work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • Rəsmi işçilər
  • Frilans işçilər
  • Xidmətlər
  • Şirkətlər
  • İşci elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInInstagramWhatsAppFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Koordinator nədir?

23 May 2025 | Digər

Koordinator nədir?

0
142 baxış
15
Koordinator nədir?

 

Koordinator nədir? haqqında!

Günümüzdə mövcud olan böyük şirkətlərin, startapların, ümumilikdə yararlandığımız məhsul və xidmətlərin hər birinin ərsəyə gəlməsi üçün arxa fonda böyük komanda çalışır. Həmin komandalarda isə fərqli işləri həyata keçirən, durmadan çalışan, bəzən gecəsini gündüzünə qatan minlərlə əməkdaşlar yer alır. Onlar arasında koordinatorlar xüsusilə seçilir. İşlərin qaydasında getməsinin böyük qismi onlardan asılıdır. 

Koordinator nədir? Koordinator kimdir? 

Koordinator planlaşdırma ilə icranı bir nöqtədə birləşdirən şəxsdir. Onun əsas missiyası müxtəlif komanda üzvlərinin, resursların və tapşırıqların bir-biri ilə konfliktə düşmədən irəliləməsini təmin etməkdir. Bu irəliləmə layihə, logistika, tədbir və s. kimi istiqmaətlər üzrə ola bilər. Bu əsasən koordinatorun hansı istiqamət üzrə fəaliyyət göstərməsindən asılıdır. Beləliklə, koordinatorlar iş və ya layihə daxilində müxtəlif resursları, insanları və tapşırıqları uzlaşdırıb nizama salır.

Koordinator vakansiyaları üçün vakansiyalar bölməmizə göz gəzdirin!

Koordinator hansı bacarıqlara sahib olmalıdır?

Koordinator rolunda işləmək üçün aşağıdakı bacarıqlara sahib olmaq vacibdir:

Mükəmməl ünsiyyət qurmaq: Koordinator komandadakı hər kəsin layihənin məqsədini başa düşməsi üçün detalları və məlumatları effektiv şəkildə ötürməlidir. Bu, layihənin bütün mərhələlərində komanda üzvləri ilə ünsiyyəti ehtiva edir.

Etibarlılıq: Layihənin ideya mərhələsindən başlayaraq hər bir dövrdə həyata keçiriləcək bütün işləri yaxından izləmək və işlərin vaxtında icra edilməsinə nəzarət etmək koordinatorlara həvalə olunur. Koordinatorlar onlara etibar edilən bu işləri mükəmməl formada layihə menecerlərinə təhvil verir. 

Təfərrüatlara diqqət yerirmək: Koordinatorun layihənin logistikası və büdcəsi ilə işləyərkən kiçikdən böyüyə bütün detallara diqqət yetirməsi çox vacibdir. Bu irəliləyən mərhələlərdə addımların ardıcıllığını təmin edir.

Problemləri həll etmək: Bütün layihələrin başlanğıcından başa çatmasına qədər, yaxud davam etdiyi zamanlarda müxtəlif çatışmazlıqların, problemlərin yaranması olduqca normaldır. Koordinatorların bir növ bu kimi fövqəladə hallara hazırlıqlı olması, həmçinin bacardığı qədər əlavə plan modellərinin olması faydalıdır. 

Büdcələşdirmə: Effektiv koordinator əlavə xərclər olmadan və vaxtında məqsədlərinə nail olmaq üçün layihənin resurslarını necə bölüşdürəcəyini öncədən bilir və ya ani qərarlar verməyi bacarır.

Süni intellekt alətləri ilə işləmək: Müasir dövrdə koordinatorlar təkrarlanan tapşırıqları avtomatlaşdırmaq, hesabatları generasiya etmək və qərarverməni təkmilləşdirmək üçün süni intellekt alətlərindən istifadə edərək dövrün trendlərinə və tələblərinə uyğunlaşmağa çalışmaldır.

6834bc68796a3-1748286568.png

Koordinator hansı işləri həyata keçirir?

Koordinatorun gördüyü işlər sahədən asılı olaraq dəyişsə də, əsas funksiyaları aşağıdakı kimi ümumiləşdirmək olar. Bu siyahıya nəzər salaraq, bu sahə üzrə bilik və bacarıqlarınızı təkmilləşdirə və karyeranızda daha da irəliləyə bilərsiniz.

Planlaşdırma - tapşırıqları, tədbirləri və resursları əvvəlcədən təşkil edir.
Tapşırıqların bölgüsü - işləri komanda üzvləri arasında düzgün bölür.
Əlaqələndirmə - müxtəlif şöbə, insan və təşkilatlar arasında məlumat axınını təmin edir.
İşlərin gedişatına nəzarət - işlərin vaxtında və düzgün yerinə yetirilməsini yoxlayır.
Hesabatların hazırlanması - rəhbərliyə və ya müştəriyə işin gedişi barədə məlumat verir.
Problem həlli - yaranan gecikmə, anlaşılmazlıq və resurs çatışmazlığı kimi məsələləri operativ həll edir.
Tədbir və görüşlərin təşkili - iclaslar, brifinqlər, tədbirlər planlaşdırır və həyata keçirir.

Koordinator vakansiyaları üçün vakansiyalar bölməmizə göz gəzdirin!

Koordinatorlar harada işləyirlər?

Koordinatorlar çoxşaxəli sahələrdə fəaliyyət göstərirlər və onların əsas vəzifəsi müxtəlif insanları, resursları və prosesləri bir araya gətirərək işlərin düzgün və vaxtında yerinə yetirilməsini təmin etməkdir. Bu vəzifə xüsusilə mürəkkəb və çox iştirakçılı layihələrdə vacib olur. Koordinatorlar dövlət və özəl sektorda, yerli və beynəlxalq təşkilatlarda, həmçinin qeyri-hökumət qurumlarında geniş şəkildə fəaliyyət göstərə bilirlər. Gəlin nümunə üzərindən davam edək. Məsələn, şirkətlərdə layihə koordinatorları müxtəlif şöbələr arasında əlaqələndirmə apararaq layihənin planlaşdırmaya uyğun şəkildə icrasına nəzarət edir. Tədbir koordinatorları  konfrans, sərgi və seminar kimi tədbirlərin məkan seçimi, dəvətlər kimi işləri idarə edirlər. 

Koordinator növləri hansılardır?

Koordinator dedikdə ümumi anlayış kimi başa düşülsə də, əslində müxtəlif sahələr üzrə koordinatorlar fərqli işlər həyata keçirirlər. Mahiyyət eyni qalsa da, sonda nəticəyönümlülük prinsipi kimi nüansla eyni qalsa da, görüləcək işlərdə fərqlər olur. Gəlin müxtəlif koordinatorların gördükləri işlər ilə qısaca tanış olaq. Qeyd edək ki, aşağğıda qeyd olunanlar bütün koordinator sahələrini əhatələmir.

Layihə koordinatoru (Project Coordinator)

Layihənin gündəlik gedişatını izləyir, tapşırıqları planlaşdırır, komanda ilə əlaqə saxlayır və riskləri idarə edir.

Tədbir koordinatoru (Event Coordinator)

Konfrans, seminar, sərgi və digər tədbirlərin təşkili və loqistikasını idarə edir. Məkan, iştirakçılar, texniki təminat və qrafik kimi detallar üzərində işləyir.

HR koordinatoru (HR Coordinator)

İşə qəbul prosesi, əməkdaş məlumatlarının idarəsi, təlim proqramlarının təşkili və işçi münasibətlərinin koordinasiyası ilə məşğuldur.

Marketinq koordinatoru (Marketing Coordinator)

Kampaniyaların planlaşdırılması, sosial media və PR tədbirlərinin koordinasiyası, kontent hazırlanması və nəticələrin izlənməsini həyata keçirir.

Logistika koordinatoru (Logistics Coordinator)

Yüklərin daşınması, təchizat zənciri, anbardan çıxış və çatdırılma proseslərini təşkil edir.

Təhsil koordinatoru (Education/Academic Coordinator)

Tədris planlarının hazırlanması, dərs cədvəllərinin tənzimlənməsi, müəllim və tələbələrlə işin əlaqələndirilməsi ilə məşğuldur.

Müştəri xidmətləri koordinatoru (Customer Service Coordinator)

Müştərilərlə əlaqə, sorğuların cavablandırılması, problemlərin operativ həlli və xidmət keyfiyyətinə nəzarət funksiyalarını yerinə yetirir.

Kommunikasiya koordinatoru (Communications Coordinator)

İctimaiyyətlə əlaqələr, daxili kommunikasiya, mətbuat relizləri və brend mesajlaşmasının koordinasiyası ilə məşğuldur.

Koordinator işləmək üçün 5 səbəb

Koordinator olaraq çalışmaq üçün ilk olaraq bu peşəni sevməyiniz önəmlidir. Çünki bəzi günlər olacaq ki, fasiləsiz, daha çox çalışmalı olacaq və bəzən saysız insanlarla ünsiyyət qurmalı olacaqsınız. Aşağıda sadaladıqlarımız sizin həyat enerjinizlə, baxış tərzinizlə uyğunlaşırsa, o zaman bu sahə tam sizin işləyəcəyiniz sahədir.

1 . Hər gün yeni insanlarla tanış olacaqsınız - Fərqli komanda üzvləri, müştərilər, tərəfdaşlar və mütəxəssislərlə ünsiyyət qurmaq imkanınız olacaq. Bu, sizi daim sosial, açıq və inkişafda saxlayacaq. Hər bir ünsiyyət isə həm peşəkar əlaqə, həm də şəxsi inkişaf üçün bir fürsətdir.

2 . Sürətli karyera yüksəlişi - Koordinator kimi qazandığınız bacarıqlar (idarəetmə, planlama və s.) gələcəkdə sizi layihə rəhbəri, menecer, hətta rəhbər vəzifəsinə qədər apara bilər.

3 . Standartlardan uzaq, dinamik həyat sizi gözləyir - İş günləriniz masa arxasıyla yanaşı, bəzən tədbirlərdə, bəzən səfərlərdə, bəzən isə komanda görüşlərində keçəcək. Enerjili və dinamik həyat tərzini sevənlər üçün bu mükəmməl fürsətdir. Həm işinizdən, həm həyatdan, həm də qazancınızdan zövq alacaqsınız.

4 . Fərq yaradırsınız - Siz sadəcə tapşırıqları yönləndirmirsiniz, həm də bir layihənin və ya təşəbbüsün uğurla başa çatmasında, cəmiyyətə yeni faydalar qazandırmasında baş rol olaraq çıxış edirsiniz.

5 . Yüksək maaş imkanları - Koordinatorlar layihələrin və şirkətlərin inkişaf sütünu olduğu üçün onlara tələbat hər zaman yüksəkdir. Bu o deməkdir ki, siz peşəkar mütəxəssis olaraq daim yüksələn maaşınız olacaq. Günümüzdə isə yüksək maaş xoşbəxt həyata aparan səbəblərdən biridir.

Koordinator müsahibəsinə necə hazırlaşmaq olar?

Əgər bütün nüanslarla tanış olduqdan sonra karyeranıza bu yoldan davam etmək istəyirsinizsə, koordinator vəzifəsinə müraciət edərkən bəzi nüanslara diqqət yetirməyiniz vacibdir. Bu vəzifə yüksək təşkilatçılıq bacarığı, ünsiyyət qabiliyyəti tələb etdiyinə görə müsahibədə bilik və təcrübənizi aydın və inamlı şəkildə təqdim etməlisiniz. Müsahibə zamanı işəgötürən sizin texniki bacarıqlarınızla yanaşı, həm də stresli vəziyyətlərdə necə davrandığınızı, prioritetləri necə müəyyən etdiyinizi və komanda daxilində əməkdaşlığı necə qurduğunuzu qiymətləndirəcək. Eyni zamanda müraciət etdiyiniz şirkətin sahəsini, dəyərlərini və layihələrini araşdıraraq müsahibədə bu haqda məlumatlı olduğunuzu göstərməyiniz sizin motivasiyanızı və hazırlıq səviyyənizi nümayiş etdirəcək. 

Koordinator vakansiyaları üçün vakansiyalar bölməmizə göz gəzdirin!

Koordinator iş müsahibəsi sualları hansılardır?

Bu rola müraciət edən namizədin bir neçə işi eyni anda idarə edə bilməsi, problemləri həll etməsi və layihələrin vaxtında tamamlanmasına dəstək olması kimi bacarıqları gözlənilir. Müsahibə zamanı verilən suallar adətən real iş situasiyalarına əsaslanır və insan resursları əməkdaşları namizədin bu kimi vəziyyətlərdə necə davranacağını aydınlaşdırmağa çalışır. Sizə verilə biləcək bəzi sual nümunələrini təqdim edirik. Bunlar üzərindən hazırlaşmaq və biraz da araşdırma aparmaq faydalıdır.

İşə qəbul müsahibə sualları

  • Özünüz haqqında danışın və koordinator kimi təcrübənizi qısaca izah edin.
  • Bir neçə işi eyni anda necə idarə edirsiniz? Prioritetləri necə müəyyənləşdirirsiniz?
  • Stresli və vaxt məhdudiyyətli vəziyyətdə necə davranırsınız?
  • Əlaqələndirmə zamanı komanda üzvləri arasında fikir ayrılığı yaşansa, nə edirsiniz?
  • Hansı layihə idarəetmə alətlərindən istifadə etmisiniz? (məs. Trello, Asana, Notion, MS Project)
  • Daha əvvəl resurs çatışmazlığı ilə qarşılaşmısınızsa, problemi necə həll etmisiniz?
  • Rəhbərliyə və ya müştəriyə hesabat təqdim etməli olduğunuz vəziyyəti təsvir edin.
  • Süni İntellekt və ya avtomatlaşdırma alətlərindən işinizi asanlaşdırmaq üçün necə istifadə etmisiniz?
  • Hər hansı layihədə gecikmə ilə üzləşmisinizsə, nə etdiniz?
  • Komanda daxilində ünsiyyətin səmərəliliyini necə təmin edirsiniz?
  • Hər kəsin razılaşmadığı bir qərar verdiyiniz vəziyyəti təsvir edin. Nəticə nə oldu?
  • Müxtəlif şöbələr və ya tərəfdaşlar arasında əlaqələndirmə aparmaq təcrübəniz varmı?
  • Koordinator kimi ən böyük çətinliyiniz nə olub və onu necə aşmısınız?
  • Ən uğurlu layihəniz hansıdır və oradakı rolunuz nədən ibarət idi?
  • Niyə məhz bu şirkətdə koordinator kimi çalışmaq istəyirsiniz?

6834bc7cc683c-1748286588.png

 Koordinatorlar üçün hansı kurslar və sertifikatlar var?

Koordinatorlar birbaşa layihə menecerləri və digər mütəxəssislər ilə birgə işlədiklərinə görə, onların özlərini inkişaf etdirmələri üçün mümkün qədər müxtəlif inkişaf proqramlarına, kurslarına və sertifikat proqramlarına qoşulmaqları məqsədəuyğundur. Gəlin bunlardan ən çox tövsiyə olunanlarla tanış olaq.

Project Management Professional (PMP)® - PMI

Layihə idarəçiliyi üzrə ən nüfuzlu sertifikatlardan biridir. PMP sertifikatı, layihə planlaşdırması, icrası və nəzarəti sahəsində geniş bilik və təcrübəyə sahib olduğunuzu göstərəcək.

Certified Associate in Project Management (CAPM)® - PMI

Layihə idarəçiliyinə yeni başlayanlar üçün ideal seçimdir. CAPM sertifikatı, layihə idarəçiliyi prinsipləri və terminologiyası üzrə əsas biliklərə sahib olduğunuzu sübut edir.

Certified ScrumMaster (CSM) - Scrum Alliance

Agile və Scrum metodologiyalarında işləyən koordinatorlar üçün nəzərdə tutulub. CSM sertifikatı, Scrum komandalarının effektiv idarə olunması və Agile prinsiplərinin tətbiqi üzrə bacarıqlarınızı təsdiqləyir.

SHRM Certified Professional (SHRM-CP) - SHRM

İnsan resursları sahəsində çalışan koordinatorlar üçün uyğundur. SHRM-CP sertifikatı, HR siyasətləri, əmək qanunvericiliyi və işçi münasibətləri üzrə biliklərinizi nümayiş etdirir.

Certified Logistics, Transportation and Distribution (CLTD) - ASCM

Logistika və təchizat zənciri sahəsində çalışan koordinatorlar üçün nəzərdə tutulub. CLTD sertifikatı, daşımalar və təchizat zənciri strategiyaları üzrə biliklərinizi sübit edir.

Professional Certified Marketer (PCM) - American Marketing Association

Marketinq sahəsində çalışan koordinatorlar üçün uyğundur. PCM sertifikatı, marketinq strategiyaları, rəqəmsal marketinq və müştəri əlaqələri üzrə biliklərinizi nümayiş etdirir.

Certified Administrative Professional (CAP) - IAAP

İnzibati sahədə çalışan koordinatorlar üçün nəzərdə tutulub. CAP sertifikatı, ofis idarəçiliyi, təşkilati bacarıqlar və ünsiyyət üzrə biliklərinizi təsdiqləyir.

Program Management Professional (PgMP)® - PMI

Çoxsaylı layihələrin idarə olunmasında təcrübəsi olan koordinatorlar üçün uyğundur. PgMP sertifikatı, proqram idarəçiliyi və strateji uyğunlaşma üzrə biliklərinizi nümayiş etdirir.

Event Planning Certificate - Emory University

Tədbir təşkilatçılığı sahəsində çalışan koordinatorlar üçün nəzərdə tutulub. Bu sertifikat, tədbir planlaşdırılması, loqistika və iştirakçı idarəçiliyi üzrə bacarıqlarınızı artırır.

Google Project Management Certificate - Coursera

Layihə idarəçiliyinə yeni başlayanlar üçün ideal onlayn proqramdır. Bu kursa qoşulmaqla layihə planlaşdırması, risk idarəçiliyi və Agile metodologiyaları üzrə əsas biliklərinizi təkmilləşdirəcəksiniz.

Koordinator vakansiyaları üçün vakansiyalar bölməmizə göz gəzdirin!

Bəzən həyat elə gətirir ki, karyeranıza baxanda bir də görürsünüz ki, sevdiyiniz sahənin, işləməkdən zövq aldığınız işin koordinatoru olmusunuz. Bu zaman mütləq özünüzü daha da inkişaf etdirməyə çalışın. Əmin olun ki, doğru yoldasınız və addımlamaqdan çəkinməyin. Çünki koordinator olmaq yeganə karyera istiqamətlərindəndir ki, burada liderliyə, inkişafa gedən yol düz qarşınızda açılır. Doğrudan da həyata keçirdiyiniz uğurlu layihələr sizi həm karyera bazarında tanıdır, həm də inkişafınıza stimul verir. 

Dostunla paylaş:

Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

May ayı keçirilən sorğunun nəticləri və qalibləri

31 May 2025

Work.az Balansı Nə Üçün Var və Onunla Nə Etmək Olar?

30 May 2025

Server nədir? Ən yaxşı server xidmətləri

29 May 2025

Hamısını göstər

Dostunla paylaş:

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

May ayı keçirilən sorğunun nəticləri və qalibləri

2 gün əvvəl
116 baxış
3
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması3 gün əvvəl

Work.az Balansı Nə Üçün Var və Onunla Nə Etmək Olar?

3 gün əvvəl
28 baxış
3
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması4 gün əvvəl

Server nədir? Ən yaxşı server xidmətləri

4 gün əvvəl
83 baxış
17
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing4 gün əvvəl

Həm reklamverənə, həm də sahibinə inanılmaz dərəcədə pul qazandıran sahə

4 gün əvvəl
13 baxış
1
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

Monitorinq nədir? - Monitorinq mütəxəssisi olmaq sirrləri

6 gün əvvəl
71 baxış
15
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Koordinator nədir?

1 həftə əvvəl
142 baxış
15
0 bəyənmə
Bütün bloqlara keç