work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Frilans nədir?

29 İyul 2025 | Marketinq

Frilans nədir?

0
51 baxış
12
Frilans nədir?

Frilanser nədir? Bu sual yaxın bir neçə ildə Azərbaycanda daha çox verilməyə başladı. Çünki bu iş forması həm gənclər, həm də peşəkarlar üçün olduqca maraq doğurmağı bacardı. Aşağıda sənin üçün təqdim etdiyimiz bloq yazısında detallı məlumatlarla tanış olacaqsan. 

“Frilans” nə deməkdir? 

“Frilans” termini ilk dəfə orta əsrlərdə “azad nizəçi” mənasında işlənib. İngilis dilindəki free (azad) və lance (nizə) sözlərinin birləşməsindən yaranan bu ifadə, müəyyən orduya bağlı olmadan döyüşən, müstəqil döyüşçüləri təsvir edirdi.

Zaman keçdi, amma anlayışın mahiyyəti dəyişməsə də silah dəyişdi. İndi nizə yerinə dizayn proqramı, yazı bacarığı, kodlaşdırma dili və ya kamera istifadə olunur. Müasir frilanserlər artıq cəbhədə deyil, ekran qarşısında öz yaradıcılıqları ilə mübarizə aparır.

Bugünkü dünyada “frilans” daimi ofis işindən azad, sərbəst qrafiklə və fərdi seçimlərlə işləmə modelidir. 

Bu anlayış xüsusilə texnologiyanın inkişafı ilə daha da yayılsa da, uzaqdan işləmə sisteminə keçid pandemiya dövrünün başlaması ilə zirvəyə çatdı. İndi bir çox insan evdən çıxmadan dizayn, proqramlaşdırma, tərcümə, yazı yazma, sosial media idarəçiliyi, SEO, video montaj kimi bir çox sahələrdə frilanser olaraq fəaliyyət göstərir.

 

Frilanser nədir?

AD_4nXdYNGB7iShnuVh9-pUkxTy--hz8ZdDaUD5bJxAxYtBe9JW0X1-wkMBIztOMFHy0Ste4dA9aEHjfxwnAunMI40YyU2QBcYX_usfWwy92T67KDz6M8mcI00_XiNN4VwrT_VEcJuVGPw?key=1tO733Pi4nIdY7ySigBZmw

Kimdir bu müstəqil peşəkarlar?

Frilanser hər hansı şirkətə daimi bağlı olmadan, layihə və ya tapşırıq əsasında çalışan sərbəst mütəxəssisdir. O, konkret bir sahədə ixtisaslaşır və müxtəlif müştərilər üçün xidmət göstərir. İş qrafikini özü müəyyənləşdirir, kimlə işləyəcəyinə və nə qədər qazanacağına özü qərar verir. Bir sözlə, frilanser həm rəhbər, həm də öz komandasının üzvüdür.

Frilans iş modelinin sürətlə populyarlaşmasının əsas səbəbi: sərbəstlik, azadlıq və rahatlıqdır. Müasir dövrdə insanlar ofis divarları arasında sıxılmaq əvəzinə, istədikləri məkandan işləməyi, işlərini və şəxsi həyatlarını balansda saxlamağı üstün tuturlar. Bu da frilanserliyə olan marağı artırır.

 

Bəs frilanserlər necə iş tapır?

Frilans iş ilk baxışdan çox cazibədar görünür: sərbəst qrafik, müstəqil seçimlər, daha çox qazanc… Amma bu yola çıxmazdan əvvəl özündən soruşmalısan: “Mən niyə frilanser olmaq istəyirəm?”

Azadlıq? Daha çox gəlir? Öz biznesini qurmaq istəyi? Səbəbin nədirsə, onun fərqində olmağın vacibdir. Çünki bu səbəb gələcəkdə quracağın iş strategiyasına, hədəflərinə və yanaşmalarına birbaşa təsir edəcək.

 

Frilanser olmaq üçün əsas addımlar

Frilanser olmaq üçün təkcə bacarıq kifayət etmir, özünü tanıtmaq, şəxsi brendini yaratmaq və kommunikasiya qurmaq bacarığı da əsas şərtlərdəndir. Bu dünyada yalnız yaxşı iş görmək bəs etmir. İşini başqalarına göstərmək, satmaq və təqdim etmək bacarığı da olduqca vacibdir.

Əlavə olaraq qeyd edək ki, dil bilikləri böyük üstünlükdür. Çünki yalnız yerli bazara deyil, beynəlxalq platformalara da çıxışın olmalıdır. Məsələn, ingilis dili sayəsində dünyanın istənilən nöqtəsində müştəri ilə işləyə bilərsən.

Yeni başlayanlar üçün ilk il çətin ola bilər, xüsusilə əvvəl heç bir iş təcrübən yoxdursa. Amma səbir və davamlılıq göstərsən, bu çətinliklər zamanla yerini sabit gəlirə və peşəkar uğura verəcək.

 

İxtisaslaşma: Çoxsahəli mütəxəssis, yoxsa bir sahədə ixtisaslaşmış peşəkar?

Frilanser olarkən qərar verməli olduğun əsas məsələlərdən biri də budur: Bir sahəyə fokuslanmaq, yoxsa bir neçə sahəni bilmək?

Məsələn, yalnız qrafik dizayn sahəsində dərin biliklərə yiyələnə bilərsən. Amma əgər həm dizayn, həm də kontent, video montaj və sosial media bacarıqlarına sahibsənsə, bu səni daha çox tələbat olan mütəxəssisə çevirəcək.

 

Frilanserlərin iş tapmaq yolları

AD_4nXf5y7U3qubIRIOfNFHPbwWtdh1z0SE00rSW_wPRuqH8HVB8y7pHSZUynWPrGBdivelNAJmOU39DZ1SbtjSK3pW-tf9yWz2SDpCN-__xU9m5KXCkn4fLJp62wYEWjXGOaproy2yuGA?key=1tO733Pi4nIdY7ySigBZmw

Frilanserlər adətən aşağıdakı addımlarla iş tapır və müştərilərlə əməkdaşlıq qururlar:

1. Portfolio hazırlanır

Əvvəlki iş nümunələrini təqdim etmək vacibdir. Əgər real iş təcrübən yoxdursa, özün üçün nümunə layihələr hazırla. Məsələn, məşhur bir şirkətin loqosunu yenidən dizayn edərək bu işi portfolioya əlavə et.

2. Frilanser platformalarında qeydiyyat

Upwork, Fiverr, Freelancer.com, PeoplePerHour kimi beynəlxalq platformalarda qeydiyyatdan keçərək müştərilər tapa bilərsən.

3. Müştəri elanlarına müraciət

Aktiv şəkildə vakansiyalara bax, müraciət et, öz xidmətlərini təqdim et. CV və portfolionla birlikdə kiçik bir təqdimat məktubu yazmağı unutma.

4. Əməkdaşlıq şərtləri razılaşdırılır

İşi qəbul etməzdən öncə şərtləri dəqiqləşdir. Ödəniş məbləği, təhvil tarixi və gözləntilər yazılı şəkildə razılaşdırılsın.

5. İş təhvil verilir və ödəniş alınır

Ən rahat yol layihəyə başlamadan əvvəl ödənişin bir qismini almaqdır. Qalan hissəni isə işi tam təhvil verdikdən sonra götürə bilərsən.

 

Freelancer haqqında daha çox məlumatı haradan tapmaq olar?

Frilans dünyasına qədəm qoymaq istəyirsən, amma haradan başlayacağını bilmirsən? Narahat olma — bu sahədə öyrənmək üçün kifayət qədər resurs var. Aşağıda ən faydalı və effektiv mənbələri sənin üçün qruplaşdırmışıq:

🎥 YouTube – Pulsuz və vizual təlimatlar

YouTube, yeni başlayanlar üçün əvəzolunmaz bir öyrənmə platformasıdır. Sadəcə axtarış bölməsinə:

  • “How to become a freelancer”
  • “Freelancing for beginners”
    kimi açar sözlər yazmaq kifayətdir. Qısa video dərslər, uğur hekayələri və praktiki məsləhətlərlə dolu minlərlə resurs sənin ixtiyarındadır.

🎓 Coursera və Udemy – Peşəkar kurslar və bacarıq inkişafı

Əgər frilans karyeranı daha strukturlaşdırılmış şəkildə qurmaq istəyirsənsə, bu platformalardakı kurslardan yararlana bilərsən. Axtar:

  • “Freelancing career”
  • “How to get clients”
    Bu kurslar sənə yalnız texniki bacarıqlar deyil, eyni zamanda müştəri tapmaq, qiymət müəyyənləşdirmək və şəxsi brend qurmaq mövzusunda da dəyərli biliklər verir.

✍️ Bloq və forumlar – Real təcrübələr və məsləhətlər

  • Medium.com – Uğurlu frilanserlərin yazdığı real təcrübə hekayələri, yol xəritələri və tövsiyələr
  • Reddit – Xüsusilə r/freelance bölməsində sual verə, başqalarının təcrübələrini oxuya və diskussiyalara qoşula bilərsən.

💼 LinkedIn – Ekspert fikirləri və məqalələr

LinkedIn-də "freelancing" ilə bağlı yüzlərlə məqalə tapa bilərsən. Peşəkarların yazdığı məsləhətlər, təkliflər və trendlərlə tanış olaraq sən də frilans dünyasında daha məlumatlı ola bilərsən.

👥 Facebook Qrupları – Yerli icmalarla təcrübə paylaş

“Freelancers Azerbaijan” kimi yerli Facebook qruplarında həmkarlarınla əlaqə qur, sual ver və real nümunələr əsasında öyrən. Burada təkcə məlumat yox, eyni zamanda əməkdaşlıq və dəstək mühiti də var.

 

 

Freelancer hansı sahələrdə işləyə bilər?

AD_4nXdnKDwUCghptdJCNQkx4Th1iYz_tpTn8cYlIrgpg3u5Ykb2Z8ER4XnN3O1GGP4lBA2hL7O6lV4X7Oc_PpT1EHJYV0_ku5bwFqiQfZ-4rmrKqyoKQ9r5RUx4aE3kerr-qO8uYvfElg?key=1tO733Pi4nIdY7ySigBZmw

 

Freelancer olaraq işləmək üçün ənənəvi sahələrlə yanaşı, artıq bir çox yeni və müasir peşə sahələri də mövcuddur. Ən çox tələb olunan və inkişaf etməkdə olan freelancer sahələri:

1. Qrafik dizayn

  • Loqo, broşur, poster, sosial media postları
  • Adobe Illustrator, Photoshop, Canva kimi alətlərlə işləmə bacarığı vacibdir

2. Veb-sayt hazırlanması

  • Front-end (HTML, CSS, JavaScript)
  • Back-end (PHP, Node.js)
  • WordPress saytlarının qurulması

3. Məzmun yazarlığı (Content writing)

  • Blog yazıları, məhsul təsvirləri, SEO uyğun mətnlər
  • Copywriting, kreativ yazılar

4. Tərcümə və dil xidmətləri

  • Sənəd tərcüməsi, şifahi tərcümə, subtitrlərin yazılması
  • İngilis, rus, türk dilləri ilə yanaşı nadir dillər də tələb olunur

5. Sosial media menecmenti (SMM)

  • Instagram, Facebook, TikTok səhifələrinin idarəsi
  • Kontent planı, analiz və reklam yerləşdirilməsi

6. Video montaj və animasiya

  • YouTube, TikTok, reklam videoları üçün montaj
  • Adobe Premiere Pro, After Effects, CapCut, VN proqramları ilə iş

7. SEO və rəqəmsal marketinq

  • Saytların Google sıralamasında yüksəlməsi üçün analiz və təkmilləşdirmə
  • Reklam kampaniyalarının qurulması (Meta, Google Ads)

8. UI/UX dizayn

  • Mobil və veb tətbiqlərin interfeys dizaynı
  • Figma, Adobe XD kimi alətlərlə iş

9. Müştəri dəstəyi və virtual assistentlik

  • E-maillərə cavab vermə, çağrı mərkəzi xidmətləri
  • Gündəlik tapşırıqların idarəsi

10. Data analitikası və Excel xidmətləri

  • Məlumatların təhlili, hesabatların hazırlanması
  • Excel, Google Sheets, Power BI bilikləri ilə

11. Online müəllimlik və mentorluq

  • Dil kursları, riyaziyyat, kimya, proqramlaşdırma tədrisi
  • Zoom və ya Google Meet üzərindən dərs keçmək

12. AI və süni intellekt alətləri üzrə xidmətlər (Yeni sahə)

  • ChatGPT və digər alətlərlə kontent yaratma, avtomatlaşdırma
  • Prompt yazarlığı, AI dizayn və video yaratma

13. NFT və Web3 dizayn/proqramlaşdırma

  • NFT layihələri üçün vizual və texniki dəstək
  • Blockchain texnologiyaları ilə bağlı xidmətlər

14. Podcast redaktəsi və yayımı

  • Səs keyfiyyətinin yaxşılaşdırılması, intro/outro hazırlığı
  • Spotify, Apple Podcast üçün epizod yerləşdirilməsi

 

Freelancer olmaq üçün haradan başlamaq olar?

  1. Ilk olaraq portfolionu hazırla.
  2. Dil biliklərinə güvənirsənsə, aşağıdakı platformalardan qeydiyyatdan keçərək networking-ini gücləndir.
    • Upwork
    • Fiverr
    • Freelancer
    • PeoplePerHour
  3. LinkedIn və sosial şəbəkələrdə aktiv ol: Şəxsi brendini qur.
  4. Yerli bazarı da unutma – Work.az

 

Work.az-da necə frilans iş tapmaq, frilanser olmaq olar?

AD_4nXfzcrD2SH6R13YgxG-oVeMDxrcMBRZujEejo5n-vTa51wWgykp4xeErNVS6Be1ihEgaTUt3fOzLBCjnkZ1tz_bsPz5hvK4opw659rZUf8I-ayWx3dzQuSkdTnKjlVYdHxgZM7Q_?key=1tO733Pi4nIdY7ySigBZmw

Frilans iş tapmaq üçün bir çox beynəlxalq platformalar mövcuddur, amma Azərbaycan bazarında tanınmış və etibarlı resurslardan biri məhz Work.az platformasıdır. Əgər sən də frilanser kimi ilk addımlarını atırsansa və yerli müştərilərlə işləmək istəyirsənsə, Work.az sənin üçün əla başlanğıc nöqtəsidir.

Niyə Work.az?

Work.az təkcə klassik iş elanları ilə deyil, layihə əsaslı, uzaqdan və sərbəst iş imkanları ilə də fərqlənir. Platforma üzərində SMM menecerlərindən tutmuş, qrafik dizaynerlərə, kontent yazarlarından tutmuş, video montajçılara qədər müxtəlif sahələr üzrə frilanser axtarışında olan şirkətlər elan yerləşdirir.

Work.az-da necə iş tapa bilərsən?

Əgər frilanser kimi ilk addımlarını atmaq və yerli müştərilərlə işləmək istəyirsənsə, Work.az sənin üçün ideal başlanğıc nöqtəsidir. Sadəcə bir neçə sadə addımı izləməklə sən də rahatlıqla görünən və axtarılan frilanserlərdən birinə çevrilə bilərsən.

1. Qeydiyyatdan keç, profilini yarat

İlk olaraq work.az saytına daxil ol və qeydiyyatdan keç. Bu sənə öz profilini yaratmaq və frilans bazarına daxil olmaq imkanı verəcək.

2. “Hesabım” bölməsinə keç

Qeydiyyatı tamamladıqdan sonra menyudan "Hesabım" bölməsini seç. Qarşına bir neçə bölmə çıxacaq:

  • Məlumatlar
  • Xidmətlər
  • Dil bilikləri
  • İş təcrübəsi
  • İşlər və digər xanalar

3. Bütün bölmələri diqqətlə doldur

Bu hissələri boş buraxma. Hansı sahədə çalışırsansa, hansı xidmətləri göstərirsənsə, hamısını ətraflı yaz. Profilin sənin onlayn vizit kartındır. Nə qədər aydın və peşəkar görünürsə, o qədər etibar yaradırsan.

4. Artıq sən görünürsən!

Bütün məlumatları doldurduqdan sonra profilin aktivləşəcək və işəgötürənlər səni görə biləcək. İndi sən artıq Work.az platformasının aktiv üzvüsən və hər an yeni layihə təklifləri ala bilərsən.

 

Bizdən sənə kiçik, amma güclü məsləhət:

Profilinə ən yaxşı işlərini əlavə et, portfolionu yaddan çıxarma! Bəzən bir yaxşı nümunə səni yüzlərlə müraciətdən daha irəli apara bilər.

Artıq hər şey hazırdır. İndi sıra səndədir. Özünə güvən, profilini tamamla və ilk layihəni qazanmağa doğru ilk addımı at. Unutma ki, böyük uğurlar kiçik addımlarla başlayır.

 

Ümid edirik ki, bu məqalə sənin üçün maraqlı və məlumatlandırıcı oldu.  

 

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

18 Aug 2025

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

12 Aug 2025

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

12 Aug 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platformasıbir neçə saniyə əvvəl

Gündəlik pul qazanmaq üçün Ən asan 27 yol! 💰

bir neçə saniyə əvvəl
6 baxış
24
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

50 manatla biznes qurmaq mümkündürmü? İlk sən öyrən!

6 gün əvvəl
95 baxış
7
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

12 Möhtəşəm Biznes Qurmaq üçün İdeyalar!

6 gün əvvəl
89 baxış
9
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Azərbaycanda Olmayan 17 İdeya - Bazara İlk Girən Siz Olun!

2 həftə əvvəl
96 baxış
12
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Ekspeditor olaraq necə daha çox qazanmaq olar? Ekspeditor vakansiyaları

2 həftə əvvəl
32 baxış
15
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 həftə əvvəl

Whatsapp dan pul qazanmaq necə olur?

2 həftə əvvəl
34 baxış
6
0 bəyənmə
Bütün bloqlara keç