work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • Rəsmi işçilər
  • Frilans işçilər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • CEO olmaq üçün nələr lazımdır? CEO maaşları 2025

09 Jun 2025 | Xidmət

CEO olmaq üçün nələr lazımdır? CEO maaşları 2025

0
58 baxış
14
CEO olmaq üçün nələr lazımdır? CEO maaşları 2025

CEO nədir? haqqında maraqlı məqalə

Korporativ mühitlərdə CEO anlayışını eşitməyən yoxdur. Bəzən bu anlayış şirkət rəhbəri, bəzən müdir, bəzən şirkət prezidenti və s. kimi mənalarda başa düşülür. Bəs əslində CEO nə deməkdir? Onlar hansı işləri görür?

CEO nədir?

CEO ingilis dilindən dilimizə “Baş icraçı direktor” olaraq tərcümə olunur. CEO bir şirkətdə ən yüksək vəzifəli icraçı deməkdir. Baş direktorun əsas vəzifələrinə şirkətdə əsas korporativ qərarları qəbul etmək, şirkətin işçi qüvvəsini və resurslarını strateji məqsədlərə doğru yönəltmək və direktorlar şurası ilə korporativ əməliyyatlar arasında əsas ünsiyyət nöqtəsi kimi çıxış etmək daxildir. Baş icraçı direktor bir çox hallarda şirkətin ictimai siması kimi də çıxış edir. Bu vəzifəyə təyin olunan şəxslər ümumi qurumun baş direktorlar şurası və onun səhmdarları tərəfindən seçilir. Əksər hallarda CEO-ların qərarları, ictimai-sosial davranışları, həyata keçirdikləri görüşlər, əldə etdikləri razılaşmalar və s. fonunda şirkətin dəyəri yüksələ və ya zəifləyə bilir. 

CEO-lar şirkətdə vaxtlarını nəyə həsr edir?

Baş icraçı direktorun öhdəliyində olan işlər şirkətlərin növündən, fəaliyyət formasından, biznes mədəniyyətindən, korporativ strukturundan və s. kimi nüanslardan asılı olaraq dəyişir. Böyük korporasiyalardakı CEO-lar adətən yalnız çox yüksək səviyyəli strateji qərarlar və şirkətin ümumi böyüməsini istiqamətləndirən qərarlarların qəbul edilməsi ilə və onlara nəzarət ilə məşğul olurlar. Şirkətin ümumi fəaliyyət strategiyası, maliyyə gəlirlərinin düzgün bölüşdürülməsi, əməkdaş heyətinin düzgün təşkilatlanmasına da yaxından nəzarət edirlər. CEO-ların gördükləri ümumi işlərdən danışdıqdan sonra onların spesifik olaraq gün ərzində hərəkət cədvəli barədə maraqlı araşdırma nəticəsini sizinlə paylaşmaq istəyirəm. Belə ki, “Harvard Business Review” jurnalında dərc olunan araşdırmada CEO-ların vaxtlarını necə keçirdikləri qeyd edilib. Onlar müəyyən ediblər ki, baş icraçı direktorların iş vaxtının 72%-i görüşlərdə keçir. Qalan iş vaxtının 25%-i əlaqələrə, 25%-i biznes bölməsinə və funksional təhlillərə, 21%-i strategiyaya, 16%-i isə mədəniyyət və təşkilata sərf olunub. Məlum olub ki, onlar iş vaxtının yalnız 1%-ni riskli vəziyyətlərin idarə edilməsinə, 3%-ni isə müştərilər ilə münasibətlərə ayırıb. 

Dünyanın ən uğurlu CEO-ları

Baş icraçı direktorlardan bu qədər danışmışkən gəlin dünyanın ən güclü CEO-larından bəziləri ilə tanış olaq. Siyahıda çalışdıq ki, adlarını mediada çox da eşitmədiyiniz direktorlara üstünlük verək. Harada yaşamağınızdan, cinsinizdən, irqinizdən, mədəniyyətinizdən və s. asılı olmayaraq, haqqında danışacağımız CEO-ların uğur yolu sizin üçün ilham mənbəyi ola bilər. Onların güclü olması və ya böyük məsafələr uzağında olması sizi qorxutmasın. Unutmayın ki, onlar da bu yola kiçik addımlardan yox, özlərini harada gördükləri nöqtələri bir-bir tamamlayaraq gəlib. Bəzən kiçik addımlarla gəlmək səbrinizi yorursa, nə üçün və hara getdiyinizi xatırlayın.

Geyl Boudreaux - “Elevance Health” şirkətinin CEO-su

Gail Boudreaux 2017-ci ildə ABŞ-ın ən böyük sağlamlıq sığortaçılarından biri olan “Elevance Health”in baş direktoru seçildi. Baş direktor olduğu ilk dörd ildə şirkətin səhmləri 70%-dən çox artdı. O, “Forbes” jurnalının 2024-cü ildə dərc etdiyi dünyanın 100 ən güclü qadını siyahısında 11-ci yeri tutub.

Meri Barra - “General Motors”un CEO-su

Meri Barra dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “General Motors”un ilk qadın baş direktorudur. O, şirkətinin 2035-ci ilə qədər tamamilə elektrikli gələcəyə keçid planına rəhbərlik edir. Meri Barra “Forbes”in 2024-cü ildə dünyanın 100 ən güclü qadını siyahısında 5-ci yerdə qərarlaşıb.

Ceyn Freyzer, “Citigroup” şirkətinin CEO-su

Ceyn Freyzer 2021-ci ildə “Citigroup”un baş direktoru vəzifəsini icra etməyə başlayıb. O, şirkətin ilk qadın baş direktoru və “Wall Street” bankını idarə edən ilk şəxs olub. Ceyn Freyzer “Forbes” jurnalının 2024-cü ildə dünyanın ən güclü 100 qadını siyahısında 10-cu yerdə qərarlaşıb.

Censen Huanq, “NVIDIA”nın həmtəsisçisi və CEO-su

Censen Huanq süni intellekt və qrafik texnologiyalar sahəsində inqilab edən “NVIDIA” şirkətinin baş direktorudur. Onun rəhbərliyi altında şirkət oyun sənayesində, süni intellekt, elmi tədqiqat və avtonom nəqliyyat sahələrində liderə çevrilib. O, 2024-cü ildə “Time” jurnalının dünyanın ən nüfuzlu şəxsləri siyahısında yer alıb.

Quillaume Fauri, “Airbus” şirkətinin CEO-su

Quillaume Fauri aviasiya sənayesində innovasiyalar və davamlılıq sahəsində böyük dəyişikliklərə imza atan “Airbus”un CEO-sudur. Onun rəhbərliyi ilə “Airbus” daha az karbon izinə malik təyyarələr hazırlamaq və 2035-ci ilə qədər ilk sıfır-emissiyalı kommersiya təyyarəsini istehsal etmək hədəfi ilə çalışır.

Şantanu Narayen, “Adobe” şirkətinin CEO-su

Şantanu Narayen kreativ proqram təminatı sahəsinin nəhəngi olan “Adobe”nin CEO-su kimi şirkəti “Photoshop” və “Illustrator” ilə yanaşı, həm də süni intellekt və rəqəmsal təcrübə platformaları ilə ön sıralara çıxarıb. Onun liderliyi ilə şirkət bulud əsaslı modellərə keçid edərək milyardlarla dollar gəlir əldə edib.

Bizi sosial mediada izlə! Instagram | Linkedin

CEO şirkətin strategiyasını necə müəyyən edir?

Baş icraçı direktor şirkətin strategiyasını daxili və xarici faktorlar əsasında qurur. Bu strategiya yaxın və uzaq gələcəyi əhatələyə bilər. Həmçinin burada məqsədlər, strateji istiqamətlər və ümumi hərəkət planı əsas götürülür. Ümumilikdə CEO-ların şirkət strategiyasını formalaşdırmaq üçün planlı şəkildə həyata keçirməli olduqları addımlar planı aşağıdakı kimidir.

  • Bazar və rəqib analizi aparmaq
  • Şirkətin daxili vəziyyətini qiymətləndirmək (resurslar, maliyyə, komanda və s.)
  • Vizyon və missiya formalaşdırmaq
  • Strateji məqsədləri təyin etmək
  • İcra planları hazırlamaq
  • Prosesləri daim nəzarətdə saxlayaraq idarə etmək, lazım olduqda motivasiya vermək
  • Nəticələri izləmək və düzəlişlər etmək

CEO olmaq üçün haradan başlamaq lazımdır?

Güclü CEO olmağa gedən yollar ilk olaraq güclü kommunikasiya qurmaq, münasibətləri və prosesləri peşəkar formada idarə etmək bacarıqlarından başlayır. Necə deyərlər hamının işi bir şirin söhbətdən keçir. Bu xüsusiyyət sayəsində ətrafınıza çoxlu peşəkar mütəxəssislər və geniş əlaqə şəbəkəsi toplaya bilərsiniz. Zamanla özünüzdə formalaşdıracağınız liderlik xüsusiyyətləri də olmazsa olmazlardandır. Daha sonra ali təhsil seçimi böyük rol oynayır. Ənənəvi olaraq bu yol biznes idarəçiliyi, iqtisadiyyat, maliyyə, mühəndislik və ya texnologiya kimi sahələr üzrə bakalavr təhsili ilə başlayır. Bir çox uğurlu CEO daha sonra MBA və ya ixtisaslaşmış magistr proqramları vasitəsilə menecment biliklərini və strateji düşünmə qabiliyyətini inkişaf etdirirlər. Bəzi hallarda isə insanlar öz bizneslərini quraraq birbaşa CEO roluna keçirlər. Startaplar və sahibkarlıq təşəbbüsləri gənc yaşda CEO olmağınıza stimul verəcəkdir. Bu yanaşma bir qədər riskli görünsə də, eyni zamanda daha sürətli yüksəliş imkanı da vəd edir.

Süni intellektin inkişafı CEO-ların işinə necə təsir edir?
Hər ötən gün yeni texnoloji alətin istifadəyə verilməsi bəzi mütəxəssislər üçün vahiməli yuxu kimi səslənir. Doğrudur ki, bəzi peşələr zamanla sıradan çıxa bilər. Ancaq bu siyahıda baş icraçı direktorların yer almadığı dəqiqdir. Çünki onlar süni intellekt alətlərindən yararlanaraq daha planlı, perspektivli və düzgün qərarlar verə bilirlər.  Avtomatlaşdırma və böyük verilənlər (big data) CEO-lara daha məlumatlı qərarlar qəbul etməyə imkan verir. Əvvəllər instinkt və təcrübəyə əsaslanan qərarları bu gün daha çox real vaxt məlumatları və alqoritmlər əvəz edib. Bu, həm risklərin daha dəqiq qiymətləndirilməsinə, həm də fürsətlərin daha erkən aşkar edilməsinə şərait yaradır. Bundan başqa, bu alətlər sayəsində bazar rəqabətinə uyğunlaşmaq asanlaşır. Çünki müxtəlif alətlər vasitəsilə müştərilərin nəyə ehtiyacının olduğunu, şirkətin bazarda necə irəlilədiyini, nələrin çatışmadığını, boşluqları və s. aşkar etmək mümkün olur. Odur ki CEO-lar bu kimi alətləri daim göz önündə saxlamalı, istifadə etməli və trendlərlə ayaqlaşmalıdır. 

CEO-lar üçün ən yaxşı süni intellekt alətləri

Microsoft 365 Copilot

“Microsoft” məhsulları əsaslı bu alət ilə sənədlər yaratmaq, elektron məktubları cavablandırmaq və iclasların xülasəsini hazırlamaq mümkündür. Alət gündəlik tapşırıqları avtomatlaşdırır. Böyük Britaniyada aparılan araşdırmada istifadəçilər bu alətdən istifadə zamanı gündə orta hesabla 26 dəqiqə vaxta qənaət etdiklərini bildiriblər.

Chat GPT

Günümüzdə hər kəsin ən sevimli köməkçi alətinə çevrilən Chat GPT-də CEO-lar üçün inanılmaz həll yolları mövcuddur. Korporativ məktubların hazırlanmasından tutmuş hesabatların hazırlanmasına, əməkdaşlarla yaranan problemlərin həllinə qədər baş icraçı direktorlar buradan istədikləri formada dəstək ala bilərlər. 

Gəlin bir nümunəyə baxaq:

Chat GPT-yə aşağıdakı əmri yazdıq və cavabını təqdim edirik.

Əmr: Mənə baş icraçı direktor olaraq maliyyə direktoruna işçilərə əlavə 500 AZN məbləğində bonus verilməsi barədə elektron məktub yaz.

 

AD_4nXetB6asspnLRm-rNdBjhviAUrn6UuX79CXDc6iMClPc6e9nSMJWYVBkcBfUd2z_3RlrnwHu71U2G3dJLO5pqB66Kikw3wK1SZgDNfGJJt5eNpgK5hbUJT65UlTHkOipVVNurg4f?key=0g61K6QYmtKmSzW3gb92_w6u

Claude (Anthropic)

Bu alət sənəd xülasələri, strateji analizlər və məlumatların təhlili baxımdan effektivdir.

Omneky

Bu alət marketinq kampaniyalarının avtomatlaşdırılmasına şərait yaradır. Beləliklə, kampaniyaları və nəticələri yaxından izləməyə kömək edir.

Hebbia Matrix

CEO-lar bu alət ilə hüquqi sənədlərin, maliyyə hesabatlarının və digər kompleks məlumatların sürətli və dəqiq təhlilini həyata keçirir.

Moveworks

Bu alət daxili kommunikasiya və dəstək proseslərinin optimallaşdırılmasında böyük rol oynayır. İş yerindəki suallara və problemlərə avtomatik cavab verən süni intellekt platformasıdır. CEO-lar üçün bu alət işçilərin texniki dəstək, HR və ya digər daxili məsələlərlə bağlı suallarını tez həll etməyə kömək edir. 

Bizi sosial mediada izlə! Instagram | Linkedin

Baş icraçı direktor olmaq üçün karyeranızda necə irəliləməlisiniz?

Universitet illərindən bu yola başlamaq məqsədəuyğundur. Hansı ixtisasda təhsil almağınızdan asılı olmayaraq, tələbəlik dövrünüzü maksimum şəkildə faydalı keçirmək önəmlidir. Əslində baş icraçı direktor olub-olmamağınızı bir kənara qoysaq, istənilən halda tələbəlik dövründə təhsil imkanlarından maksimum şəkildə yararlanmaq, xarici dil öyrənmək, yeni bacarıqlar qazanmaq, təcrübə proqramlarında iştirak etmək olduqca faydalıdır. Təbii ki seçimləri daha da genişləndirə bilərsiniz. Həmçinin böyük layihələrə qoşulmaq, könüllü olmaq da həm şəxsi həyatınızda, həm də karyeranızda dəyərli izlər qoyacaq. Gələcəkdə baş icraçı direktor vəzifəsinə keçmək hədəfləriniz üçün gənclik illərində qazandığınız hər təcrübə, hər bacarıq, hər insan vacibdir. Ola bilər ki, həyatınızın müəyyən mərhələsindən sonra bu yola başlamağa qərar vermisiniz. Gecikdiyinizi, yaxud daha az bacarıqlı olduğunuzu düşünməyin. Yola haradan və nə zaman başlasanız əmin olun ki, uğur qazanmaq hər bir halda mümkündür. Könüllülük və təcrübə proqramlarına qoşulmaq, yaxud startap layihələrində iştirak etmək komandayla iştirak üzrə sonsuz sayda təcrübə qazandırır. Xüsusilə özünüzü yaxşı göstərdiyiniz zaman qrup rəhbəri, koordinatoru kimi vəzifələrə də təyin oluna bilərsiniz ki, bu da gələcək üçün yolun başlanğıcı olacaqdır. Ümumilikdə yaxşı olar ki, dünyagörüşünüzü artıra, təhsilinizi ən yaxşı səviyyəyə çatdıra, təcrübələrinizi çoxalda və irəliyə getmək üçün əlinizdən gələnin ən yaxşısını etməyə çalışasınız. Çünki daim zəhmət çəkənlərin yolu da açıq olar, fürsətlər onlara doğru gələr. 

Azərbacanda CEO maaşları nə qədərdir?

CEO maaşları Azerbaycan üçün şirkətin ölçüsünə, sektoruna və şəxsin təcrübəsinə görə dəyişir. Orta hesabla bir CEO aylıq təxminən 5.000-7.000 AZN-dən başlayaraq müxtəlif məbləğlərdə gəlir qazanır. Daha kiçik şirkətlərdə bu rəqəm 4.000-5.000 AZN civarında olsa da, iri holdinqlərdə və beynəlxalq şirkətlərdə 10.000 AZN və daha yuxarı ola bilər.

CEO vakansiyaları haradan tapmaq olar?

Hədəfiniz zirvəyə doğru addımlamaqdır? Yaxud artıq CEO olaraq çalışırsınız və yeni imkanlar axtarışındasınız? Sizin üçün doğru imkanları bir araya toplayaraq təqdim edirik. Vakansiyalar bölməmizə göz gəzdirməklə aktual və perspektivli CEO vakansiyalarını bir arada görə bilərsiniz ki, bu da sizin vaxtınızı axtarışa deyil, möhtəşəm imkanları kəşf etmək üçün həsr etməyə şərait yaradacaq. Karyeranızı növbəti səviyyəyə daşımaq, yeni şirkətlərə ilham vermək və fərq yaratmaq üçün fürsətlər sizi gözləyir.

Bizi sosial mediada izlə! Instagram | Linkedin

Dostunla paylaş:

Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

Barista nədir? Necə peşəkar barista olmaq olar?

12 Jun 2025

Təqdimat necə hazırlanır? Ən yaxşı təqdimat şablonları 2025

04 Jun 2025

May ayı (1 ayımız) Work.az da necə oldu?

01 Jun 2025

Hamısını göstər

Dostunla paylaş:

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması6 saat əvvəl

Barista nədir? Necə peşəkar barista olmaq olar?

6 saat əvvəl
16 baxış
4
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması2 gün əvvəl

CEO olmaq üçün nələr lazımdır? CEO maaşları 2025

2 gün əvvəl
58 baxış
14
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Təqdimat necə hazırlanır? Ən yaxşı təqdimat şablonları 2025

1 həftə əvvəl
139 baxış
17
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

May ayı (1 ayımız) Work.az da necə oldu?

1 həftə əvvəl
102 baxış
2
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

May ayı keçirilən sorğunun nəticləri və qalibləri

1 həftə əvvəl
169 baxış
3
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

Work.az Balansı Nə Üçün Var və Onunla Nə Etmək Olar?

1 həftə əvvəl
82 baxış
3
0 bəyənmə
Bütün bloqlara keç