11 Sen 2025 | Marketinq
Ölkəmizdə Aptek sahəsində marketinq keyfiyyəti - ARAŞDIRMA
💊 Ölkəmizdə Aptek sferasında marketinq və xidmət keyfiyyəti necədir?
🔍 “Aptek” yazıb Google-da axtarış etdim. Eyni resepti fərqli apteklərə göndərdim. Nəticə düşündürücüdür.
✅ Buta apteklər şəbəkəsi - saytda WhatsApp nömrəsi olmadığına görə, resepti göndərə bilmədim.
❌ Resept göndərə bilmək üçün effektiv olan WhatsApp əlaqə vasitəsinin olmaması müştəri itirməyə səbəb olur.
✅ Elit Aptek - ən ucuz aptek kimi tanınan bu şəbəkəyə resepti göndərdim, 6 saat sonra reseptin ümumi qiymətini yazdılar, dərmanları tək-tək qiymətini istədikdə, icazə yoxdur deyib bloka atdılar.
❌ Xidmət mədəniyyəti 0
✅ Aloe Plus Aptek - WhatsApp nömrələrinə resepti göndərsəm də, məndən tətbiq yükləməyi, tətbiqdən hansısa apteki seçməyi, onun nömrəsini götürüb zəng etməyim tələb olundu.
❌ Müştəri üçün uzun və yorucu prosesdir.
✅ Aptekonline (AzeriMed LLC) - Resepti göndərəndə ad soyadımı istəməkləri xoşuma gəlmədi, amma cavablar çox sürətli idi ✔️
✅ Ozon Aptek - Resepti göndərən kimi ad soyad soruşmadan birbaşa qiymət dedilər ✔️
✅ Avis Apteklər Şəbəkəsi - Eyni resepti onlara da göndərdim, lakin yanlış dərmanı yazdılar.
❌ Diqqətsizlik və ya məsuliyyətsizlik müştəri itirməyə səbəb olan ən böyük faktordur.
✅ Pharmastore MMC - Cavablar sürətli olsa da, 1 gün yazışandan, dərmanları dəqiqləşdirəndən sonra, sonda nəğd alışda 150 azn limit var deyib sifarişi tamamlamadılar.
❌ Nömrəyə zəng edib məsələni aydınlaşdırmaq istəyəndə operatorun qeyri-etik cavablar verməsi ilə Pharma Online qaynar xəttinə zəng edib şikayət düyməsini basanda zəng kəsilir. Şirkət müştəri məmnuniyyətinə önəm vermək bir yana, şikayət belə qəbul etmir.
☑️ Sonda seçimim Buta Aptekin Əhmədli şöbəsi oldu, peşəkar xidmət və ucuz qiymətlə istəyimə çatdım.
💡 Nəticə: Ölkəmizdə aptek sektorunda xidmət keyfiyyəti standartlaşdırılmayıb. Bəzi şəbəkələrdə peşəkar yanaşma olsa da, digərlərində müştəri təcrübəsi kifayət qədər zəifdir. Müştəriyə dəyər verən apteklər barmaqla sayılacaq qədərdir.
🧩 Aptek sektorunda rəqəmsal xidmət, etik ünsiyyət və şəffaf qiymətləndirmə hələ də inkişaf mərhələsindədir.
❓ Siz hansı aptekin daimi müştərisisiniz?
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
