01 Mar 2026 | Marketinq

17 fevral-da TikTokun Dubay ofisini ziyarət etdik!
Azərbaycanın müxtəlif şirkətlərindən olan həmkarlarımızla birlikdə TikTok əməkdaşları tərəfindən keçirilən bir neçə olduqca faydalı sessiyada iştirak etdik. Bu sessiyalar reklam performansının artırılması, AI əsaslı həllər və qarşıdan gələn peak season strategiyaları ilə bağlı idi.
Tədbir çərçivəsində Julia Kushnir, Rena Guliyeva, Joseph Akl, Hasan Çiftçi, Farid Afandi, Omar Anwar tərəfindən tədris edilən aşağıdakı mövzuların bir parçası olduğum üçün çox məmnunam:
• Azərbaycan bazarı üzrə ən son statistika və trendlər
• Novruz və Ramazan dövrü üçün peak season strategiyaları
• 2026-cı ildə TikTok-da gözlənilən yeniliklər
• Smart+ kampaniyalarının tətbiqi və optimizasiya yanaşmaları
• TikTok Symphony AI alətinin təqdimatı
Sessiyalar zamanı götürdüyüm şəxsi qeydlərimi sizinlə bölüşürəm:
• Smart+ kampaniyaları hələ də prioritetdir. 4–5 ayrı ad group əvəzinə, bir kampaniya daxilində çoxsaylı kreativ test etmək daha effektivdir. Minimum 5–6 video tövsiyə olunur.
•Bir kampaniya daxilində kreativ variasiya nə qədər çoxdursa, AI öyrənməsi bir o qədər sürətlənir.
• Broad targeting daha yaxşı nəticə verir. Alqoritm müxtəlif seqmentlərdə kreativləri test edərək ən effektiv kombinasiyanı özü müəyyən edir.
• Mikro-targeting artıq əvvəlki qədər effektiv deyil; data həcmi artdıqca sistem daha düzgün optimizasiya edir.
• TikTok Symphony vasitəsilə 500+ avatarla kreativ hazırlamaq və text-to-video formatından istifadə etmək mümkündür.
• AI əsaslı analiz aləti mövcud reklamların hook, retention və CTA performansını ayrıca qiymətləndirir.
• UGC stilində videolar korporativ reklamlardan daha yüksək engagement verir.
• Peak season dövrlərində kampaniyaya daha tez başlamaq CPM artımının qarşısını alır.
• Büdcənin mərhələli artırılması (scaling) birdən-birə yüksəltməkdən daha stabil nəticə verir.
• Qısa video formatları və platformadaxili AI həllər satış performansını artırır.
• Kreativ diversifikasiya (fərqli hook, fərqli təklif, fərqli vizual yanaşma) eyni auditoriyada tez yorulmanın qarşısını alır.
• Data əsaslı qərar üçün 7 günlük yox, daha geniş zaman intervalında analiz tövsiyə olunur (xüsusilə seasonality dövrlərində).
• 2026-cı ildə gələcək yeniliklər böyük büdcəli kampaniyalar üçün ciddi imkanlar yaradacaq - xüsusilə avtomatlaşdırılmış optimizasiya və ölçmə tərəfdə.
Və daha çox dəyərli insight-lar…
Dəvət üçün Evido komandası, xüsusilə Ismayil Sadigova və bütün iştirakçılara təşəkkür edirəm. Bu cür görüşlər həm qlobal baxışı genişləndirir, həm də Azərbaycan bazarı üçün daha effektiv, data əsaslı strategiyalar qurmağa imkan verir.
Əgər qarşıdan gələn peak season üçün strategiya hazırlayırsınızsa və ya TikTok-da performansınızı növbəti səviyyəyə qaldırmaq istəyirsinizsə - müzakirə edə bilərik.