23 Yan 2026 | Marketinq

🇲🇪 Monteneqroda marketinq necə işləyir? - Azərbaycanla müqayisə

670 baxış
3
🇲🇪 Monteneqroda marketinq necə işləyir? - Azərbaycanla müqayisə

🇲🇪 Monteneqroda marketinq Azərbaycandan necə fərqlənir, Albaniyaya necə oxşayır?

Albaniyadan sonra Monteneqronun hashtag#Podgorica, hashtag#Budva və hashtag#Kotor şəhərlərini gəzərkən marketinq baxımından hiss etdiyim əsas fərq onun, demək olar ki, görünməməsi oldu.

Burada marketinq səsli kampaniyalarla, iddialı vizuallarla diqqət çəkməyə çalışmır. O, mühitin bir hissəsi kimi işləyir və turistin davranışını yavaş-yavaş, hiss etdirmədən formalaşdırır.

1️⃣ Monteneqroda bazar psixologiyası

Monteneqroda bizneslər müştərini inandırmaq ehtiyacı hiss etmir. Çünki müştəri artıq qərarını verib gəlir. İnsanlar bu ölkəyə dəniz, sakitlik, təhlükəsizlik və tanış Avropa komfortu üçün gəlirlər. Marketinqin əsas vəzifəsi yeni ehtiyac yaratmaq yox, bu gözləntiləri pozmamaqdır. Buna görə kommunikasiya sakitdir, mesajlar qısadır, ton isə neytraldır. Heç kim “ən yaxşıyıq” iddiası ilə çıxış etmir, çünki bazar belə bir çağırış tələb etmir.

2️⃣ Rəqabət anlayışı

Monteneqroda rəqabət bir-birini üstələmək üzərində qurulmayıb. Bizneslər daha çox eyni sistemin içində düzgün mövqe tutmağa çalışır. Fərqlənmək üstünlük yox, risk kimi qəbul olunur. Çünki turist üçün əsas dəyər sürpriz deyil, proqnozlaşdırıla bilən təcrübədir. Eyni keyfiyyət, eyni xidmət, eyni qiymət. Marketinq emosional təsir yaratmaqdan çox, bu sabitlik hissini qorumağa xidmət edir.

3️⃣ Brendləşməyə yanaşma

Brend anlayışı da bu fəlsəfəyə uyğundur. Monteneqroda brendlər özlərini xarakter kimi təqdim etmir, hekayə danışmır, mövqe bildirmir. Onların əsas funksiyası diqqət çəkmək yox, narahat etməməkdir. Vizual dil minimaldır, kommunikasiya isə informativ səviyyədə qalır. Azərbaycanda isə brend çox vaxt danışan, mövqeyi olan, emosional bağ qurmağa çalışan bir struktur kimi formalaşır. Monteneqro bazarında isə bu cür aktivlik artıq risk zonası sayılır.

4️⃣ Qiymət davranışı

Qiymət siyasəti də eyni yanaşmanı əks etdirir. Qiymət burada marketinq aləti deyil, sadəcə faktdır. Danışıqlar yoxdur, endirimlər nadirdir, hamı üçün eyni qayda işləyir. Bu yanaşma satışdan çox etibar yaradır. Müştəri bilir ki, qarşısında sürpriz olmayacaq. Azərbaycanda isə qiymət tez-tez kommunikasiya vasitəsinə çevrilir və müştəri ilə əlaqə qurmaq üçün istifadə olunur.

5️⃣ Rəqəmsal mühit

Rəqəmsal platformalarda da eyni sakitlik hiss olunur. Sosial media aktivdir, amma iddialı deyil. Paylaşımlar alqoritm üçün yox, tapılmaq üçündür. Google xəritədə mövcudluq, real rəylər və illərlə dəyişməyən xidmət reputasiyası daha böyük rol oynayır. Burada marketinq performans aləti yox, mövcudluq mexanizmi kimi işləyir.

6️⃣ Loyallıq və etibar

Monteneqroda etibar nə insana, nə də emosional brend obrazına bağlanır. Etibar sistemdən doğur. Qaydaların işləməsi, keyfiyyətin sabit qalması və zamanla dəyişməyən təcrübə - bu bazarın əsas gücüdür. Albaniyada etibar daha çox insandan gəlirdi, Azərbaycanda isə imic və sosial sübut üzərindən formalaşır. Monteneqroda isə etibar səssiz şəkildə, illərlə yığılır.

Dostunla paylaş:

whatsapptelegram
Loading...