13 Sen 2025 | Marketinq
Çap reklamlar ilə rəqəmsal reklamların rəqabəti - ARAŞDIRMA
Dünya miqyaslı brendlərin marketinq fəaliyyətlərinin mərkəzində sosial media reklamları, Google kampaniyaları və influencer əməkdaşlıqları yer alır.
Amma son zamanlar oxuduğum məqalələrə əsasən, müşahidə edirəm ki, çap reklamlarından istifadə rəqəmsal reklamlarla rəqabətə girəcək qədər artıb.
Rəqəmsal dövrdə niyə çap reklamları aktuallaşıb?
Təsəvvür edin, istifadəçilər hər gün yüzlərlə sosial media reklamları ilə qarşılaşırlar. Təbii ki, bu diqqətin yayınmasına və reklamların təsirsiz qalmasına səbəb olur.
Çap məhsulu isə daha təsirli, fokuslanmış reklam vasitəsidir. Axşam evimizin qapı qulpuna vurulan flayeri götürüb evə keçə-keçə üstünü oxumayan yoxdur aramızda yəqin ki...
Flayer, buklet və ya küçə bannerləri daha konkret məkan və auditoriyaya yönəlib. Hatay Usulü Döner üçün icra etdiyim reklam kampaniyalarında Bakı şəhəri üzrə restoran tanınırlığını effektiv artıra bilmişdik, amma əsas məqsədimiz metronun "28 may" və "Elmlər Akademiyası" stansiyaları ətrafındakı iş yerləri və tələbələr olduqda çap reklamları sosial media reklamlarından daha uğurlu oldu.
Çap reklamını rəqəmsal reklam ilə düzgün inteqrasiya (QR) etdikdə, nəticə daha ürəkaçan olur.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.1 ay əvvəl
