01 May 2025 | Xidmət
İş elanları saytları haqqında araşdırma
Keçmişdə təhsil alıb özünə karyera qura bilmirdinsə, iş tapmaq üçün ya gərək qapı-qapı gəzib axtarardın, ya hansısa tanışına tapşırardın, ya da bəxtin üzünə gülərdi. İndi isə şərtlər 360 dərəcə dəyişib. Karyera qurmaq üçün istənilən sahə üzrə elanlar, vakansiyalar bir toxunuş qədər yaxınımızdadır. İstənilən mobil cihazlar və kompüterlər vasitəsilə milyonlarla yerli və xarici iş elanları tapmaq, müraciət etmək mümkündür. Yəqin sizin də ətrafınızda təkcə ölkəmizdə işləməklə kifayətlənməyib, dünyanın müxtəlif ölkələri ilə məsafədən də işləyən dostlarınız, tanışlarınız var. Təbii ki onlar arasında frilans şəkildə çalışaraq öz biznesini quranlar da az deyil. Uzun sözün qısası bəs onlar bu kimi işləri haradan tapırlar? Haradan və necə başlayırlar?
Bu suallara nə qədər fərqli cavablar eşitsəniz də hamının ortaq bir nöqtədə görüşdüyü ünvanlar var: İş elanları saytları.
Düzgün saytlara daxil olaraq ehtiyacınız olan və ixtisasınıza uyğun həm tam ştat, həm də məsafədən iş imkanlarını tapmaq su içmək kimi asandır. Odur ki gəlin həm yerli, həm qlobal is elanlari saytları ilə tanış olaq.
Universiteti bitirməyə hazırlaşanlar, yeni məzunlar və karyerasına təzəcə başlayanlar üçün təcrübə proqramlarına qoşulmaq böyük üstünlüklər və faydalar qazandırır.
Tecrube.az - Ölkəmizdə beynəlxalq və yerli neft və qeyri-neft şirkətlərinin, dövlət qurumlarının, maliyyə institutlarının, qeyri-hökümət təşkilatlarının, orta və kiçik sahibkarlıq təşkilatlarının müxtəlif təcrübə proqramları paylaşılır.
Careerbridge.az - Yerli və beynəlxalq təlimlər, seminarlar, könüllülük, təqaüd və təcrübə imkanları, vakansiyalar və konfranslar paylaşılır.
Internships.com - ABŞ-da və Avropa ölkələrində gənclərə təcrübə keçmək imkanları təklif edir.
GoAbroad.com - Xaricdə təcrübə, könüllülük və təhsil imkanlarını təqdim edir.
Globalplacement.com - Avropada, xüsusilə Erasmus çərçivəsində təcrübə proqramlarını tapa bilərsiniz.
AIESEC.org - Gənclər üçün beynəlxalq təcrübə və könüllülük proqramları təqdim edilir.
ErasmusIntern.org - Erasmus+ proqramı çərçivəsində Avropada təcrübə axtaran tələbələr üçün ideal platformadır.
Hazırda hamı Azerbaycanda is elanlari saytlari vasitəsilə karyera qurur desək, yanılmarıq. Bir çox şirkətlərdə vakansiyalara müraciətlər ancaq ya həmin qurumun, ya da xüsusi karyera platformaısnın üzərindən qəbul olunur. Məsələn, adətən böyük şirkətlərdə işə qəbul elanları və müraciətləri jobs.glorri.az saytı üzərindən aparılır. Təbii ki öz rəsmi veb-saytları üzərindən vakansiyalar paylaşan və namizədlərin CV-lərini gözləyən şirkətlər də az deyil.
Aşağıdakı saytlarda bütün fəaliyyət sahələri və ixtisaslar üzrə ölkəmizdə mövcud olan aktiv vakansiyalar müntəzəm olaraq paylaşılır. Buraya həm dövlət qurumlarının, həm də özəl şirkətlərin rəsmi iş elanları daxildir. Zavodda iş elanları, 500 manatlıq iş elanları, 1000 manatlıq iş elanları, sürücü iş elanları, təcrübəsiz iş elanları kimi bütün istiqamətlər üzrə təkliflər mövcuddur.
Ölkəmizdə bankların bəzilərində vakansiyalara müraciətlər rəsmi veb-saytları üzərindən qəbul edilir. Digərlərində isə “Glorry” veb-saytına yönləndirilir.
Accessbank vakansiya - https://shorturl.at/DZl2N
AFB Bank vakansiya - https://shorturl.at/RRPcp
Azərbaycan Beynəlxalq Bankı vakansiya - https://shorturl.at/LBNIn
Azərbaycan Sənaye Bankı vakansiya - https://shorturl.at/oTAGn
Azər Türk Bank vakansiya - https://shorturl.at/BUvll
Bank Avrasiya vakansiya - https://rb.gy/5nxv7e
Bank of Baku vakansiya - https://rb.gy/2q4elx
Bank BTB vakansiya - https://rb.gy/hjysrw
Bank Respublika vakansiya - https://rb.gy/h1ssf6
Premium Bank vakansiya - https://rb.gy/g6bc94
Bank VTB vakansiya - https://tinyurl.com/yc2u4vph
Expressbank vakansiya - https://tinyurl.com/y8s36w32
Kapital Bank vakansiya - https://tinyurl.com/y2jk2vd8
Yelo Bank vakansiya - https://tinyurl.com/4pxj884b
Paşa Bank vakansiya - https://tinyurl.com/mspf54ts
Rabitəbank vakansiya - https://tinyurl.com/44cbuekx
TuranBank vakansiya - https://tinyurl.com/wh7dacx7
Unibank vakansiya - https://tinyurl.com/38t6j9mu
Xalq Bank vakansiya - https://tinyurl.com/2x9vc529
Yapı Kredi Bank vakansiya - https://tinyurl.com/4zch76yp
Ziraat Bank vakansiya - https://tinyurl.com/4pcuz8b7
Dövlət qulluğunda müxtəlif vəzifələr üzrə çalışmaq üçün müsahibə elanları və vakant vəzifələr üzrə axtarış exidmet.dim.gov.az/dqq/Elan saytı üzərindən aparılır. Vəzifələr və rəhbər vəzifələr üçün ölkə üzrə bütün regionlar və dövlət qurumları daxil olmaqla vakant elan olunan yerlərlə buradan ətraflı şəkildə tanış ola bilərsiniz. Bundan başqa, dövlət qurumlarının demək olar hər birinin rəsmi veb-saytında hazırda aktual olan bütün vakansiyalar müntəzəm olaraq paylaşılır və onlayn şəkildə müraciətləriniz qəbul olunur.
Dünyanın istənilən nöqtəsində yerləşən məşhur şirkətlərlə əməkdaşlıq etmək üçün aşağıdakı veb-saytlara nəzər sala bilərsiniz. Bu saytlarda frilans iş elanları paylaşılır. Məsafədən işləyə biləcəyiniz bütün ixtisaslar üzrə vakansiyalar mövcuddur.
Günümüzdə bir çox iş elanları platformasında vakansiyalara müraciət edərkən sadəcə CV yükləmək ənənəsi keçmişdə qalıb. İndi namizədlərdən motivasiya məktubu yazmaq tələb olunur. Bəzən 300 sözlük, bəzən 500, bəzən isə bir neçə səhifəlik. Bu məktub sizin yalnız kim olduğunuzu yox, nə üçün məhz bu işə və bu şirkətə uyğun olduğunuzu izah etməyiniz üçün nəzərdə tutulur. Çünki CV texniki məlumat mənbəyi olaraq təcrübəniz, əlaqə məlumatlarınız və s. üçündür. Motivasiya məktubu isə sizin şəxsi motivasiyanızın və karyera məqsədlərinizin göstəricisidir. Bir çox hallarda bu məktub digər namizədlərdən fərqlənmək üçün əsas vasitə rolunu da oynayır. Məktubu hazırlayarkən yumşaq bacarıqlarınızdan, vakansiyaya niyə müraciət etməyinizdən, müsbət keyfiyyətlərinizdən, bu işin sizin üçün nələri ifadə etdiyindən bəhs etməyiniz faydalı olar. Xüsusilə niyə sizi seçməli olduqlarını, şirkətə hansı dəyərləri qata biləcəyinizi qeyd edin. Çalışın tələbə uyğun olan ölçüdə, lakonik və empatiya yaradacaq tərzdə hazırlayın.
Aşağıdakı platformalarda həm Cv, həm motivasiya məktubları hazırlaya bilərsiniz. Bunun üçün sizə dizayn və mətn nümunələri də təqdim olunur. Çalışın eynisini hazırlamayın, öz yaradıcılığınızdan da ilhamlanın.
zety.com - CV və motivasiya məktubu üçün peşəkar şablonlar, addım-addım yazı bələdçisi və uyğun dizaynlar təqdim edir.
novoresume.com - Eyni dizaynda həm CV, həm də motivasiya məktubu hazırlamaq olur. Xüsusilə Avropa formatında iş üçün çox uyğundur.
kickresume.com - Yaradıcı və peşəkar CV və məktublar hazırlamaq üçün əla seçimdir.
canva.com - Daha çox dizayn yönümlü CV və motivasiya məktubları üzrə pulsuz şablonlar təqdim olunur.
resume.io - Hər iki məqsədiniz üçün rahatlıqla istifadə edə biləcəyiniz platformadır.
Bu məqaləmizdə sizin üçün ixtisasınızdan, harada yaşamağınızdan, sosial statusunuzdan asılı olmayaraq, rahatlıqla iş tapa biləcəyiniz bir çox platformaları bir araya topladıq. İndi isə növbə sizdədir. Karyeranızda hansı yollarda addımlamağa qərar verməyinizdən asılı olmayaraq, sevdiyiniz işlərin arxasınca getdiyinizdən əmin olun. Sevdiyiniz işlərlə məşğul olun ki, işlədiyinizi hiss etməyəsiniz və zövq alasınız.
Karyera təkcə pul qazanmaqdan ibarət deyil. Karyera həm də bir həyat seçimidir. Bəs siz hansı həyatı yaşamaq istəyərdiniz? Bəlkə indi, bəlkə beş il sonra… Ancaq mütləq bir gün o həyata çatmaq üçün yolunuzu qətiyyətlə və səbrlə davam etdirin. Bu, hər hansısa motivasiya cümlələri deyil. Bu, bir gün belə yazmaqdan, sizə fayda toxundurmaqdan yorulmayan qələm sahibinin ürəyindən gələnlərdi. Karyera yolunuzun ürəyinizdən başlaması, uğurlarınızla bəzənməsi diləyi ilə…!
Head of Marketing4 gün əvvəl
Karyera və inkişaf platforması5 gün əvvəl
Karyera və inkişaf platforması1 həftə əvvəl
Head of Marketing1 həftə əvvəl
🚀 AI Automation Specialist | Web Developer | Helping Local Businesses Save Time & Scale Faster with AI2 həftə əvvəl
Karyera və inkişaf platforması2 həftə əvvəl