14 Noy 2025 | Marketinq

Mark Zukerberq Mark Zukerberqi məhkəməyə verib. 😅
Bu lap "Təyyarəni maşın vurdu" xəbəri kimi oldu, oxuyanda görürsən ki, Qubadlı rayon sakini Təyyarə İslamovanı avtomobil vurub.
ABŞ-ın İndiana ştatında yaşayan vəkil Mark Zukerberq illərdir "Facebook"un qurucusu və "Meta"nın baş icraçı direktoru Mark Zukerberq ilə eyni ad və soyad daşıdığı üçün peşə həyatında çətinliklərlə üzləşir
Onun 10-dan çox Facebook hesabı 'tanınmış şəxsləri təqlid etmək' arqumenti ilə bağlanıb və hesablarının yenidən açılması üçün etdiyi müraciətlər nəticəsiz qalıb.
Vəkilin sözlərinə görə, hesabların bağlanması onun hüquq xidmətlərini tanıtmasına, müştəriləri ilə əlaqəsinə mane olub və nəticədə minlərlə dollar zərərə düşüb.
Vəkil Mark Zukerberq məhkəməyə təqdim etdiyi iddiada həm hesablarının bərpasını, həm də itirilmiş reklam gəlirlərinin ödənilməsini tələb edir.
O, adaş olmağı sadəcə təsadüf deyil, "kabus" kimi qiymətləndirib və zarafatla əlavə edib: "Əgər Mark Zukerberq bura gəlib şəxsən üzr istəsə və ya yaxtasında bir həftə vaxt keçirməyimə icazə versə, bu təklifi nəzərdən keçirə bilərəm".
Şirkətin nümayəndəsi isə açıqlamasında vəkilin hesabının səhvən bağlandığını və yenidən aktivləşdirildiyini bildirib.
Head of Marketing2 gün əvvəl
Karyera və inkişaf platforması3 gün əvvəl
Karyera və inkişaf platforması3 gün əvvəl
Karyera və inkişaf platforması3 gün əvvəl
Karyera və inkişaf platforması4 gün əvvəl
Karyera və inkişaf platforması4 gün əvvəl