01 İyun 2025 | Digər
May ayı (1 ayımız) Work.az da necə oldu?

Work.az olaraq ilk ayımızı tamamladıq. Təbrikəri alaq 😊
Bu 1 ayda nələr baş verdi?
İlk paylaşımımızla 91 qeydeydiyyat, 961 sayta giriş, 20k+ üzəri baxış və müsbət rəylər əldə etdik. İlk ayın sonunda bizə dəstək olan hərkəsə təşəkkürlərimizi bildiririk. Nəticələr çox ideal görünür, bu isə bizə növbəti işlər üçün həvəs yaradır. Aşağıda bir ayda baş verənləri sizlərlə bölüşürük.
- Kabinetim “Sənə uyğun” hissəsi yaradıldı. Artıq ancaq uyğun vakansiyalar, tədbirlər və tapşırıqlar sizə görünür.
- Haqqımızda səhifəmizi istəklər üzərinə yenilədik.
- 5+ yeni mentorların istəklərini qəbul edərək sayta əlavə etdik.
- Mentorların kabinet ilə müraciət formunu yaratdıq.
- +500 istifadəçi qeydiyyatı əladə etdik.
- +5000 istifadəçi isə sayta daxil olub.
- 178 nəfər may ayı məmnunuiyyət sorğusunda iştirak etdi.
Nələr bizi təəccübləndirdi?
İstifadəçilərin həqiqətəndə saytı özününküləşdirib bizə whatsapp, forum və DM üzərindən öz təklif və rəylərini bildirməsi. Bu layihə onlarınmış kimi növbəri planları, ideyaları təmannasız bölüşmələri.
- Hədiyyəli sorğumuzda təkcə 178 nəfər iştirak etdi və bir birindən dəyərli nəticələr əldə etdik.

2. Təxmini 5000 sayta girən istifadəçidən 500 üzəri qeydiyyatın olması. Rəqəmsal marketinqdə olanlar bu rəqəmlərin (CVR) nə qədər yüksək olduğunu başa düşə bilər. Rəqəmsal marketinqdə deyilsinizsə sayta daxil olanların 10% qeydiyyatdan keçməsi demək çox yaxşı nəticədir 😉
3. Sorğudan gələn təklifləri bir bir dəyişiklik edərək saytı yenilədik və bu onların həqiqi maraqlarına səbəb oldu. Bizim isə daha çox müştəri məmnuniyyəti yaratmağımıza.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank1 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank1 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank1 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.2 ay əvvəl
