30 Sen 2025 | Marketinq

Azərbaycanda 4 günlük iş həftəsinə keçid realdırmı? - ARAŞDIRMA

322 baxış
3
Azərbaycanda 4 günlük iş həftəsinə keçid realdırmı? - ARAŞDIRMA

Azərbaycanda 'ekspertlər' 4 günlük iş həftəsinə keçidin iqtisadiyyata zərbə, daha az məhsuldarlıq və s. kimi səbəblərlə mənfi nəticələnəcəyini söyləyirlər.

Amma nəyə əsasən? Heç bir araşdırma, data, təcrübə olmadan belə fikir irəli sürmək sadəcə olaraq boş danışmaqdır.

Hansı ölkələr 4 günlük iş həftəsinə keçib:

  1. Belçika
  2. Almaniya
  3. Portuqaliya
  4. Böyük Britaniya
  5. İsveç
  6. Yaponiya (Tokio)
  7. ABŞ
  8. Kanada
  9. Birləşmiş Ərəb Əmirlikləri (dövlət sektoru)
  10. İslandiya
  11. İrlandiya
  12. Avstraliya
  13. Yeni Zelandiya
  14. İspaniya (Valensiya bölgəsi)
  15. Finlandiya (bəzi şirkətlər)
  16. Danimarka (bəzi şirkətlər)
  17. Fransa (bəzi sektorlar)
  18. Litva
  19. Braziliya
  20. Cənubi Afrika
  21. Cənubi Koreya (Gyeonggi vilayəti)
  22. Şotlandiya (Böyük Britaniya daxilində ayrıca dövlət proqramı)
  23. Dominikan Respublikası
  24. Rusiya (hazırlaşır)

Mənim araşdırdığım və əldə etdiyim bu ölkələrdir. Bütün siyahıdakı ölkələrdə 4 günlük iş həftəsinin nəticələrini araşdıran analitiklərin məqalələrini oxuduqda ancaq bu qənaətə gəldiklərini görürəm:

İşçilər üçün faydaları:
✅ İş və şəxsi həyat balansı yaxşılaşır: daha çox ailə və istirahət vaxtı.
✅ Stres və burnout azalır: psixoloji sağlamlıq güclənir.
✅ Motivasiya və məmnunluq artır: işçilər özlərini daha dəyərli hiss edir.
✅ Səhiyyə xərcləri azalır: daha az yorğunluq və xəstəlik riski.

Şirkətlər üçün faydaları:
✅ Məhsuldarlıq artır: az iş günü daha fokuslu iş deməkdir.
✅ İşçi dövriyyəsi azalır: əməkdaşların işdən ayrılma ehtimalı zəifləyir.
✅ Daha çox istedad cəlb olunur: 4 günlük iş həftəsi müasir iş bazarında cazibədar üstünlükdür.
✅ Az xəstəlik məzuniyyəti götürülür: işçilər özlərini daha sağlam hiss edir.

Cəmiyyət və iqtisadiyyat üçün faydaları:
✅ Karbon izi azalır: daha az iş gediş-gəlişi, nəqliyyat və enerji istifadəsi.
✅ Turizm və istehlak sektoru güclənir: insanlar əlavə boş günlərdə daha çox sosial fəaliyyətə qatılır.
✅ İşsizliyin azaldılması imkanı: bəzi şirkətlər əlavə iş günü boşluğunu yeni işçilərlə doldura bilər.

Cəmi bircə mənfi tərəfi var ki, təhsil, səhiyyə, polis, fövqəladə hallar kimi xidmətlər 7/24 işləməlidir.

Bəs sizcə, Azərbaycanda 4 günlük iş həftəsinə keçidin işçilər, şirkətlər və cəmiyyət üçün necə təsir göstərəcək?

Dostunla paylaş:

whatsapptelegram
Loading...