24 İyul 2025 | Marketinq
Belə bank saytı olar? Hanı kredit, kartlar, pul köçürmələri, ipoteka?
Belə bank saytı olar? Hanı kredit, kartlar, pul köçürmələri, ipoteka?
Bu Britaniya bankı Monzonun marketinq strategiyasıdır.
Bankın marketinq komandası 4 əsas məqsəd uğrunda fəaliyyət göstərməlidir:
- Güvən yaratmaq
- Müştəri loyallığını artırmaq
- Rəqiblərdən aydın fərqlənmək
- Rəqəmsal kanallarda güclü vizual yaratmaq
Bu məqsədlərə çatmaq üçün zərgər dəqiqliyi ilə strategiya qurulmalıdır:
- Hər seqment üçün müvafiq məhsul təklifləri və fərdi yanaşmalar hazırlamaq: gənclər, kiçik biznes, yüksək gəlirli fərdlər, kənd təsərrüfatı müştəriləri və s.
- Sadə dil, şəffaf şərtlər ilə güvən; müştəri rəyləri, media çıxışları, tanınmış simalarla əməkdaşlıqlar ilə etibar; krizis anlarında düzgün kommunikasiya ilə isə sevgi yaratmaq: Pandemiya vaxtı kredit ödənişlərinin dondurulması
- Omnikanal strategiya ilə müştəri bank filialları, mobil tətbiq, internet bankçılıq, sosial media və zəng mərkəzi ilə kommunikasiya zamanı eyni təcrübəni yaşamlıdır.
- Rəqəmsal marketinq, kontent və SEO-dan əlavə olaraq, sadəcə faizlə deyil, dəyər ilə fərqlənmək: mobil tətbiqin sürəti, müştəri xidməti, loyallıq proqramları. Rahatlıq və vaxta qənaət hər bir insanın arzuladığı nüanslardır.
🌍 Dünya banklarının özünəməxsus marketinq həlləri
Monzo (Böyük Britaniya):
✅ Hesabdan tutulacaq komissiyalar müştəriyə əvvəlcədən xəbər verilir.
✅ Yeni xüsusiyyətləri istifadəçilərlə birgə test edir.
✅ Sosial mediada çox aktivdir və cavan dil istifadə edir.
DBS Bank (Sinqapur) – “Digital to the core” yanaşması ilə “Bizim də tətbiqimiz var” səviyyəsindən daha irəli gedərək:
✅ Bütün proseslər avtomatlaşdırılıb
✅ Qərarlar məlumat və texnologiya əsasında verilir
✅ Müştəri təcrübəsi və daxili iş axını tam rəqəmsal sistemlərlə idarə olunur
“Live more, bank less” – yəni, müştəri bankda vaxt itirməsin, həyatını yaşasın.
Azərbaycanda da banklar rəqəmsallaşma yarışındadır, amma fərqlənmək üçün dəyər əsaslı, müştəriyönlü strategiya görmək olmur.
Digər bloqlar
Hamid
Senior Software Engineer @ Kapital Bank2 həftə əvvəl
Frontend yoxsa backend developer: hansını seçməli? Proqramçılar üçün müqayisə
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Backend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Frontend developer kimdir? Nə iş görür və nələri öyrənməlidir?
Hamid
Senior Software Engineer @ Kapital Bank0 ay əvvəl
Developer (proqramçı) kimdir? Nə iş görür və necə developer olmaq olar?
SaytPro
Bakıda vebsayt hazırlanması ilə məşğul olan developer komandası.2 ay əvvəl
