23 Yan 2026 | Marketinq

🇧🇦 Albaniya və Monteneqrodan sonra səyahətimizin son nöqtəsi Bosniya və Herseqovina oldu.
Əvvəlki 2 ölkədə marketinq izləri necə eyni idisə, bu ölkə tamamilə fərqlənirdi.
1️⃣ Rəqəmsal istiqamət
Bosniya və Herseqovinada marketinqdə rəqəmsal istiqamət aydın görünür. Gündəlik təcrübə göstərir ki, insanlar artıq reklamları televiziyada izləməklə yanaşı, məhz internet üzərindən daha çox qarşılayır və onlarla sosial media vasitəsilə daha sıx əlaqə qurulur.
2️⃣ Sosial media əsas ünsiyyət meydanıdır.
Bosniyada əksər bizneslər reklamlarını və kampaniyalarını əsasən Facebook, Instagram və TikTok platformalarında qurur. İnsanlar gündəlik həyatda məhsul və xidmətləri əvvəllər televiziyada görürdülərsə, indi sosial mediada lokal bizneslərin videolarına, paylaşımlarına baxırlar və ora şərh yazırlar.
3️⃣ Digital kontent daha sürətli yayılır.
Sarajevoda, Mostarda və digər şəhərlərdəki kiçik restoranlar, mağazalar və xidmət təminatçıları öz kampaniyalarını ən çox qısa videolarla aparırlar - məsələn, TikTok-da yeni menyular, Instagram Reels-də endirimlər və ya gündəlik həyat anları paylaşırlar. Bu format insanların diqqətini çəkir, çünki daha “real həyat” hissi verir.
4️⃣ Reklamda “lokal ünsiyyət” önə çıxır.
Buradakı reklamlar çox vaxt çox peşəkar çəkilmiş korporativ videolar kimi deyil - daha çox gündəlik həyat anlarını əks etdirən, yerli dilə uyğun və səmimi kontent şəklində olur. Müşahidə edirəm ki, insanlar belə kontenti daha çox bəyənir və paylaşırlar.
5️⃣ Televiziya hələ də var, amma rol dəyişir.
Ənənəvi TV reklamları hələ də mövcuddur, lakin gənc nəsil çox vaxt sosial mediaya baxdığı üçün, onlar üçün TV artıq əsas reklam meydanı deyil. Bu, kampaniyaların sosial mediaya daha çox yönəlməsinə səbəb olur.
6️⃣ Influencerə inam artmaqdadır.
Xüsusilə mikro-influencerlər Bosniyada çox effektivdir. Onlar məhsulu və ya xidməti daha autentik şəkildə tanıtdığından izləyicilər tərəfindən daha çox etibar olunur.
7️⃣ Video kontent yüksəlir.
Gündəlik istifadə məhz qısa videolara baxmaqla keçir: Instagram Reels, TikTok videoları, YouTube Shorts. Müşahidə edirəm ki, video formatı foto və yazılı məzmuna nisbətən daha çox qarşılıqlı əlaqə yaradır.
🥳 Və sonda bu gözəl ölkədən də çox maraqlı səyahət vlogu çəkmişəm: https://youtu.be/A80cpd3t7vU
Head of Marketing4 gün əvvəl