work.az
İş axtarİşçi tap
HaqqımızdaƏlaqəFAQ
Menu
VakansiyalarTədbirlərTapşırıqlarMentorlarŞirkətlərXidmətlərBloqlar
Profil yaratDaxil ol
Work.az

+994 (51) 421 21 07

[email protected]

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
Saytda hər-hansısa səhv tapdınız?

Sizin rəyiniz bizim üçün önəmlidir

Tezliklə, mobil tətbiqimizi yüklə

iOS & Android üçün istifadəyə veriləcəkdir

İş axtarıram

  • Vakansiyalar
  • Tapşırıqlar
  • Şirkətlər
  • Mentorluq
  • Tədbirlər
  • Bloqlar
  • İş elanları

İşçi axtarıram

  • İş axtaranlar
  • Frilanserlər
  • Xidmətlər
  • Şirkətlər
  • İşçi elanları

Əlavə

  • Haqqımızda
  • Əlaqə
  • FAQ

Razılıq

  • Məxfilik siyasəti
  • Şəxsi məlumatların emalına razılıq

© work.az. Bütün hüquqlar qorunur.

LinkedInLinkedInInstagramInstagramWhatsAppWhatsAppFacebookFacebook
  • Əsas səhifə
  • Bloqlar
  • Az pulla biznes? Ən böyük bəhanə artıq sıradan çıxdı!

23 Sen 2025 | Marketinq

Az pulla biznes? Ən böyük bəhanə artıq sıradan çıxdı!

0
41 baxış
6
Az pulla biznes? Ən böyük bəhanə artıq sıradan çıxdı!

"Pulum yoxdu, necə başlayım?" Bəlkə bu cümlə sənə də tanış gəldi, eləmi?

Əslində bu cümlə deyil, bu özünə qoyduğun sədd ola bilər. İnsanlar çox vaxt başlayacaq gücü, enerjini və inamı içlərində tapsalar da, pulsuzluq bəhanəsinin arxasında gizlənirlər. Amma reallıq budur ki, biznes üçün ən bahalı şey pul deyil, əsas inam və başlamamaqdır.

Əgər bu yazını oxuyursansa, deməli sənin içində artıq kiçik bir işıq yanıb. Sən dəyişmək, böyümək, öz gələcəyini öz əlinlə yazmaq istəyirsən. İndi isə sənə elə ideyalar verəcəyəm ki, 20–100 AZN-lə belə biznesə başlaya biləsən. Bəli, düz oxudun. Minlərlə yox, cəmi bir az pul, bir az inam və bir az da cəsarət lazımdır..

Hazırsansa, yalnız oxumağa deyil, hərəkətə keçməyə başla!

🛍️ 1. Məhsulun sənə gəlməyinə ehtiyac yoxdur, Sən sadəcə sat!

Gəl razılaşaq ki, məhsul almaq, anbarda saxlamaq, qutu qablaşdırmaq, kargo ilə göndərmək... Bunlar biznesin qabağını kəsən düşüncələrdir. Amma dropshipping modeli bu stereotipləri yıxır.

Burada sən sadəcə vasitəçisən: məhsulu paylaşır, sifarişi alır və təchizatçıdan birbaşa müştəriyə göndərilməsini təmin edirsən.

Nə lazımdır?

  • Bir telefon
  • Bir az kreativlik
  • Və "sifarişi göndər" düyməsinə basmaq cəsarəti. 

Nə sata bilərsən? Telefon aksesuarları, bijuteriyalar, minimal ev dekorları, qadın çantaları, dəri məhsullar, və hətta məşhur TikTok trendlərindəki məhsullar.

Əgər rəqiblərindən fərqlənmək istəyirsənsə, hər məhsulu öz səsinlə izah et, mini videolar hazırla. Çünki insanlar reklam yox, səmimiyyət axtarır.

Başlamaq üçün nə qədər pul lazımdır? Texniki olaraq 0 AZN. Amma daha sürətli nəticə istəyirsənsə, 20–50 AZN-lik reklamla ilk müştərini tap.

✍️ 2. Qələmin pul qazandıra bilər. Necə? Bilik + Canva = Biznes

Bəzən məhsul almağa ehtiyac olmur, çünki məhsul özünsən.

Əgər:

  • Yazı yazmağı sevirsənsə?
  • Deyilən fikri gözəl sözlərlə ifadə edə bilirsənsə
  • Canva kimi dizayn alətlərində oynamağı xoşlayırsansa deməli, potensialın sadəcə səni gözləyir.

Nə sata bilərsən?

  • CV dizaynları
  • Bloq məqalələri
  • Instagram üçün estetik postlar
  • Təbrik və motivasiya mesajları (doğrudur, insanlar bunları da alır!)
  • Xidmət tanıtımları, məhsul təsvirləri (marketinq kontenti)

Ən sevdiyimiz bəhanə adətən "Canva bilmirəm..." olur. Sənə cavabımız: “Canva 1 saata öyrənilir, 1 günə sənə pul qazandırır!”

Niyə bu biznesi seçməlisən?

  • Evdən çıxmadan işləyə bilərsən
  • Müştəri tapmaq asandır (Facebook və Telegram qrupları doludur)
  • Hər bir sifarişlə portfolio böyüyür və qiymət artır

🎓 3. Öz bildiyin sahədə dərs deməyə başlamaq üçün sənə sadəcə bir şagird bəs edir

İngilis dili, riyaziyyat, məntiq, gitara və s. sənə adi gələn bilik, başqasının ehtiyacıdır. Bu gün artıq insanlar kurslara yazılmaq yerinə onlayn fərdi dərs axtarırlar. Və bu anda səhnəyə sən çıxırsan.

Əgər sən:

  • Hansısa sahədə izah etməyi bacarırsansa,
  • Başqaları səndən öyrənmək istəyirsə,
  • Ya da sadəcə Zoom və WhatsApp-dan istifadə edə bilirsənsə… deməli, sən öz kiçik akademiyanı qurmağa hazırsan.

🫧  4. Gündə sadəcə bir təmizlik xidməti ilə sabit qazanc qazana bilərsən

Əgər səliqə-sehmanı sevirsənsə, niyə bunu pula çevirməyəsən? Ev və ofis təmizliyi, paltar yuma, ütüləmə, bunlar hər gün tələb olunan xidmətlərdir.

Sadəcə 1 vedrə, 1 süngər və bir az bacarıqla ilk müştərini tapmaq mümkündür. Ətrafındakı insanlar, qonşular, tanışlar ilk müştərilərindir.

🎨 5. Evdən Canva ilə dizayn edərək real müştərilər və gəlir qazana bilərsən

Gözəl bir vizitkart, sadə bir post, zövqlü bir afişa bəzən bir dizayn bir markanı yadda qalıcı edir. Və sən bu işi evdən, pulsuz proqramlarla görə bilərsən.

Canva, Crello kimi vasitələrlə:

  • Sosial media postları
  • CV dizaynları
  • Doğum günü afişaları
  • Tədbir posterləri hazırlayıb satmaq artıq çox asandır.

Əgər estetik zövqün varsa və rənglərdən qorxmursansa, pul qazanmaq əlinin altındadır.

6. Sadəcə 50 manatlıq alışla öz şəxsi məhsul dövriyyəni qurmağa başlaya bilərsən

“Kapitalım yoxdur” demə, kapital kiçik başlayıb dövriyyə ilə böyüyür.

Məsələn:

  • 5 sabun
  • 3 bijuteriya
  • 2 qadın çantası al, foto çək, paylaş, sat və pulunu geri al. Sonra yenidən al, dövriyyəni artır. Bu mikro biznesin sadə mexanizmidir.

🧁   7. Evdə bişirdiyin ləzzətlərlə həm ailəni doyura, həm də cibini qazana bilərsən!

Əgər sənin əlinin duzu varsa, bu artıq təkcə ailənin yeməklərinə yox, şəxsi biznesinə də dəyər qata bilər.

Bugün insanlar ev yeməklərinə, təbii məhsullara və “nənə resepti” ləzzətlərinə çox yüksək dəyər verir. Sən isə bunu öz mətbəxindən təqdim edə bilərsən.

Nə hazırlaya bilərsən?

  • Qutab, keks, peçenye
  • Təbii mürəbbələr
  • Evdə hazırlanmış limonad və kompotlar

Qablaşdırmanı sadə saxla, amma adlara kreativlik qataraq rəqiblərindən seçil!

Başlamaq üçün:

  • Marketlərin yanında kağız reklamlar yapışdır
  • İş yerlərində çay saatına hazır məhsul göndər
  • WhatsApp statusunda video paylaş

Unutmayın ki, uğur, gözləyənləri yox, başlayanları sevir! Artıq 7 fərqli ideya ilə tanış oldun. Bəs indi nə etməlisən?

Sadəcə uğurlu ola biləcəyin sahəni seç və başla! Oxuyub keçmə. Bu yazını bağlayanda, ya həyatına bir ideya toxum salacaqsan, ya da yenidən bəhanələrə qayıdacaqsan. Seçim sənin... Amma unutma, böyük uğurlar, çox zaman kiçik bir qərarla başlayır. 🌱

 

Dostunla paylaş:

whatsapptelegram
Work.az
Work.az

Karyera və inkişaf platforması

Yazarın digər bloqları

500 manatla biznes qurmaq istəyirsən?

20 Sep 2025

Ərizə necə yazılır?

20 Sep 2025

Tərcümeyi-hal nədir? Nümunələri və Yazma Qaydaları

19 Sep 2025

Hamısını göstər

Dostunla paylaş:

whatsapptelegram
Loading...

Digər bloqlar

Work.az
Work.az

Karyera və inkişaf platforması3 gün əvvəl

Az pulla biznes? Ən böyük bəhanə artıq sıradan çıxdı!

3 gün əvvəl
42 baxış
6
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması5 gün əvvəl

500 manatla biznes qurmaq istəyirsən?

5 gün əvvəl
62 baxış
26
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

Ərizə necə yazılır?

6 gün əvvəl
51 baxış
7
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması6 gün əvvəl

Tərcümeyi-hal nədir? Nümunələri və Yazma Qaydaları

6 gün əvvəl
164 baxış
5
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

0 dan biznes qurmaq mümkündür?

1 həftə əvvəl
47 baxış
7
0 bəyənmə
Work.az
Work.az

Karyera və inkişaf platforması1 həftə əvvəl

30 + Kiçik Biznes İdeyaları

1 həftə əvvəl
99 baxış
54
0 bəyənmə
Bütün bloqlara keç