizual tərtibatını hazırlayır. O, mətn, şəkil və boşluqlar arasında tarazlıq yaradaraq oxunaqlılığı və estetik görünüşü təmin edir.

Qrafik dizaynerin sahib olmalı olduğu bacarıqlar

Qrafik dizaynerlər fəaliyyət göstərdikləri yerlərdən asılı olaraq, müxtəlif bacarıqlara sahib ola bilər və ya ixtisaslaşa bilərlər. Ümumilikdə onların hər biri üçün aşağıdakı bacarıqları ümumi hesab etmək olar.

Dizayn prinsipləri

Qrafik dizayner kompozisiya qurmağı, rənglərin bir-biri ilə necə uyğunlaşdığını (rəng nəzəriyyəsi), elementlərdən, boşluqlardan düzgün istifadəni bilməlidir. Bu prinsiplər dizaynın həm estetik, həm də funksional olmasını təmin edir.

Yaradıcı düşüncə

Vizualı sıradan deyil, fərqli və diqqət çəkən formada təqdim etmək bacarığı vacibdir. Yaradıcı düşüncə, dizaynerin özünəməxsus üslub formalaşdırmasının və auditoriyanı ustalıqla ələ almasının əsas açarıdır.

Proqram bilikləri

Qrafik dizayner proqramları ilə işləmək mütləq bacarıqlardandır. Ən çox istifadə olunan proqramlar isə bunlardır:

  • Adobe Photoshop – şəkil redaktəsi, kompozisiyalar və vizual effektlər üçün
     
  • Adobe Illustrator – vektor əsaslı loqo və ikon dizaynı üçün
     
  • Adobe InDesign – kitab, jurnal, broşür kimi çap materiallarının tərtibatı üçün
     
  • Canva – sürətli və sadə dizayn ehtiyacları üçün əlverişli onlayn platforma

Kommunikasiya bacarığı

Dizayner müştəri və ya komandası ilə açıq və aydın ünsiyyət qura bilməlidir. Rəyləri almaq, ehtiyacları düzgün anlamaq, dizayn prosesi barədə məlumatları zamanında və düzgün şəkildə paylaşmaq vacib nüanslardandır.

Tənqidi və analitik düşüncə

Öz işinə obyektiv yanaşa bilmək, tənqidə açıq olmaq və dizaynı inkişaf etdirmək üçün daim analiz aparmaq peşəkar inkişafın əsas şərtlərindən biridir. Həm vizual, həm funksional baxımdan öz işini qiymətləndirmə bacarığı dizaynerin peşəkarlığını günü-gündən artırar.

Qrafik dizayn öyrənmək üçün onlayn kurslar

Pulsuz qrafik dizayn kursları ilə maraqlananlardan tutmuş ödənişli və sertifikatlı kurslarla maraqlananlara qədər, bir sözlə, hamı üçün sonsuz sayda onlayn mənbələr mövcuddur. Sizin üçün bəzi platformaları təqdim edirik. Bu platformalarda qrafik dizaynerliyə dair müxtəlif mütəxəssislərin dərslərindən yararlana, bilik və bacarıqlarınızı artıra bilərsiniz.
Coursera 

Skillshare 

Domestika

Udemy

FutureLearn

CreativeLive

Əgər mütaliə etməklə aranız yaxşıdırsa, bu kitabları oxumağınızda da fayda var.

  • “Thinking with Type” – Ellen Lupton
     
  • “The Elements of Graphic Design” – Alex W. White
     
  • “Logo Design Love” – David Airey

Qrafik dizaynerlərin bir araya toplandığı platformalar

Qrafik dizaynerlər öz işlərini paylaşdığı, ilham aldığı və peşəkar əlaqələr qura  bildiyi rəqəmsal ünvanlarda bir araya gəlir. Bu cür platformalar dizaynerlərə öz portfoliolarını nümayiş etdirmək, digər peşəkarların işlərindən öyrənmək və layihələr üçün əməkdaşlıq imkanları tapmaq imkanı verir. Eyni zamanda bu saytlar vasitəsilə dizaynerlər yeni trendləri izləyə, insanların fikirlərini ala və yaradıcılıqlarını daha geniş auditoriyaya təqdim edə bilirlər. Bunlardan bəziləri ilə tanış olaq.

Dribbble -Peşəkar dizayner işlərini izləyə bilərsiniz.
Behance - Portfolio yaratmaq, dizaynerlərin əl işlərindən ilhamlanmaq və trendlərdən xəbərdar olmaq üçün ideal platformadır.

Coroflot - Portfolio yaratmaq və iş elanları tapmaq üçün ideal platformadır.

Carbonmade - Rahatlıqla istifadə edə biləcəyiniz və interfeysi ilə seçilən platformadır.

ArtStation - Əsasən oyun, animasiya və konsept dizaynlarına uyğun olsa da, qrafik dizaynerlərin də baş çəkməli olduğu ünvanlardandır.

Pinterest - Birbaşa portfolio platforması olmasa da, amma dizayn işlərini paylaşmaq və ilhamlanmaq üçün geniş istifadə olunur.

DeviantArt - İllustrasiya və sənət yönümlü dizaynerlər üçün klassik platformalardandır.

Qrafik dizaynerlərin pul qazana biləcəyi platformalar

Qrafik dizayner olmaq təkcə yaradıcılığını ifadə etmək deyil, həm də bu bacarıqdan gəlir əldə etmək deməkdir. Müasir rəqəmsal dövrdə dizaynerlər bacarıqları ilə bütün dünya sərhədlərini aşa bilirlər. Dünyanın istənilən yerindən müştəri tapmaq, layihə götürmək və əl əməyini satmaq mümkündür. Bunun üçün isə doğru platformanı seçmək vacibdir. Aşağıda təqdim olunan platformalar qrafik dizaynerlərin həm portfoliolarını nümayiş etdirə, həm də real pul qazana biləcəkləri ən yaxşı rəqəmsal məkanlardan bəziləridir.

Fiverr
Qrafik dizaynerlər burada öz xidmətlərini təqdim edərək fərdi müştərilərdən sifariş alırlar. Başlanğıc səviyyədən peşəkar səviyyəyə qədər geniş imkanlar mövcuddur.

Upwork

Bütün peşə sahibləri kimi dizaynerlər də bu platfdormada frilans işlər tapa və olduqları yerdən rahatlıqla pul qazana bilərlər.

99designs

Dizaynerlər burada müxtəlif dizayn yarışmalarına qoşulur və qalib olduqları halda mükafat qazanırlar. Necə deyərlər, dizayn et pul qazan. Eyni zamanda birbaşa sifarişlərlə də işləmək mümkündür.

DesignCrowd

Frilans dizaynerlər burada layihələrə dizayn təklifləri göndərir və seçilən dizaynın müəllifi ödəniş alır. Müxtəlif kateqoriyalar üzrə iş imkanları var.

Creative Market

Dizaynerlər burada şablonlar, fontlar, ikon setləri, illüstrasiyalar kimi rəqəmsal məhsullar hazırlayıb satışa çıxarırlar. 

Qrafik dizayner maaşları 💸💵

Qrafik dizayner maaşları bir neçə faktordan təcrübə səviyyəsi, iş yeri, bacarıq sahələri və iş formasından (tam ştat, frilans) asılı olaraq dəyişir. Azərbaycanda yeni başlayan dizaynerlər ayda ortalama 600-900 AZN qazanır, təcrübəli və portfoliosu zəngin olan mütəxəssislər isə 1500 AZN və daha yuxarı maaş ala bilirlər. Beynəlxalq frilans iş imkanları olan platformalarda isə qrafik dizaynerlər layihə əsaslı işləyərək aylıq minlərlə dollar gəlir əldə edə bilirlər. Xüsusilə yüksək keyfiyyətli iş və güclü portfolio maaşa birbaşa təsir edən əsas amillərdəndir.

Dizayn edərək ürəklərə toxunun!💙

Qrafik dizayn göz oxşayan vizuallar yaratmaqdan başqa, ən əsası ideyaları duyğularla birləşdirərək qəlblərə incə toxunuş sənətidir. Hər bir dizayn məhsulu yeni hekayə danışır, hər kiçi elementin və rəngin arxasında dərin düşüncə və məqsəd dayanır. Bu sahəyə daxil olan hər kəs öz yaradıcılığı ilə dünyanı bir az daha estetik, daha göz oxşayan və sehrli edə bilər. Əgər daxilinizdə yaratmaq istəyi varsa, bazar nə qədər rəqabətli olsa da, bu yolda ilk addımı atmaqdan çəkinməyin. Daim araşdırın, öyrənin, inkişaf edin, fərqli olun və qəlbləri fəth edin.

Dostunla paylaş:

Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Mentor nədir? - Ən yaxşı mentorlar

13 May 2025

İş elanları saytları hansılardır? Ən populyar olanlar

01 May 2025

Vakansiya nə deməkdir?

01 May 2025

Hamısını göstər

Dostunla paylaş:

Digər bloqlar

Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing3 gün əvvəl

SEO-nun yerini AEO alır!

3 gün əvvəl
283 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması4 gün əvvəl

Qrafik dizayner nədir?

4 gün əvvəl
49 baxış
11
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

Mentor nədir? - Ən yaxşı mentorlar

6 gün əvvəl
66 baxış
11
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing1 həftə əvvəl

Şirkətinizi inkişaf etdirəcək 4 marketinq strategiyası

1 həftə əvvəl
125 baxış
3
0 bəyənmə
Şükür Hüseynli
Şükür Hüseynli

🚀 AI Automation Specialist | Web Developer | Helping Local Businesses Save Time & Scale Faster with AI2 həftə əvvəl

🚨 Still processing job applications manually?

2 həftə əvvəl
98 baxış
1
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

İş elanları saytları hansılardır? Ən populyar olanlar

2 həftə əvvəl
249 baxış
9
0 bəyənmə
Bütün bloqlara keç