24 İyul 2025 | Marketinq
Ən uğurlu kampaniya ölçüləbilən kampaniyadır.
Bəs PR kampaniyamızın satışa təsirini necə ölçə bilərik?
PR kampaniyasından sonra satışın artmasının səbəbi o kampaniya olub, ya başqa bir şey, bunu necə ayırd etmək olar?
Öz təcrübəmdən bu 5 yanaşmanı sizinlə bölüşürəm:
🚀 Kampaniyadan əvvəlki, kampaniya müddətindəki və kampaniyadan sonrakı satışları müqayisə etmək
🚀 Promo kodlar, UTM linklər və analitik platformalar vasitəsilə trafikin hansı kampaniya mənbələrindən gəldiyini izləmək
🚀 Media çıxışları ilə satış pikləri arasında düz mütənasibliyə baxmaq
🚀 Sosial media hesablarına fərqli izləyici kütləsinin axınını təqib etmək
🚀 Müştərilərdən toplanmış anketlərdən data yaratmaq