work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Pul qoymadan pul qazanmaq

02 Sen 2025 | Marketinq

Pul qoymadan pul qazanmaq

0
13 baxış
16
Pul qoymadan pul qazanmaq

Pul qoymadan pul qazanmaq mümkündürmü? Əlbəttə ki, mümkündür! Bəzən insanlar düşünür ki, “gəlir əldə etmək üçün mütləq sərmayə lazımdır”. Amma bu, həmişə belə deyil. İnternet dünyası elə fürsətlər təqdim edir ki, yalnız biliklərin, vaxtın və yaradıcılığın sayəsində cibindən bir qəpik də çıxmadan pul qazana bilərsən.

Sərmayəsiz qazanc yolları hansılardır, gəl baxaq! 👇

Rəqəmsal bacarıqlarını pula çevir 💻

Yaxşı yazmaq, tərcümə etmək və ya sosial medianı idarə etmək bacarığın varsa, bu, sənin ilk qazanc yolundur.
Frilans məqalə yazarlığı, copywriting, tərcüməçilik və SMM xidmətləri ilə sıfır sərmayə ilə iş tapmaq mümkündür. Fiverr, Upwork və Work.az kimi platformalar isə sənə müştəri qazandıracaq ən sürətli vasitələrdir.

Sosial media ilə qazanc qazan 📱

Telefonun və maraqlı ideyaların varsa, sosial media sənin üçün qapıları açır.
Instagram, TikTok və YouTube-da kontent yaradaraq izləyici qazan, daha sonra reklam, brend əməkdaşlığı və satışlardan gəlir götür. Bir az yaradıcılıq və ardıcıllıqla sosial media gündəlik gəlir mənbəyinə çevrilə bilər.

Blog və e-kitab yaz ✍️

Hər hansı sahədə biliklərin varsa – məsələn, təhsil, sağlamlıq və ya texnologiya – onları yazıya çevir və paylaş.
Pulsuz blog açmaq və ya e-kitab yazmaqla oxucu auditoriyası formalaşdıra, sonradan isə bu platformanı gəlir gətirən layihəyə çevirə bilərsən.

Onlayn dərslərlə qazanc əldə et 👨‍🏫

Bildiyin sahəni başqalarına öyrədərək həm fayda ver, həm də gəlir qazan.
Proqramlaşdırma, dizayn, riyaziyyat və ya hətta əl işləri – nəyi yaxşı bilirsənsə, onlayn kurs və fərdi dərslər vasitəsilə pul qazana bilərsən.

💼 Mikro xidmətlərlə ilk addımı at

Mikro xidmətlər bu gün internetdə ən çox tələb olunan sahələrdəndir. İnsanların hər gün ehtiyac duyduğu kiçik, amma əhəmiyyətli işlər var: sosial şəbəkə bio yazmaq, video üçün altyazı əlavə etmək, kiçik loqo dizaynı hazırlamaq, qısa reklam şüarı fikirləşmək və s. Bu işlər üçün xüsusi avadanlıq və ya sərmayə lazım deyil. Sadəcə vaxtını və yaradıcılığını sərf etməyin kifayətdir. Fiverr, Freelancer və Work.az kimi platformalarda bu xidmətlər üçün minlərlə sifariş var və hər gün yeni müştərilər qeydiyyatdan keçir. Əgər bacarığını düzgün təqdim etsən, ilk işini çox tez tapa bilərsən. Daha sonra isə hər uğurlu sifariş sənə əlavə dəyər qazandıracaq və gələcəkdə daha böyük layihələrə qapı açacaq. Mikro xidmətlər, əslində, böyük qazanc yolunun kiçik başlanğıcıdır.

🎙️ Öz səsini gəlirə çevir

Əgər maraqlı və fərqli bir səs tembrinə maliksənsə, bu bacarıq sənin üçün gəlir mənbəyinə çevrilə bilər. Dünyada brendlər, YouTube kanalları, podkast layihələri və hətta tədris videoları üçün voiceover xidmətlərinə böyük tələbat var. Sənin etməli olduğun şey sadəcə telefonunu mikrofon kimi istifadə etmək, səs yazılarını keyfiyyətli formada qeyd etmək və onları təqdim etməkdir. Əlavə olaraq, əgər bir neçə dili bilirsənsə, sənin bazarda dəyərin daha da artacaq. Çünki çoxdilli voiceover xidmətləri hər zaman daha yüksək ödənişlə qiymətləndirilir. Bu sahədə təcrübə topladıqca, müştərilər sənin səsini tanıyacaq və daha çox sifariş göndərəcək. Evindən çıxmadan, sadəcə səsinlə gəlir əldə etmək düşündüyündən daha realdır.

📱 Sosial media hesablarının idarəsi

Kiçik və orta biznes sahibləri üçün sosial media hesablarının idarə olunması bəzən böyük problemə çevrilir. Onlar məhsul və xidmətlərini tanıtmaq istəyirlər, amma gündəlik paylaşımlar, izləyici ilə ünsiyyət və kreativ dizaynlar üçün vaxt tapmırlar. Bu isə sənin üçün qazanc fürsəti deməkdir. Canva kimi alətlərlə peşəkar görünüşlü postlar hazırlaya bilər, gündəlik paylaşımları idarə edə və izləyicilərlə aktiv ünsiyyət qura bilərsən. Əvvəlcə kiçik layihələrlə başlaya bilərsən, lakin təcrübə topladıqca daha böyük şirkətlərin diqqətini çəkəcəksən. Bir neçə hesabı eyni anda idarə etməklə həm sabit gəlir əldə edə, həm də uzunmüddətli əməkdaşlıqlar qura bilərsən. Bu işin ən gözəl tərəfi isə budur ki, sənin ofisə və ya bahalı avadanlığa ehtiyacın yoxdur – hər şey telefon və internetlə mümkündür.

📊 Onlayn anketlərdən əlavə gəlir

Böyük şirkətlər məhsul və xidmətlərini inkişaf etdirmək üçün həmişə real istifadəçilərin rəylərinə ehtiyac duyurlar. Bunun üçün onlar anketlər hazırlayır və insanlara cavab verdikləri üçün ödəniş edirlər. Swagbucks, Toluna, Surveytime kimi platformalarda qeydiyyatdan keçərək sən də bu prosesin bir hissəsinə çevrilə bilərsən. Əlbəttə, bu üsul səni bir gündə zəngin etməyəcək, amma əlavə gəlir üçün əla seçimdir. Məsələn, hər gün 30-40 dəqiqə vaxt ayırmaqla gündəlik kiçik, amma davamlı qazanc əldə edə bilərsən. Bu da sənin telefon hesabını, internet xərclərini və ya kiçik gündəlik ehtiyaclarını qarşılamaq üçün kifayət ola bilər. Əsas məsələ boş vaxtlarını faydalı istiqamətə yönləndirməkdir.

68b6777903dd1-1756788601.png

💰 Ən çox qazandıran 5 sərmayəsiz sahə

  1. Affiliate marketinq – Məhsulları özün satmadan, sadəcə paylaşaraq qazanc əldə etmək mümkündür. Amazon, AliExpress və Azadmarket.az kimi platformalar sənin üçün komissiya sistemi ilə işləyir. Sadəcə bir link paylaşaraq satışdan faiz qazana bilərsən.

  2. Sosial media influenserliyi – Öz niş sahəni seç (məsələn, mətbəx reseptləri, həyat hack-ləri və ya gündəlik motivasiya) və izləyici topla. Şirkətlər izləyici bazası olan şəxslərə reklam təklif edir və bu, sənə sabit gəlir gətirə bilər.

  3. YouTube Shorts və TikTok – Qısa videolar artıq dünyada ən çox gəlir gətirən məzmun növüdür. YouTube və TikTok-un ödəniş proqramları artıq Azərbaycanda da aktivdir. Kreativ videolarla izləyici toplayaraq platformaların rəsmi ödənişlərindən yararlana bilərsən.

  4. Rəqəmsal məhsulların satışı – Canva və digər alətlərlə plannerlər, PDF dərs vəsaitləri, tədris materialları və ya dizayn şablonları hazırlayıb Etsy və Telegram üzərindən sata bilərsən. Bu məhsullar bir dəfə hazırlanır, amma uzun müddət gəlir gətirir.

  5. Süni zəka ilə xidmətlər – AI alətləri (ChatGPT, Midjourney və s.) vasitəsilə mətn, şəkil, video ideyaları yaradaraq başqalarına xidmət göstərə bilərsən. Bu, həm innovativ, həm də yüksək gəlirli sahədir.

🎶 Musiqi dinləyərək pul qazanmağın yolları 💰

Musiqi bir çox insan üçün sadəcə əyləncə deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsidir. Səhərlər enerjili başlamaq üçün, iş zamanı diqqəti toplamaq üçün və ya sadəcə rahatlamaq üçün musiqi dinləyirik. Amma maraqlısı odur ki, musiqi yalnız ruhunuza qida vermir – həm də cibinizə real gəlir gətirə bilər. “Sadəcə musiqi dinləyərək pul qazanmaq olar?” sualının cavabı bəli – bu, tamamilə mümkündür. İnternet və mobil tətbiqlər sayəsində musiqi zövqünüzü gəlir mənbəyinə çevirmək düşündüyünüzdən daha asandır.

💡 Musiqi dinləyərək necə qazanmaq olar?

1️⃣ Musiqi incələmələri yazmaq

Bir çox platformalar yeni mahnılar haqqında istifadəçilərin fikirlərinə ehtiyac duyur. Sən sadəcə dinlədiyin musiqi barədə rəy yazırsan və bunun müqabilində ödəniş qazanırsan. Bu, həm musiqidən həzz almaq, həm də əlavə gəlir əldə etmək üçün çox rahat üsuldur.

2️⃣ Musiqi mövzulu məzmun hazırlamaq

Röportajlar, albüm incələmələri və ya musiqi xəbərləri yazmaqla da pul qazana bilərsən. Əgər qələmin güclüdürsə və musiqi sahəsinə marağın varsa, freelance yazarlıq sənin üçün ideal seçimdir. Bu iş sənə həm gəlir, həm də musiqi sahəsində peşəkar imic qazandıra bilər.

3️⃣ Mahnı sözlərini transkripsiya və tərcümə etmək

Dinlədiyin mahnının sözlərini yazıya köçürmək və ya başqa dillərə çevirmək də qazanc yollarından biridir. Bir çox musiqi şirkətləri və müstəqil sənətçilər bu xidmətə ehtiyac duyur. Əgər dillərə marağın varsa, bu işdən stabil gəlir əldə edə bilərsən.

4️⃣ Podcast və YouTube yayımları

Musiqi ilə bağlı fikirlərini bölüşmək, sevdiyin mahnıları tanıtmaq və izləyici toplamaqla həm reklamdan, həm də sponsorluqlardan pul qazana bilərsən. Xüsusilə YouTube və Spotify podkastları bu sahədə çox geniş imkanlar yaradır.

5️⃣ Çalma siyahısı (playlist) hazırlamaq

Spotify və oxşar platformalarda fərqli janrlarda maraqlı çalma siyahıları yaratmaqla izləyici qazana bilərsən. Əgər siyahın populyarlaşsa, sənə həm platformadan, həm də musiqiçilərdən ödəniş gələ bilər.

6️⃣ Musiqi tətbiqlərini test etmək

Yeni musiqi tətbiqləri bazara çıxmadan əvvəl istifadəçilərin rəylərinə ehtiyac duyur. Bu tətbiqləri sınaqdan keçirib fikrini bildirmək isə sənin üçün əlavə qazanc deməkdir.

7️⃣ Onlayn anketlərdə iştirak etmək

Musiqi ilə bağlı sorğulara qatılaraq bal toplaya və ya hədiyyə kartları qazana bilərsən. Bu, böyük gəlir gətirməsə də, əlavə qazanc üçün yaxşı seçimdir.

💲 Musiqi ilə qazandıran platformalar

  • Swagbucks – Anket dolduraraq və kiçik tapşırıqları edərək ödəniş qazanmaq mümkündür.
  • Playlist Push – Çalma siyahısı quranlara musiqi incələmələri üçün pul ödəyir.
  • Music Xray – Yeni musiqiləri kəşf edərkən gəlir imkanı yaradır.
  • Spotify – Çalma siyahıları və podkastlarla stabil gəlir mənbəyinə çevrilə bilər.
  • Earnably – Musiqi ilə bağlı tapşırıqları yerinə yetirərək mükafat qazanmaq olar.
  • Hit Predictor – Mahnıları qiymətləndirməklə bal toplamaq və bunu pula çevirmək mümkündür.
  • Current.us – Musiqi dinləmə və incələmə qarşılığında gəlir qazandırır.
  • RadioEarn – Onlayn radio dinləməklə pul qazanmaq imkanı verir.
  • Research.fm – Musiqi incələmələri qarşılığında hədiyyə kartları təqdim edir.

 

Qutularını pula çevir! 📦♻️

Gündəlik həyatda çox vaxt diqqət etmədiyimiz sadə əşyalar əslində gəlir qapısı ola bilər. Məsələn, köçərkən istifadə etdiyimiz və işimizi bitirdikdən sonra kənara atdığımız karton qutular. Dünyada minlərlə insan bu qutuları və digər materialları geri dönüşüm vasitəsilə pula çevirərək sabit qazanc əldə edir. Bizdə bu sahəyə hələ kifayət qədər diqqət göstərilməsə də, düzgün yanaşma ilə bu fürsətdən yararlanmaq tamamilə mümkündür.

Karton qutular təkcə əşyaları daşımaq üçün yox, həm də gəlir gətirən “xammal” rolunu oynaya bilər. Məsələn, şirkətlərə və müəssisələrə satdığınız qutunun ölçüsünə və keyfiyyətinə görə 0.50–2 dollar arasında gəlir əldə edə bilərsiniz. Bu, kiçik görünsə də, davamlı şəkildə toplanan qutularla yaxşı bir əlavə gəlir mənbəyinə çevrilə bilər. Ən gözəl tərəfi isə odur ki, supermarketlər, alış-veriş mərkəzləri və hətta bəzi anbarlar bu qutuları sizə tamamilə pulsuz verirlər. Yəni, cibindən heç bir pul xərcləmədən sıfır sərmayə ilə başlamaq mümkündür.

Bir az səy göstərməklə topladığınız qutuları həm təkrar istifadəyə, həm də geri dönüşüm müəssisələrinə sata bilərsiz. Bu iş, həm ətraf mühitin qorunmasına töhfə verir, həm də sizə kiçik, amma davamlı qazanc gətirir. Bir sözlə, qutular yalnız yük daşımaq üçün deyil, gəlir qazanmaq üçün də əvəzsiz bir vasitədir.

Bir şeylər kirayələmək 🏠🚗💰

Pul qazanmaq üçün bəzən heç nəyə sərmayə qoymağa ehtiyac yoxdur. Sadəcə artıq istifadə etmədiyin sahələri başqalarının ixtiyarına verərək qazanc əldə edə bilərsən. Tək yaşasan belə, bəzən ehtiyacından daha geniş bir evdə qalmaq məcburiyyətində qalırsan. Bu halda boş qalan otaqları kirayə vermək həm əlavə gəlir gətirər, həm də sənə yeni bir ev yoldaşı qazandıra bilər.

Bu fürsət yalnız otaqlarla məhdudlaşmır. Əgər evində qarajın və ya şəxsi park yerin varsa, onları da kirayə verməklə sabit gəlir əldə edə bilərsən. Böyük şəhərlərdə park yeri tapmaq çox vaxt həm çətin, həm də bahalı olur. İnsanlar təhlükəsiz və münasib qiymətə park yeri axtararkən sənin təklifin onlar üçün əsl xilas ola bilər. Əgər sən bu imkanı təqdim etsən, həm özün qazanacaqsan, həm də başqalarının problemini həll etmiş olacaqsan.

Qısacası, artıq istifadə etmədiyin hər boş sahə əslində bir fürsətdir. Əgər bu sahələri düzgün dəyərləndirsən, kiçik addımlarla davamlı gəlir mənbəyi yarada bilərsən. Bu yanaşma həm resursların israfının qarşısını alır, həm də cibinə əlavə qazanc gətirir.

Tərcüməçi ol və bacarıqlarını pula çevir! 🌍✍️

Bugünkü rəqəmsal dünyada dillər arasında körpü qurmaq ən dəyərli bacarıqlardan biridir. Əgər ingilis, fransız, alman, ispan, ərəb, mandarin və ya rus dillərindən birini bilirsənsə, bu sənin üçün qlobal miqyasda qazanc qapısıdır. Onlayn platformalarda yazılı və şifahi tərcümə işləri görərək, evdən çıxmadan gəlir əldə edə bilərsən.

Yalnız ingilis dilinə güvənməkdənsə, daha çox tələb olunan mandarin, ispan, rus və ərəb dillərinə yönəlsən, rəqiblərindən fərqlənərsən. Bu isə həm daha çox müştəri, həm də daha yüksək qazanc deməkdir.

Uğurlu tərcüməçi olmaq üçün nələr lazımdır?

  • Dil biliklərini və yazı qaydalarını mükəmməl bilməlisən.
  • Tərcümədə sadəcə sözləri yox, mədəniyyəti də düzgün çatdırmalısan.
  • Terminləri daim öyrənib biliklərini yeniləməlisən.
  • Vaxtında və dəqiq təhvil verməyi vərdiş halına gətirməlisən.

Əgər bunları bacarırsansa, dil biliklərin sənə həm sabit gəlir, həm də sərbəst iş azadlığı qazandıra bilər.

Kimlər bu yolla qazandı?

Bir neçə real nümunə:

  • Aysel, tələbə (21 yaş) – Telefonu ilə TikTok-da “Tələbə həyat tipləri” mövzusunda kontent yaratdı. 4 ayda 10K izləyici topladı, indi reklam alır və öz e-kitabını satır.
  • Elvin, dizayn həvəskarı (28 yaş) – Canva ilə Instagram şablonları hazırlayıb Etsy-də satışa çıxardı. İlk ayda 160 AZN qazandı.
  • Nigar, müəllimə (35 yaş) – İngilis dili dərslərini WhatsApp qruplarında elan etdi. Heç bir xərc çəkmədən tələbə qazandı və indi aylıq 1000 AZN-dən çox gəlir əldə edir.

Bu nümunələr göstərir ki, uğur qazanmaq üçün mütləq böyük sərmayə lazım deyil. Sadəcə bacarıqlarını düzgün istiqamətə yönəltməlisən.

 

Bəs sən necə başlaya bilərsən?

Unutma: sənin sərmayən pul deyil. Sənin sərmayən – ideyaların, vaxtın və bacarıqlarındır. Onları düzgün istifadə etsən, həm özünü inkişaf etdirərsən, həm də əlavə qazanc əldə edərsən.

 

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

19 Aug 2025

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

12 Aug 2025

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

12 Aug 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR10 saat əvvəl

Rəhbərlə ünsiyyət qaydaları

10 saat əvvəl
13 baxış
5
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması18 saat əvvəl

Pul qoymadan pul qazanmaq

18 saat əvvəl
13 baxış
16
0 bəyənmə
Günel Tağıyeva
Günel Tağıyeva

CV hazırlamaq üçün addım-addım təlimat 2025

4 gün əvvəl
57 baxış
8
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

2 həftə əvvəl
524 baxış
24
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması3 həftə əvvəl

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

3 həftə əvvəl
191 baxış
7
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması3 həftə əvvəl

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

3 həftə əvvəl
166 baxış
9
0 bəyənmə
Bütün bloqlara keç