work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Karyera planlaması necə edilir? Uğurlu şəxslərin sirrləri

19 İyul 2025 | Marketinq

Karyera planlaması necə edilir? Uğurlu şəxslərin sirrləri

0
65 baxış
20
Karyera planlaması necə edilir? Uğurlu şəxslərin sirrləri

Karyera planı qurmaq 2025 - Şəxsi inkişaf və karyera planlaması

Özümüzü kəşf etməyə başlayan andan etibarən müxtəlif planlarımız olur. Bu planlar bir gün sonraya olan planlardan tutmuş uzun illər sonraya qədər gedib çıxa bilir. Sabah gedəcəyimiz yerlər, görəcəyimiz işlər, oxuyacağımız kitablar, özümüzü beş ildən sonra görəcəyimiz yerlər, universitet hədəfləri… Təsadüfi deyildir ki, iş müsahibələrində də bu mövzular ətrafında bizə suallar ünvanlanır. Çünki planlarımız, hədəflərimiz bizi biz edən həmin önəmli şeylərdir. Yəqin xatırlayarsınız ki, bu yaxınlarda, yaxud bir müddət əvvəl getdiyiniz iş müsahibələrində sizə bu cür suallardan ünvanlanıb: 

  • İl sonuna qədər hansı hədəfləriniz var?
  • Beş il sonra özünüzü harada görürsünüz?
  • Bu yaxınlarda hansı kurslara (təlimlərə) qoşulmusunuz, yaxud qoşulmağı planlaşdırırsınız

Bu və oxşar sualların hər biri insanın şəxsi həyatı və karyera planlaması barədə nə dərəcədə məsuliyyətli, dəqiq və planlı olduğunu göstərir. Bu bir növ insanlarla getdiyimiz yolların müddətinə, uzunluğuna, ünvanına qərar verməyimizi asanlaşdırır. Çünki planlı olmaq, gələcəyə perspektivli yanaşmaq həm özümüzə, həm ətrafımıza olduqca faydalıdır. Xüsusilə son dövrlər hər kəs üçün karyera planlaması məsələsi ön plana çıxıb. Süni intellektin sürətlə həyatımıza inteqrasiya etdiyi dövrdə öz ayaqların üzərində dayanmaq həm asanlaşıb, həm də çətinləşib. Sizin üçün də bu mövzu aktualdırsa, gəlin bir qədər məsələyə daha yaxından baxış keçirək.

Karyera planlaması nədir?

Karyera planlaması deyəndə bir çoxlarının gözlərində universiteti bitirdikdən sonrakı həyat canlanır. Nədənsə əksəriyyətimiz düşünürük ki, yalnız universiteti bitirəndən sonra karyera həyatına atılmağa tam hazır oluruq. Əslində isə karyera planları qurmaq maraqlar, dəyərlər, bacarıqlar və həyat hədəfləri ilə uyğunlaşan peşəkar yolu müəyyən etmək, hədəflər qurmaq və bu hədəflərə çatmaq üçün atılan addımları strateji olaraq müəyyənləşdirmək prosesidir. Yəni bu prosesin hansısa spesifik zamanlamaya, məkana, insanlarla bağlılığı olsa da, heç də onlardan tam şəkildə asılı olmur. Bəziləri uğurlu karyera qurmaq üçün bu yola orta məktəbdən, bəziləri universitet oxuyaraq, bəziləri universiteti bitirəndən uzun illər sonra, bəziləri ümumiyyətlə təhsil almadan başlayır. Hekayələrin, seçimlərin və planların fərqliliyi ilə hər kəsin öz karyera hekayəsi var.

Vakansiyalarla buradan tanış olun!

Bəs ümumilikdə karyera planı necə qurulmalıdır? Gəlin görək uzun illərin təcrübəsinə görə, hansı məqamlar vacibdir?

  • Özünüqiymətləndirmə: Güclü və zəif tərəflərinizi, maraqlarınızı və sizi nəyin motivasiya etdiyini anlamaq.
  • Araşdırmalar aparmaq: Fərqli sahələri, peşələri və şirkətləri araşdıraraq sizə uyğun olanları müəyyən etmək.
  • Hədəflərin müəyyənləşdirilməsi: Qısa, orta və uzunmüddətli, real və ölçüləbilən karyera hədəfləri qurmaq (məsələn, 1 il ərzində yeni bir proqramlaşdırma dili öyrənmək, 3 il ərzində komanda rəhbəri olmaq).
  • Hərəkət planı qurmaq: Hədəflərinizə çatmaq üçün hansı bacarıqları qazanmalı, hansı təlimlərdə iştirak etməli və kimlərlə əlaqə qurmalı olduğunuzu planlaşdırmaq.

Karyera planlamasına haradan başlamaq lazımdır?

Bəzilərimiz üçün addımlar xəritəsi hazırlamaq və ona uyğun hərəkət etmək asan görünə bilər. Bəzilərimiz üçün isə məsələni dərindən anlamaq, xəritəni necə qurmaq, bir addımdan sonra hansı addımları atmağı dəqiqləşdirmək və s. çətin görünə bilər. Çünki gəlin razılaşaq ki, biz bəzən özümüzü kəşf etməyə çox da zaman tapa bilmirik. Həyat şərtlərimiz fərqlidir və 24 saat həm işləməyə, həm oxumağa, həm əylənməyə, həm sadəcə dayanıb fasilə etməyə kifayət etmir. Ötən illərlə müqayisədə günlər çox sürətli keçir, zaman sürətlə axıb gedir. Odur ki işlərinizi asanlaşdırmaq və vaxtınıza qənaət etmək üçün karyera planlamasına haradan başlamaqla bağlı bir çox məqamları təqdim edirik:

SWOT analizi etmək: Strengths - Güclü tərəflər, Weaknesses - Zəif tərəflər, Opportunities - Fürsətlər, Threats - Təhdidlər

SWOT analizi aparmaq özünüzü kəşf edərək daha optimal və perspektivli qərarlar verməyinizi asanlaşdırır. Güclü və zəif tərəflərinizə yaxından bələd olmaq hansı bacarıqlar və biliklər baxımdan güclü olduğunuzu üzə çıxarır. Bunun sayəsində hansı sahələrdə və istiqamətlərdə özünüzü inkişaf etdirməli olduğunuzu kəşf edəcəksiniz. Müasir dövrün nəbzini tutmaq, fürsətləri dəyərləndirmək (məsələn, süni intellektə yaxından bələd olmaq) bütün plan cədvəlin ön sıralarında gələcək nüanslardandır. Həmçinin hansı amillərin karyeranıza mənfi təsir göstərməsini müəyyənləşdirmək də faydalıdır.

Maraq və dəyərləri müəyyənləşdirmək: Siz hansı işi görərkən həqiqətən də həyəcanlanırsınız? Özünüzü fərqli hiss edirsiniz? Hansı işi görərkən zamanın necə keçdiyini unudursunuz? Sizin üçün işdə nə daha önəmlidir: yüksək maaş, çevik iş qrafiki, yaradıcılıq, yoxsa cəmiyyətə fayda vermək? Bu və oxşar sualları cavablamaq işlərinizi rahatlaşdıracaq. 

Araşdırmalar aparmaq: İstənilən planın arxasında aparılan müxtəlif araşdırmalar dayanır. Odur ki düzgün planlama qurmaq üçün maraqlarınıza uyğun peşələr haqqında araşdırma aparın. "LinkedIn" kimi platformalar və karyera sərgiləri vasitəsilə insanlarla ünsiyyət qurun, onların təcrübələrini araşdırın.

Yavaş-yavaş addımlamaq: Unutmaq olmaz ki, bütün uğurlu karyera hekayələrinin arxasında kiçik və davamlı addımlar dayanır. Yəni nəticə əldə etmək üçün karyeranızda dərhal böyük dəyişikliyi etmək həm reallıqla uyğunlaşmır, həm də bir o qədər nəticəyönümlü olmur. Maraqlandığınız sahə üzrə onlayn kurslara qoşula, könüllü fəaliyyətlərdə iştirak edə və ya kiçik layihələr üzərində işləyə bilərsiniz.

Karyera planı qurmaq üçün sizə bəlkə də başqalarının düşüncələri, təcrübələri ilham verə bilər düşüncəsi ilə irəliləyərək maraqlı statistik nəticəni sizinlə bölüşürük. Bu nəticə  ADP Araşdırma İnstitutunun 2024-ci ildə apardığı araşdırması əsasında müəyyənləşib. Belə ki, müxtəlif namizədlər iş yerində onlar üçün önəmli olan məsələlərə aydınlıq gətirib. Bəlkə də siz də bu sualın cavabını doğru cavablandırmaqla karyeranızda böyük və rəngarəng səhifələr aça bilərsiniz. Unutmayın ki, karyera təkcə hansısa böyük şirkətdə prestijli vəzifədə çalışmaqla ölçülmür. Karyera sizin həyat seçiminiz, zövqünüz, biryerdə olmaq istədiyiniz insanlar kütləsi, həyat missiyanız, dünyaya baxış tərziniz və ən əsası xoşbəxtliyiniz üçün bir stimuldur.

karyera planlamasi nedir

Karyera planlarının puf nöqtəsi: uğurlu CV necə hazırlanmalıdır?

Əmək bazarında namizədləri bir-birindən fərqləndirən, onların bilik və bacarıqlarını hər kəsə nümayiş etdirən vasitə CV-dir. Əgər CV uğurlu hazırlanıbsa, namizədin bütün güclü tərəflərini, təcrübələrini ortaya qoyursa, deməli şans faizi yüksəkdir. Namizədlər haqqında ilkin təsüratdan tutmuş onların müxtəlif şirkətlrəə cəlb olunmasına qədər ən önəmli və ilkin vasitəçi rolunu CV oynayır. Ən önəmli məqam isə CV-nin xaricdə təcrübə proqramları, xaricdə könüllülük proqramları, beynəlxalq layihələr, ölkədaxili layihələr, iş elanları və s. kimi kateqoriyalara uyğun olmasıdır. Ola bilər ki, bir layihədə sizin əldə etdiyiniz sertifikatlar olduqca mühüm əhəmiyyət kəsb edir, ola bilər ki, başqa iş elanı müraciət forması üçün tamamilə başqa tələblər prioritet ola bilər. Odur ki gəlin sizin üçün CV-nizi yaddaqalan edən bəzi detallara birlikdə baxaq.

CV‐ni yadda qalan edən 6 detal

Özünüz haqqında: Bəzən bu hissənin üzərindən keçilsə də, əslində namizəd haqqında ilkin fikir buradan başlayaraq formalaşır. Çünki biz hamımız başqalarının hekayələrində təsirli nöqtələri hər zaman axtarırıq. Bəs sizin insanlara demək istədiyiniz uğurlu hekayə başlığınız hansıdır? Qısa, lakonik və bir balaca yaradıcı olun.

Nailiyyətləri rəqəmlərlə ifadə etmək: “Satış komandasına dəstək oldum” demək əvəzinə, “Satış hədəflərinin 15% artırılmasına və müştəri məmnuniyyətinin 10% yüksəlməsinə nail olan komandada fəal rol oynadım” demək daha məqsədəuyğundur. Rəqəmlər daha təsirli və ölçüləbiləndir.

Açar sözlərdən istifadə etmək: İş elanını diqqətlə oxuyun və orada tələb olunan bacarıqları, texnologiyaları (məsələn, “SEO”, “Python”, “Agile”) öz CV-nizdə müvafiq yerlərdə qeyd edin. Bir çox şirkət müraciətləri süzgəcdən keçirmək üçün ATS (Applicant Tracking System) proqramlarından istifadə edir və bu sistemlər açar sözlərə fokuslanır.

Fəaliyyəti fellərlə ifadə etmək: Hər hansısa fəaliyyət istiqamətinizi “... işinin həyata keçirilməsi üzrə məsuliyyət məndə idi” yerinə, “İdarə etdim”, “Təşkil etdim”, “İnkişaf etdirdim”, “Analiz etdim” kimi sözlər daha dinamik və təsirli səslənir.

Səliqəli və oxunaqlı dizayn: Mürəkkəb qrafiklər, fərqli şriftlər və rənglərdən uzaq qalın. Minimalist, səliqəli və peşəkar bir dizayn seçin. Məlumatlar asanlıqla oxunmalı və başa düşülməlidir.

Əlavə bölmələr: Əgər varsa, “Layihələr”, “Sertifikatlar” və ya “Könüllülük fəaliyyəti” kimi əlavə bölmələrlə CV-nizi daha da canlandırın. Bu, sizin peşəkar maraqlarınız və təşəbbüskarlığınız barədə müsbət fikir formalaşdırır.

Vakansiyalarla buradan tanış olun!

Hər kəsi düşündürən sual üçün cavabınız var?

Özünüzü 5 ildən sonra özünüzü harada görürsünüz?

Bəziləri üçün sevimli hesab edilən, bəziləri üçün motivasiyaedici olan, bəziləri üçün isə sıxıcı səslənən bu klassik müsahibə sualı əslində sizin ambisiyalarınızı, şirkətə uzunmüddətli bağlılığınızı və reallıq hissinizi yoxlamaq üçündür. Ən yaxşı cavab strategiyası dürüstlük, ambisiya və şirkətin hədəfləri arasında bir balans qurmaqdır.

Məsələn, cavablamaq üçün aşağıdakı nümunələrdən ilhamlana bilərsiniz.

Nümunə 1

Növbəti 5 il ərzində bu sahədəki biliklərimi dərinləşdirmək, xüsusilə ... sahəsi üzrə mütəxəssis olmaq istəyirəm. İnanıram ki, sizin şirkətinizdəki təlim və inkişaf imkanları bu hədəfə çatmaq üçün ideal mühit yaradacaq.

Nümunə 2

Bacarıqlarımı artırdıqca, daha çox məsuliyyət götürməyə və ... komandasının uğurlarında pay sahibi olmaq üçün həyəcanlanıram. Məsələn, gələcəkdə daha mürəkkəb layihələri idarə etmək və ya yeni gələn əməkdaşlara mentorluq etmək mənim üçün vacib hədəflərdəndir.

Süni intellekt karyera bazarına necə təsir göstərir?

Bu sualın cavabı müxtəlif ixtisaslara, fəaliyyət növlərinə, şirkətlərə və digər nüanslara əsasən dəyişkəndir. Yəni, nisbilik təşkil edir. Bəs ümumilikdə süni intellektin inkişafı karyera üçün qorxuludurmu? Təəssüf ki bəzi peşə sahibləri və şirkətlər üçün süni intellektin sürətli inkişafı həyəcan təbili çalmaqdadır. Çünki hazırda bazar trendləri, tendensiyaları, istehsal və istehlak şərtləri, insanların alış-veriş vərdişləri, zövqlər və demək olar həyatımıza aid çox şey dəyişir, bəzən sıradan çıxır. Əgər əvvəllər İT proqramistlər əlçatmaz və son dərəcə tələbli sahələrdən isə, hazırda hətta onların işlərində belə axsamalar var. Çünki bir çox fronted və backend kodlarını süni intellekt alətləri ilə bir toxunuşla hazırlamaq mümkündür. Təsəvvür edin ki, onlar üçün vəziyyət belə dəyişibsə, digər peşələr barədə seçim edərkən yüz ölçüb bir biçmək faydalı olar. Elə gələcək karyera yollarınızı seçərkən belə süni intellektin dəstəyindən yararlanmaq olar. Ümumilikdə əmək bazarında hansı dəyişikliklərin müşahidə olunduğuna nəzər salaq.

Məlumatlar avtomatlaşdırılır: Məlumatların daxil edilməsi, müştəri xidmətlərində ilkin sorğuların cavablanması, standart hesabatların hazırlanması kimi işlər süni intellekt tərəfindən sürətlə avtomatlaşdırılır.

Yeni peşələr yaranır: “Prompt mühəndisi”, “Maşın öyrənməsi mühəndisi” kimi yeni peşələr meydana çıxır.

Bacarıq tələbləri dəyişir: Texniki bacarıqlar hazırda prioritet tələblərdəndir. 

“Career Switch” hekayələri tez-tez müşahidə olunur: Süni intellektin təsiri ilə prioritetləşən istiqamətlər namizədlər arasında maraq yaradır və ixtisasını dəyişən şəxslər artıq yavaş-yavaş ətrafımızda da çoxalır.

Yeni məhsul ortaya qoymaq asanlaşır: Bir çox işləri həyata keçirmək üçün artıq uzun-uzadı kompüter qarşısında vaxt keçirməyə ehtoyac qalmır. Alətlər vasitəsilə bir çox işləri həyata keçirmək və daha faydalı, yaradıcı, biznesyönümlü işlərə fokuslanmaq asanlaşır.

Süni intellektdən danışmışkən maraqlı bir statistikaya nəzər salaq. Belə ki, ADP Araşdırma İnstitutunun 2024-cü ildə 18 ölkədə 30 000 mindən çox insan arasında həyata keçirdiyi sorğunun nəticələri olduqca maraqlıdır. Beləliklə, süni intellektin namizədlərin işinə necə təsir göstərəcəyi barədə sorğu həyata keçirib. Nəticələr isə belədir:

karyera planlaması

Karyera planı qurmaq üçün sosial medianı nəzərə almaq vacibdir?

Sosial mediada artıq xatirələri, dostlarla olan şəkilləri, videoları paylaşmaq ənənəsi bir qədər dəyişib. Artıq sosial media sizin şəxsi brendinizi qurmağa, peşəkar əlaqələrinizi (netvorkinq) genişləndirməyə və yeni karyera imkanları tapmağınıza kömək edə bilər. Öz sahənizlə bağlı dəyərli məzmunlar (məqalələr, şərhlər, layihələr) paylaşaraq potensial işəgötürənlərin və rekruterlərin diqqətini çəkə bilərsiniz. Sosial media vasitəsilə öz sahənizdəki liderlərlə, şirkət rəhbərləri ilə və həmkarlarınızla asanlıqla əlaqə qura bilərsiniz. Günümüzdə LinkedIn platforması karyera inkişafı baxımdan ən yaxşı şəbəkələrdəndir. Bu platformada peşəkar səviyyədə profilinizi redaktə etmək, müntəzəm paylaşımlar etmək olduqca effektivdir. Çünki hazırda işəgötürənlər mütləq şəkildə sizin LinkedIn profilinizi incələyir. Odur ki sizin üçün LinkedIn profili yaratmaq ipucları hazırladıq.

Uğurlu LinkedIn profili necə olmalıdır?

Peşəkar başlıq (Headline): Təkcə vəzifənizi yazmayın. Başlığınıza kimə necə kömək etdiyinizi əlavə edin. Məsələn, "Marketinq meneceri" əvəzinə, "Data-əsaslı strategiyalarla brendlərin rəqəmsal böyüməsini təmin edən marketinq mütəxəssisi.

“Haqqında” (About) bölməsini hekayələşdirin: Bu bölmə sizin uğur hekayənizdir. Nailiyyətlərinizi, bacarıqlarınızı və sizi nəyin motivasiya etdiyini yazın.

URL-i fərdiləşdirin: Standart rəqəmlərdən ibarət profil linki əvəzinə, linkedin.com/in/ad-soyad kimi sadə və peşəkar bir URL yaradın.

Aktiv olun, sadəcə izləməyici kimi qalmayın: Başqalarının paylaşımlarına uyğun məğzli şərhlər yazın, müzakirələrə qoşulun. Bu, sizin bilik və marağınızı göstərərək profilinizə trafik çəkəcək.

Dəyərli məzmunlar paylaşın: Həftədə 1-2 dəfə öz sahənizlə bağlı maraqlı məqalələr, şəxsi təcrübələrinizi və ya layihə nəticələrini paylaşın.

Tövsiyələr (Recommendations) istəyin və verin: Keçmiş rəhbərlərinizdən və ya həmkarlarınızdan sizin haqqınızda tövsiyə yazmalarını xahiş edin. 

Sertifikatlar almaq nə qədər önəmlidir? Cari və gələcək karyera hədəflərində nəzərə alınmalıdır?

Sertifikatlar günümüzdə namizədləri fərqləndirən, onların bilik və bacarıqlarının gücünü sübut edən, həmçinin güclü kadrların formalaşmasını stimullaşdıran vasitələrdir. Sertifikatlar müəyyən sahədə spesifik biliyə və bacarığa malik olduğunuzu təsdiq edən sənədlərdir. Bundan başqa, yeni bir sahəyə keçmək istəyirsinizsə, o sahə üzrə tanınmış beynəlxalq sertifikatlar almaq ilk addım üçün faydalı ola bilər. Ancaq sertifikatları sadəcə toplamaq üçün almaq əvəzinə, onları karyera hədəflərinizlə uyğunlaşdırın. Müraciət etdiyiniz vəzifə üçün hansı sertifikatların daha çox tələb olunduğunu araşdırın və onlara prioritetlik verin. Təcrübə ilə birləşdikdə sertifikatlar daha güclü təsir bağışlayır.

Vakansiyalarla buradan tanış olun!

Pulsuz sertifikat almaq üçün kurslar

Bəzən kursların qiyməti hər kəs üçün əlçatan olmaya bilər. Çünki həyat şərtləri, maddi qazanclar, coğrafiya və s. hamı üçün eyni deyil. Yaxud başqa maraqlı nüans da var ki, məsələn, yeni sahəyə keçid etmək istəsəniz və tam qərar verməkdə çətinlik çəksəniz, o zaman bir neçə fərqli kursu almaq baha başa gələ bilər. Belə məqamda pulsuz sertifikatlı kurs almaq daha məqsədəuyğun olar. Tam qərarınızı verdikdən sonra beynəlxalq sertifikatlı kurs almaq faydalıdır. Yaxud sadəcə pulsuz kurslarla da bacarıqlarınızı artırmaq mümkündür. Sizin üçün pulsuz kurslar tapa biləcəyiniz platformaları təqdim edirik.

Coursera: Bir çox universitet və şirkətin kurslarını təklif edir. Kursları pulsuz izləyə, kiçik ödənişlərlə sertifikat ala və ya maliyyə dəstəyinə müraciət edə bilərsiniz.

Google Digital Garage: Xüsusilə rəqəmsal marketinq sahəsində çox dəyərli və tanınan "Fundamentals of Digital Marketing" kimi pulsuz sertifikat proqramları var.

HubSpot Academy: Marketinq, satış, SMM və məzmun marketinqi üzrə sənayedə yüksək qiymətləndirilən pulsuz sertifikatlar təqdim edir.

edX: Harvard və MIT kimi universitetlər tərəfindən qurulan bu platformada bir çox kursu pulsuz izləmək mümkündür.

freeCodeCamp: Proqramlaşdırma və veb-inkişaf sahəsində karyera qurmaq istəyənlər üçün əla, tamamilə pulsuz və layihə-əsaslı platformadır.

Son olaraq qeyd edək ki, yaşınızdan, ixtisasınızdan, hazırda harada çalışmağınızdan, coğrafiyanızdan və bütün fərqliliklərdən asılı olmayaraq karyera planı qurmaq, karyera hədəfləri seçmək hər zaman seçimləriniz, işləriniz arasında ön planda dayanmalı və işlərinizi bunun üzərindən davam etdirmək vacibdir. Çünki uğurlu karyera qurmaq bəzən bizi həyata bağlayan ən güclü səbəbdir, sevdiklərimizi qoruya bildiyimiz ən güclü silahdır, qəlbimizə rahatlıq gətirən böyük uğurun özüdür. Daim axtarın, araşdırın və inkişafınızı dayandırmayın. Bu yolda dəstəyə ehtiyacınız olarsa, mentorlar bölməmizdən müxtəlif sahələrdə çalışan mütəxəssislərin dəstəyindən yararlana, vakansiyalar bölməmizdən isə müxtəlif iş elanları ilə tanış ola bilərsiniz.

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

19 Aug 2025

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

12 Aug 2025

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

12 Aug 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platformasıbir neçə saniyə əvvəl

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

bir neçə saniyə əvvəl
7 baxış
24
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

6 gün əvvəl
97 baxış
7
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

6 gün əvvəl
90 baxış
9
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Azərbaycanda Olmayan 17 İdeya - Bazara İlk Girən Siz Olun!

2 həftə əvvəl
97 baxış
12
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Ekspeditor olaraq necə daha çox qazanmaq olar? Ekspeditor vakansiyaları

2 həftə əvvəl
32 baxış
15
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Whatsapp dan pul qazanmaq necə olur?

2 həftə əvvəl
35 baxış
6
0 bəyənmə
Bütün bloqlara keç