work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Mentor nədir? - Ən yaxşı mentorlar

13 May 2025 | Xidmət

Mentor nədir? - Ən yaxşı mentorlar

0
256 baxış
11
Mentor nədir? - Ən yaxşı mentorlar

 

Mentor nədir? haqqında araşdırma məqalə

Xəyal qurmağa uşaq yaşlarımızdan başlayarıq. Biz böyüdükcə onlar da bizimlə böyüməyə başlayar. İllər o xəyalların bəzilərini gerçəyə çevirmək fürsəti versə də, bəzi xəyalların həyata keçməsi bizdən birbaşa asılı olmur. Həyat şərtləri, təhsil və karyera yolu, sevimi dostlarımız, ailəmiz və həyatımızda rolu olan yüzlərlə, bəzən minlərlə səbəblərimiz var ki, xəyallarımıza gedən yol bu səbəblərdən ilham alar, güclənər, bəzən axsayar, bəzən yolar dəyişər… Bəzən isə ətrafımızda olan insanları ya təsadüfdən, ya zərurətdən bir başqa formada kəşf edərik. Bu başqalıq onlardan öyrənməyə başladığımız və həyatımıza, karyeramıza tətbiq etdiyimiz sözlərdən, cümlələrdən, təcrübələrdən, məsləhətlərdən başlayar və davam edər. Hər birimizin həyatının müəyyən dövründə həmin insanlar olur. Söhbət bəzən bizə təhsil, karyera, bəzən şəxsi həyatla bağlı bir çox seçimlər etməkdə dəstək olan mentorlardan gedir. 

Mentor nədir? Mentor kimdir?

Araşdırmalarımıza görə mentorluq xidmətindən yararlanan, yararlanmayan hər kəs üçün “mentor nədir?” sualının orijinal cavabı maraqlıdır. Mentor müəyyən bir sahədə peşəkar təcrübəyə və biliklərə sahib olan, öyrənmək və inkişaf etmək istəyən şəxslərə (mentee-lərə) istiqamət verən, dəstək olan və yol göstərən şəxslərdir. Mentorluq fəaliyyəti özündə bir çox peşələrin fəaliyyət istiqamətlərini birləşdirir. Təsadüfi deyil ki, mentorlar haqqında bu kimi cümlələri tez-tez eşidirik:

“O, mənim həyat müəllimim oldu. O, mənə görmədiyim tərəflərimi göstərdi. Yaxşı ki, onun məsləhəti ilə bu sahəni seçdim. Onun köməkliyi olmasaydı, indi burada olmazdım….”

Çünki onlar tez-tez müəllim, psixoloq, həyat kouçu, karyera məsləhətçisi və s. kimi istiqamətlərdə çıxış etməli olurlar. Mentorlar insan həyatında psixoloji və peşəkar baxımdan yol yoldaşıdır.

Peşəkar mentorları necə tanımaq olar?

Bəzən ətrafımızda daim başqalarına məsləhətlər verən insanlar olur. Qonşunun uşaqlarına ixtisas seçən, məsləhətli universitetləri və şirkətləri tanıyan, ən yaxşı mağazaları bilən, evə mebel alanda ən çox ona sual verilən və s. kimi insanlar var. Bəs onları da mentor hesab etmək olarmı?

İnsanların hər hansısa sahə ilə bağlı məlumatlı olması, hansısa işlərə yaxından bələd olması, əslində onların həyatımızla bağlı qərarlar verməsinə, seçimlərimizə təsir göstərməsinə səlahiyyət vermir. Unutmaq olmaz ki, heç bir peşəkar mütəxəssis birbaşa sizə qətiyyətli tək seçim təqdim etmir. Onların mütləq mənada sizin üçün tövsiyə edəcəyi bir çox seçimləri olur. Məsələn, ali təhsil almaqla bağlı qərar verməyə çətinlik çəkirsinizsə, mentorunuz sizin arzu və bacarıqlarınıza uyğun gələcəyin ən yaxşı, gəlirli ixtisaslarını təqdim edəcək. Həmçinin bu yolda necə irəliləyə biləcəyinizi izah edəcək və bununla bağlı tövsiyələrini bölüşəcək. Təbii ki burada seçim filtirləri namizədlərə əsasən təyin edilir. Bəziləri arzularının dalınca, bəziləri isə nə olur, olsun sadəcə İngiltərədə təhsil almaq istəyə bilər. Odur ki gəlin peşəkar mentorun hansı bacarıqlara və xüsusiyyətlərə sahib olmalı olduğuna nəzər salaq. Bu nüanslar sizə mentor seçimi edərkən kömək olacaqdır.

682634729ddd0-1747334258.webp

Peşəkar mentorun sahib olması vacib olan xüsusiyyət və bacarıqlar:

Təcrübə və sahə biliyi

Mentor rəhbərlik etdiyi sahədə yetərli praktiki və nəzəri biliklərə sahib olmalıdır.

Dinləmə bacarığı

Yaxşı mentor aktiv şəkildə dinləyir, mentee-nin ehtiyaclarını və hisslərini düzgün anlayır.

Əlaqə və özünü ifadə qabiliyyəti

Fikirlərini aydın, səmimi və motivasiyaedici şəkildə ifadə etməyi bacarmalıdır.

Empatiya qurmaq və anlayış göstərmək bacarığı

Mentee-nin yaşadığı çətinlikləri başa düşmək, ona dəstək olmaq mentorluğun əsas şərtlərindən biridir.

Güvən və etika

Mentor etibarlı olmalı, şəxsi və peşəkar etika qaydalarına riayət etməlidir.

Rəhbərlik və motivasiya

İlham verən, yönləndirən və mentee-ni hədəflərinə çatmağa təşviq edən biri olmalıdır.

Rəy bildirmək və fikir yürütmək bacarığı

Konstruktiv və inkişaf yönümlü rəy verməyi bacarmalıdır.

Davamlı inkişafa açıq olmaq

Mentor həm də ilham mənbəyi, baxıb nümunə götürəcəyimiz şəxslər olmaq üçün daim bilik və bacarıqlarını yeniləyən və öyrənməyə meyilli olmalıdır.

Sən demə, mentorlar da növ-növ olurmuş…

Mentorlara müxtəlif yerlərdə rast gələ bilirik. Sən demə, onlar elə evimizin içində, iş yerimizdə, universitetdə və hər yerdə ola bilərmiş. Amma yuxarıda dediklərimizi də xatırlamaq yerinə düşər. Hər məsləhət verəndən peşəkar mentor olmaz. Amma mentorumuzu özümüz seçirik. Kimi mentor seçəcəyiniz, kimdən öyrənəcəyiniz, kimdən ilham alacağınızla bağlı qərar sahibi sizsiniz. Gəlin bu yolda mentorların növünü dərindən incələyək və məlumatlanaq. Bəlkə xəbərimiz yoxdur, biz özümüz də elə mentoruq…

Ənənəvi (klassik) mentorluq (Traditional Mentoring)

Bu mentorluq modelində təcrübəli bir şəxs, daha az təcrübəyə malik mentee-nə dəstək göstərir. Onlayn və ya ənənəvi görüşlər keçirməklə mentinin bilik və bacarıqlarının artmasına, həmçinin ümumilikdə inkişafını sürətləndirməyə dəstək göstərir.

Karyera mentorluğu (Career Mentoring)

Karyera mentoru mentee-yə peşəkar həyatında düzgün istiqamət seçməsində, məqsədlərini müəyyənləşdirməkdə və inkişaf strategiyası qurmaqda kömək edir. Bir növ əmək bazarı, karyera imkanları, gələcək proqnozlar və s. kimi istiqamətlərdə məlumatlar verir, fürsətləri bölüşür.

Bacarıq yönümlü mentorluq (Skills-Based Mentoring)

Burada mentor mentee-yə konkret bir bacarığı, yaxud peşəni inkişaf etdirməkdə kömək edir (məsələn, rəssamlıq, proqramlaşdırma və s.). Əməkdaşlıq daha çox təlim və praktiki məşqlər üzərində qurulur. Bu növ mentorluq qısa müddətdə spesifik nəticələr əldə etməyə fokuslanır.

Bərabər mentorluq (Peer Mentoring)

Eyni səviyyədə və ya oxşar təcrübəyə malik iki şəxs bir-birinə qarşılıqlı öyrənmə və dəstək məqsədilə mentorluq edir. Məsələn, eyni komandada çalışan işçilər bir-birləri ilə təcrübələrini paylaşaraq inkişaf etməyə kömək edə bilərlər. Bu model daha çox açıq dialoq və dostcasına əməkdaşlıq üzərində qurulur.

Tərs mentorluq (Reverse Mentoring)

Bu nümunədə texnoloji biliklərə və müasir trendlərə malik gənc daha yaşlı və təcrübəli işçiyə yol göstərir. Məsələn, gənc əməkdaş rəhbərinə süni intellekt, sosial media və ya yeni texnologiyalar haqqında məlumatlar verir.

Mentor seçməzdən öncə bu sualları cavablayın

Mentor seçməzdən öncə mentoru nə üçün axtardığınızı dəqiqləşdirmək faydalı olar. Bu sizə mentor seçməyiniz üçün istiqamət verəcək. Nəticədə isə iş yerinizdən tutmuş qazandığınız uğurlara qədər bu seçiminizin izlərini təkcə siz yox, biz hamımız görə biləcəyik. 

Məqsədiniz nədir? - Hansı sahədə inkişaf etmək istəyirsiniz? (Karyera, təhsil, şəxsi inkişaf və s.)

Ehtiyacınız nədir? - Mentorunuz sizə nəyisə öyrətməlidir, yoxsa istiqamətlər verməlidir, bəlkə sadəcə ilham verməlidir?

Nə qədər vaxt və enerji ayıra bilərsiniz?

Mentor dəstəyindən uzunmüddətli yararlanmağı planlaşdırırısınız, yoxsa daha qısa müddət üçün? Çünki bəzi məqsədlər üçün bir neçə saatlıq mentor dəstəyi kifayət edirsə, bəziləri üçün eynisini söyləmək olmaz.

Necə mentor olmasını istəyirsiniz?

Şəxsi xarakterinizə uyğun mentor tələbinizin olması olduqca normaldır. Çünki mentorlar da sizin kimi sərt, tələbkar, səmimi, mehriban və s. ola bilər.

Mentorla işləməyə hazırsınızmı?

Mentorla çalışmaq rəy almağa, tənqidə və dəyişməyə hazır olmaq deməkdir. Bəs siz buna hazırsınızmı?

Mentor dəstəyi almaq istiqamətiniz üzrə bazanız varmı?

Mentorla bölüşəcəyiniz konkret layihə, CV məlumatlarını, təcrübələri öncədən müəyyənləşdirmək məqsədəuyğundur.

Mentorları haradan tapmaq olar?

Müxtəlif sektorlarda çalışan mentorları rahatlıqla tapa biləcəyiniz platformlardan bəzilərini təqdim edirik.

  • MentorCruise - Texnologiya, dizayn və biznes sahələrində mentorluq xidməti;  

  • GrowthMentor - Startap, məhsul idarəçiliyi, marketinq və s. üzrə ekspertlərlə birbaşa əlaqə;

  • ADPList - UX/UI dizayn, məhsul menecmenti və proqramlaşdırma sahələrində qlobal mentorluq xidməti;

  • SCORE - ABŞ-da biznes qurmaq istəyənlər üçün pulsuz mentorluq (xüsusilə kiçik biznes sahəsində) xidməti;

  • LinkedIn - Birbaşa axtarış və mesajlaşma yolu ilə mentor tapmaq mümkündür.

Mentorunu göstər, deyim kimsən…

Hər bir insanın inkişaf yolunda ona yol göstərən, motivasiya verən və təcrübəsini bölüşən bir bələdçiyə ehtiyacı var. Mentorun işi sizə təkcə informasiya, məlumat verməkdən ibarət deyil. O, eyni zamanda perspektivli yolları göstərən, bəzən potensialınızı üzə çıxaran və sizin güclü tərəflərinizi daha sürətli görə bilən şəxsdir. Odur ki kim olduğunuzu və kim olacağınızı müəyyən edən amillərdən biri də kimdən öyrəndiyinizdir. Ona görə də mentor seçiminizə təsadüfi yanaşmamaq tövsiyə olunur. Uğurlu insanların arxasında həmişə doğru zamanda qarşılarına çıxan düzgün mentorlar dayanır. Odur ki sahənizdən və ya hansı istiqamətdə addımlayacağınızdan asılı olmayaraq, peşəkar mentor seçiminə məsuliyyətlə yanaşın. Təhsil həyatınızdan tutmuş rəqəmsal marketinq, biznes, səhiyyə, informasiya texnologiyaları kimi müxtəlif sektorda çalışan mentorları saytımızda mentorlar bölməsindən tapa bilərsiniz.

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Qadınlar üçün evdə iş imkanı - 10 gəlirli seçim!

04 Sep 2025

Pul qoymadan pul qazanmaq olarmı?

02 Sep 2025

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

19 Aug 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması1 gün əvvəl

Qadınlar üçün evdə iş imkanı - 10 gəlirli seçim!

1 gün əvvəl
33 baxış
10
0 bəyənmə
Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR3 gün əvvəl

Rəhbərlə ünsiyyət qaydaları

3 gün əvvəl
35 baxış
5
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması3 gün əvvəl

Pul qoymadan pul qazanmaq olarmı?

3 gün əvvəl
69 baxış
16
0 bəyənmə
Günel Tağıyeva
Günel Tağıyeva

CV hazırlamaq üçün addım-addım təlimat 2025

6 gün əvvəl
73 baxış
8
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

2 həftə əvvəl
610 baxış
24
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması3 həftə əvvəl

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

3 həftə əvvəl
201 baxış
7
0 bəyənmə
Bütün bloqlara keç