work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərXidmətlərBloqlarCV yarat
Yeni
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Ərizə necə yazılır?

20 Sen 2025 | Təhsil və elm

Ərizə necə yazılır?

0
207 baxış
7
Ərizə necə yazılır?

Ərizə bir  insanın dövlət qurumuna, müəssisəyə və ya rəhbərə ünvanladığı rəsmi müraciət formasıdır. Sadə dillə desək, ərizə yazmaq, sözün yazıya çevrilmiş və hüquqi dəyər qazanmış halıdır. İnsan gündəlik həyatında müxtəlif məsələlərlə qarşılaşır: təhsil, iş, məzuniyyət, sosial problem və ya sadəcə bir icazə tələbi. Bütün bu hallarda ərizə, mövzunu rəsmi çərçivəyə salmaq üçün istifadə olunur.

Niyə ərizə yazılır?

Ərizənin əsas məqsədi yalnız şikayət etmək və ya xahiş bildirmək deyil. O, həm də vətəndaşla dövlət, işçi ilə rəhbər, tələbə ilə müəllim arasında hüquqi körpü rolunu oynayır. Yazılı müraciət şifahi sözlərdən fərqli olaraq arxivdə qalır və gələcəkdə istinad edilə bilən sənəd kimi qəbul olunur.

Ərizənin əhəmiyyəti nələrdir?

Ərizə yazmaq bacarığı, insanın həm öz hüquqlarını qorumasına, həm də qarşı tərəflə düzgün ünsiyyət qurmasına imkan yaradır. Rəsmi qaydada yazılmış bir ərizə:

  • vətəndaşın tələbini aydın göstərir,
  • qarşı tərəfin məsuliyyətini artırır,
  • gələcəkdə hüquqi sübut rolunu oynayır.

Bu səbəbdən ərizə sadəcə kağız üzərində yazılmış bir mətndən ibarət deyil, məsuliyyət daşıyan rəsmi sənəd sayılır.

Ərizə hansı hallarda yazılır?

Ərizəyə ehtiyac müxtəlif situasiyalarda ortaya çıxır. Bunlara əsas nümunələr:

  • İşə qəbul olunmaq, vəzifə dəyişdirmək və ya mövcud iş yerindən azad olunmaq üçün.
  • Təhsil müəssisəsinə qəbul prosesi, fakültə və ya ixtisas dəyişiklikləri zamanı.
  • Dövlət qurumlarına rəsmi şikayətlərin, müraciətlərin və ya təkliflərin çatdırılması məqsədilə.
  • Sosial yardım, müavinət və ya digər sosial təminatlarla bağlı müraciətlər zamanı.
  • Ad, soyad və digər rəsmi sənədlərdə dəyişiklik tələb olunduqda.
  • Əmək məzuniyyətinə çıxmaq və ya xəstəlik vərəqəsi barədə rəhbərliyə məlumat vermək üçün.
  • Torpaq, mənzil və ya digər mülkiyyətlə əlaqədar hüquqi-inzibati məsələlərin həllində.

Ən çox istifadə olunan ərizə növləri hansılardır?

  • Məzuniyyət ərizəsi: işçi illik istirahətini keçirmək və ya ödənişsiz məzuniyyət almaq istədikdə yazılır.
  • İcazə ərizəsi: qısa müddətlik səbəblərdən dərsə və ya işə gələ bilməyən şəxsin rəhbərlikdən icazə istədiyi müraciət formasıdır.
  • Müraciət ərizəsi: rəsmi məlumat almaq və ya hər hansı bir məsələ ilə bağlı xahiş bildirmək üçün təqdim olunur.
  • Şikayət ərizəsi: vətəndaşın hüquqları pozulduqda və ya haqsız qərara etiraz etmək lazım gəldikdə yazılır.

Ərizə necə yazılır?

Ərizə tərtib edilərkən müəyyən quruluş ardıcıllığına diqqət etmək vacibdir. Bu ardıcıllıq belə olmalıdır:

1. Başlıq

Ərizə hara və kimə ünvanlanırsa, həmin şəxsin vəzifəsi, adı, soyadı və çalışdığı qurum qeyd olunur.

Nümunə:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

Kadrlar şöbəsinin müdiri

Mehdiyev Rauf Səməd oğluna

2. Məlumat bölməsi

Ərizə müəllifinin kimliyi barədə qısa məlumat təqdim edilməlidir. Burada əsasən:

  • Ad, soyad və ata adı
  • Yaşayış ünvanı
  • Əlaqə nömrəsi
  • Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi göstərilir.

3. Əsas məzmun

Ərizənin mətni onun yazılma səbəbini aydın şəkildə ifadə etməlidir. Mövzu uzadılmadan, qısa və konkret formada yazılmalıdır.

 

Nümunə:
“Mən, Əliyeva Aytac Rəşid qızı, Azərbaycan Dillər Universitetinin I kurs magistr tələbəsiyəm. Ailəmin sosial vəziyyəti nəzərə alınaraq təhsil haqqına endirim olunmasını xahiş edirəm.”

4. Tarix və imza

Ərizənin sonunda onun yazıldığı gün qeyd edilməli və ərizəçi tərəfindən imzalanmalıdır.
Nümunə:
01 mart 2025-ci il
İmza: V. Əliyev

Ərizə yazarkən nəzərə alınmalı qaydalar

  • Mətn rəsmi üslubda yazılmalıdır.
  • Qrammatik və orfoqrafik səhvlərə yol verilməməlidir.
  • Fikirlər sadə, aydın və anlaşıqlı ifadə olunmalıdır.
  • Tələb, xahiş və ya müraciət konkret şəkildə göstərilməlidir.
  • Arqo, emosional və şəxsi hisslər bildirən sözlərdən qaçmaq lazımdır.
  • Qısaltmalara və mənası anlaşılmayan ifadələrə yer verilməməlidir.

Elektron ərizə necə yazılır?

Rəqəmsal texnologiyaların inkişafı insanların gündəlik həyatına yeni imkanlar gətirib. Artıq bir çox dövlət qurumuna kağız üzərində deyil, elektron formada ərizə təqdim etmək mümkündür. Vətəndaşlar e-gov.az və digər rəsmi portallara daxil olaraq qeydiyyatdan keçir, sonra isə müraciətlərini bir neçə dəqiqə ərzində sistem üzərindən göndərə bilirlər.

Elektron ərizədən istifadə zamanı nəzərə alınmalı vacib məqamlar bunlardır:

  • Mətn rəqəmsal mühitdə də olsa, rəsmi üslub saxlanmalıdır.
  • Lazım olan sənədlər elektron sistemin “əlavə et” bölməsinə yüklənməlidir.
  • Ərizənin hüquqi qüvvəyə malik olması üçün ASAN imza və ya elektron imza vasitəsilə təsdiq edilməlidir.
  • Cavablar çox vaxt vətəndaşın şəxsi kabinetinə və ya göstərilən e-mail ünvanına göndərilir.

Ərizə nümunələri

"Delta" Məhdud Məsuliyyətli Cəmiyyətinin
Baş direktoru cənab R. Q. Hüseynova
Maliyyə şöbəsinin mütəxəssisi vəzifəsində çalışan
Əliyev Orxan Rauf oğlu tərəfindən

Ə R İ Z Ə

Sizdən xahiş edirəm ki, 05.09.2025-ci il tarixindən 01.09.2024–01.09.2025-ci il üzrə məzuniyyətimin hesabına 12 təqvim günü ayrılaraq əmək məzuniyyətinə çıxmağıma icazə verəsiniz.

İmza: Əliyev O. R

20.08.2025

_____________________________________________________________

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru       

professor Mustafa Babanlıya I qrup tələbəsi Həsən Əliyev

tərəfindən

 Ə R İ Z Ə

Hörmətli Mustafa müəllim! Yazıb sizə bildirmək istəyirəm ki, mən texniki səbəblərdən dolayı dərslərdə iştirak edə bilmirəm. Aralıq imtahanlarında iştirak etməm və tapşırıqları hazırlayıb təhvil vermək şərti ilə dərsə təsir etmədən öyrənməyimə şərait yaradılmasını xahiş edirəm.

 

Tarix: _______
İmza: _______

_____________________________________________________________

 

“Qayalı” MMC-nin direktoru
Qasımov Fəhri Əli oğluna

Bakı ş., Nərimanov r-nu,
H. Əliyev küç., Ev-15-də yaşayan
İsmayılov Vəli İslam oğlu tərəfindən

Ə R İ Z Ə

Yazıb Sizdən xahiş edirəm ki, məni “Qayalı” MMC-yə mühasib vəzifəsinə işə qəbul edəsiniz.

 

İmza: ___________

Tarix: ___________

 

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

HR kursları

09 Nov 2025

Kompüter kursları axtarırsınız?

08 Nov 2025

İngilis dili kursları axtarırsan?

04 Nov 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

HR kursları

2 gün əvvəl
17 baxış
10
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması3 gün əvvəl

Kompüter kursları axtarırsınız?

3 gün əvvəl
31 baxış
7
0 bəyənmə
Fərhad Kərimli
Fərhad Kərimli

Head of Marketing5 gün əvvəl

Effektiv reklamın əsası yaxşı kontentdir – KONTENT! 🎯

5 gün əvvəl
20 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Rus dili kursları axtarırsan?

1 həftə əvvəl
42 baxış
6
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

İngilis dili kursları axtarırsan?

1 həftə əvvəl
39 baxış
6
0 bəyənmə
Asim Hasanov
Asim Hasanov

İnsan Resursları Departamenti HR1 həftə əvvəl

İş həyatında mobbing nədir və onunla necə mübarizə aparmaq olar?

1 həftə əvvəl
39 baxış
4
0 bəyənmə
Bütün bloqlara keç