13 Yan 2026 | Marketinq

MARKETİNQ NƏDİR?
“Marketinq”in konkret tərifi yoxdur. Mənim fikrimcə bir neçə tərifi olan məfhum nisbi anlayışdır. Bu nisbiyyət zamana, situasiya, sahəyə, coğrafiyaya və s. nüanslara görə dəyişir.
✅ "Marketinqin məqsədi satışı lüzumsuz fəaliyyətə çevirməkdir" – Piter Druker
(yəni siz müştərini o qədər yaxşı başa düşməlisiniz ki, məhsul/xidmət öz-özünə satılsın).
✅ "Marketinq satışın, reklamın və PR-ın (ictimaiyyətlə əlaqələrin) vəhdətidir" – ictimaiyyət arasında geniş yayılmış fikir.
✅ "Marketinq məhsul və xidmətlərin istehsalçıdan istehlakçıya və ya istifadəçiyə doğru hərəkət etməsini həyata keçirən fəaliyyətdir" – Amerika Marketinq Assosiasiyası.
✅ "Marketinq – uyğun məhsulun uyğun insanlara uyğun məkanda uyğun zamanda uyğun qiymətə və uyğun ünsiyyət yaradaraq qazanc əldə etmək məqsədilə çatdırılmasıdır" – Birləşmiş Krallığın Marketinq İnstitutu.
✅ "İstehlak – bütün istehsalatın yeganə və son məqsədidir" – Adam Smit, "Xalqların sərvəti"
(yəni məhsulunuzu kimsə alacaqsa, yalnız onda istehsal edin).
ƏSL MARKETİNQ NECƏ OLMALIDIR?
Bir çoxları üçün marketinq əlavə xərcdən başqa bir şey deyil və belələri, adətən, bu sualları verirlər:
– "Marketinqə vəsait ayırmağa dəyərmi?" yaxud "Bundan qazancım nə olacaq ki?"
Marketinq – müəssisənin bazara elə məhsul və xidmətləri çıxarmasının təmin edilməsidir ki, müştərilər onları sərfəli qiymətə ala bilsinlər, əks təqdirdə, bu, uğursuzluq hesab olunur.
Bəzən marketinq hətta əvvəllər mövcud olmayan bir tələb yaradır, məsələn, paltar üçün yumşaldıcı və ya diş ağardıcı vasitə.
Yaxud dərk edilməyən və ya "gizli" qalan tələbi aşkar edərək üzə çıxarır, məsələn, istənilən səthin üzərində yazmaq ehtiyacını aşkara çıxaran "Sharpie" qələmlərindən istifadə və s.
Hər şeydən əvvəl, marketinq mesajınızın elə bir yolla çatdırılmasıdır ki, müştərilər rəqibin təklifini deyil, sizin təklifinizi seçsin və sizə mənfəət versin – çünki sizin təklifiniz "Dre Beats" və ya "Apple" kimi daha keyfiyyətli, daha sürətli, daha etibarlı, daha gözqamaşdıran, daha dəyərli və ya daha ədalı bir məhsul kimi dərk edilir.
Marketinqin effektivliyi belə ölçülür – bir növ, inadkar və aqressiv satışla!
Ətraflı düşünülmüş və həyata keçirilmiş marketinq bir müəssisənin uğur əldə etməsinə zəmin yarada bilər.
Əlbəttə ki, bunun əksinin ola biləcəyi də istisna deyil.