04 Noy 2025 | Təhsil və elm

İngilis dili kursları axtarırsan?

483 baxış
6
İngilis dili kursları axtarırsan?

İngilis dili kursları ilə maraqlanırsınızsa, bu məqalə sizin üçündür. 

Dünyanın hər yerində milyonlarla insan ingilis dili öyrənir. Çünki bu dil yalnız bir ünsiyyət vasitəsi deyil, yeni həyat imkanlarının açarıdır. Xaricdə təhsil almaq, beynəlxalq şirkətlərdə işləmək, dünyanın hər yerində yeni dostlar qazanmaq istəyirsənsə, ən doğru seçim ingilis dili kurslarıdır.

Niyə ingilis dili öyrənmək bu qədər vacibdir? 🌍

İngilis dili bilmək insanın həyatına çoxlu real faydalar gətirir. Bu dil yalnız xaricilərlə danışmaq üçün deyil, həm də karyera inkişafı üçün vacib bir addımdır.

İngilis dilini öyrənməklə sən:

  • Daha yaxşı iş imkanları əldə edirsən. Bir çox şirkət xarici müştərilərlə işlədiyi üçün ingilis dili bilən əməkdaşlara üstünlük verir.
  • Xaricdə təhsil almaq şansı qazanırsan. Universitetlərin əksəriyyəti sənədləri və dərsləri ingiliscə qəbul edir.
  • Yeni dostluqlar və beynəlxalq əlaqələr qurursan. Dünyanın istənilən yerindən insanlarla ünsiyyət qura bilirsən.
  • Maraqlı məlumatlara çıxışın artır. Elmi məqalələrin, videoların və kursların çoxu ingilis dilindədir.
  • Səyahətlərdə özünü daha rahat hiss edirsən. İstənilən ölkədə istiqamət soruşmaq, alış-veriş etmək və söhbət etmək asan olur.
  • Özünə inamın artır. Xarici dildə danışmaq səni həm şəxsi, həm də peşəkar cəhətdən gücləndirir.

Ən yaxşı ingilis dili kurslarını necə tapmaq olar? 🔍

“Ən yaxşı ingilis dili kursları” dedikdə sadəcə gözəl reklamı olan kurslardan danışmırıq. Ən yaxşı kurs o kursdur ki, səni dinləyir, səviyyəni düzgün müəyyən edir və sənin üçün fərdi yol xəritəsi qurur.
Məsələn, British Council, INK Academy, Language Club Baku və British Centre Sumqayıt kimi mərkəzlərdə müəllimlər təkcə dərs demir, tələbəni ruhlandırır, danışmağa təşviq edir.

Kursa yazılmadan əvvəl:

  • Sınaq dərslərinə qatıl.
  • Müəllimlə tanış ol.
  • Dərs metodikasını öyrən.
  • Hansı səviyyədən başlayacağını bil.

Unutma, düzgün seçilmiş kurs sənin ingilis dili öyrənmək yolunda ilk və ən vacib addımdır.

İngilis dili kursları qiymətləri nə qədərdir?💰

Bir çox insan düşünür ki, dil kursu bahalı olarsa, keyfiyyətlidir. Amma bu, həmişə belə deyil. Əsas olan qiymət deyil, nəticədir.

Bakıda və Sumqayıtda kursların qiymətləri adətən belədir:

  • Qrup dərsləri: aylıq 80–150 AZN
  • Fərdi dərslər: 150–250 AZN
  • Onlayn dərslər: 60–100 AZN

Təbii ki, bu qiymətlər bütün kurslara şamil olunmur. Hər kurs üçün qiymətlər dəyişə bilər. Əgər Bakıda pulsuz ingilis dili kursları axtarırsansa, bəzi gənclər mərkəzi, universitetlər və layihələr bu imkanı təqdim edir.
Məsələn, ASAN Könüllüləri, Youth English Clubs və British Council proqramları zaman-zaman pulsuz dərslər elan edir.

3 aylıq ingilis dili kursları ilə qısa zamanda nəticə mümkündürmü? 

Bəzən uzun kurslara vaxt tapmaq olmur. Bu zaman 3 aylıq ingilis dili kursları sənin üçün ideal seçim olacaq. 
Bu kurslar intensiv proqram əsasında keçirilir, yəni hər gün danışıq, dinləmə, yazı və qrammatika dərsləri bir arada olur.

Üç ay ərzində gündəlik məşğul olsan, sadə cümlələrlə danışa bilər, gündəlik mövzuları başa düşərsən.
İndi təsəvvür et ki, yayda səyahətə gedirsən və restoranda sifarişi artıq ingiliscə verirsən! 😄

İngilis dili danışıq kursları – qorxmadan danışmağa hazırsan? 🗣️

Çox adam ingilis sözlərini bilir, amma danışmağa utanır. Sən də bəzən nəsə demək istəyirsən, amma “birdən səhv edərəm” deyə fikrini özündə saxlayırsan? Narahat olma, bu hamının başına gəlir. Elə buna görə də ingilis dili danışıq kursları var!

Bu dərslərdə müəllim səni daim danışmağa həvəsləndirir. Hər dərs sanki real həyatda baş verir, mağazada alış-veriş, hava limanında söhbət, dostla zarafat… Beləcə, öyrəndiklərini dərsdə yox, həyatda istifadə etməyi bacarırsan.

Səhv etməkdən qorxma, çünki hər səhv səni daha da yaxşı edir. 

İngilis dili kursları online pulsuz – evdən çıxmadan öyrən, dünyaya açıl! 💻

Kursa getməyə vaxt tapmırsan? Narahat olma, artıq ingilis dili kursları online pulsuz platformalar sayəsində evdən, ofisdən, hətta telefondan belə öyrənmək mümkündür. Sadəcə əlindəki bir cihaz, bir az vaxt və istək kifayətdir ki, ingilis dili öyrənməyə başlayayasan. Bəs bu yolda sənin əsas bələdçin hansı platfor olacaq? Əslində seçim çoxdur, ancaq biz sənin üçün ən yaxşılarını seçdik: 

  • 🎯 Duolingo – öyrənmək sanki oyun oynamaq kimidir, hər dərs motivasiyanı artırır.
  • 🎥 BBC Learning English – gündəlik həyat mövzularını qısa videolarla öyrədir.
  • 🎓 Coursera və EdX – dünyanın ən məşhur universitetlərindən pulsuz kurslara qoşul.
  • 💬 Busuu – real insanlar və müəllimlərlə canlı şəkildə danış, geribildirim al.
  • 🗣️ Enverson – onlayn danışıq dərsləri ilə təbii ünsiyyət bacarığını inkişaf etdir.

Sumqayıtda və Bakıda ingilis dili kursları axtarırsan?

Əgər Sumqayıtda yaşayırsansa, narahat olma ingilis dili kursları Sumqayıt bölgəsində də olduqca çoxdur.
Məsələn:

  • İnk Academy - ingilis dili kursları
  • British Centre Sumqayıt – interaktiv dərslər və sınaq imtahanları.
  • Modern English School – danışıq yönümlü proqramlar.
  • Star.edu.az   Ingilis dili kursları 

Bakıda isə INK Academy, British Council, CELT Collages kimi mərkəzlər fərqli səviyyələr üçün kurslar təklif edir.

Özünü motivasiyada saxla, çünki bacararsan! 💪

Bəzən öyrənmək çətin görünə bilər. Amma unutma ki, hər böyük nəticə kiçik addımlardan başlayır. İngilis dili sənin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Bu sərmayə sənə daha yaxşı iş, daha geniş dünyagörüşü və daha çox azadlıq qazandıracaq.

 

 

Dostunla paylaş:

whatsapptelegram
Loading...